Azərbaycan İdeyası

Hacıqabulda heyvandarların örüş-otlaq yerini zəbt edən Vüqar Kərimov kimə arxayındır?

Tarix:31-08-2023, 10:11
Baxış Sayı:243

Hacıqabulda heyvandarların örüş-otlaq yerini zəbt edən Vüqar Kərimov kimə arxayındır?
Hacıqabul rayonunun bir qrup sakini “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək, Vüqar Kərimov adlı bir sahibkarın ekspansiya hərəkətlərindən ziyan çəkdiklərini bildirmişlər. Heyvan – qara saxlamaqla ailələrinin dolanışıqlarını təmin etdiklərini bildirən rayon sakinlərinin sözlərinə görə, Vüqar Kərimovun əməlləri onları əllərində olan-qalan 5-6 baş heyvanı da satmaq və ac qalmaq məcburiyyətində qoyur, çünki bəsləmək imkanından məhrum olurlar: “Vüqar Kərimov bizə məlum olmayanm vasitələrlə örüş yerimizi alıb. Ancaq heç bir sənəd-kağız göstərmir. Həmin örüş sahəsi ki, Vüqar Kərimov zəbt edib, camaatın heyvan-qarasının örüşə çıxdığı yoldur. Biz məcbur oluruq ki, heyvanlarımızı Şəhidlər Xiytabanının yaxınlığından keçirək ki, bu da doğru qərar deyildir. İcra Hakimiyyətinə, polisə məlumat vermişik. Lakin heç bir tədbir yoxdur. Rayon İcra Hakimiyyəti başçısının müavini Salman müəllimlə əlaqə saxlamışıq. Tədbir görüləcəyi barədə danışılmışdır”.

Heyvandarlar redaksiyadan bu problemi ictimailəşdirməyi, aidiyyəti qurumların diqqətinə çatdırmağı xahiş ediblər. Öz növbəmizdə Hacıqabul Rayon İcra Hakimiyyətinin məsul işçisi Saleh Ələsgərovla əlaqə saxladıq və məsələnin çözülməsi ilə bağlı fikir mübadiləsi apardıq. Sahibkar Vüqar Kərimovun istifadə edəcəyi, icarəyə götürdüyü ərazinin cizgisinin ona dəqiq göstərilməsi, sahəyə basdırdığı, camaata narahatlıq törədən dirəklərin çıxarılmasının vacibliyinin izah edilməsi, zəbt etdiyi el yolunun boşaldılması barədə razılıq əldə edildi.

Yeri gəlmişkən xatırladaq ki, Hacıqabulda əvvəllər də bu kimi problemlər mövcud olmuş və mətbuat səhifələrinə çıxmışdır. Hələ üç il əvvəl Hacıqabul rayonun Meyniman və Axtaçı kəndlərində sakinlərin örüş sahəsi kimi istifadə etdikləri torpaqlar Rəşad Şirinov adlı sahibkar tərəfindən icarəyə götürülmüşdü. Onun "Red valley” (“Qırmızı vadi”) şirkəti kəndlilərin örüş yerlərində nar bağları salıb, onların uzun illərdir balıq tutduqları gölü hasarlayıb və iddia etdikləri kimi, qəbiristanlığa gedən yolu da kəsmişdi. R. Şirinov o torpaqları sabiq icra başçısı Əhməd Muxtarovdan almış, 700 heyvandarlıq təsərrüfatını məhv olmaq təhlükəsi qarşısında qoymuşdu. Qəbiristanlığa gedən yol da şirkət tərəfindən zəbt olunmuş, bundan əlavə kənd sakinlərinin stadion kimi istifadə etdiyi ərazi və Kürün axmaz ehtiyat anbarı da zəbt olunaraq yerində balıq gölü yaradılmışdı. 2019-cu ildə təyin olunan icra başçısı cənab Rüstəm Xəlilov problemi nəzarətə götürdüyünü və tezliklə həll olunacağını bildirsə də, tədbir görməmişdi. Çünki Əhməd Muxtarov 123 hektarlıq sözügedən ərazini Rəşad Şirinova nar bağı üçün rəsmən 75 illiyə icarəyə vermişdi.

Mövzuya qayıdacağıq.

Azər Alı

OXŞAR XƏBƏRLƏR
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026