Azərbaycan İdeyası

Dələduz maşın ustasının Xəzər polisindən “toxunulmazlığı” var?

Tarix:Dünən, 14:00
Baxış Sayı:5

Hər gün Azərbaycanda yüzlərlə avtomobil diaqnostik baxış, təmir və xidmət üçün avtoservislərə və rəsmi dilerlərə müraciət edir. Bundan yan keçmək mümkün deyil. Məlumdur ki, gəlir gələn yerdə həmişə dələduzlar olur. Məlumdur ki, avtoservislərdə təqdim olunan qəbzdə olan məbləği yüksək göstərmək üçün ən asan vasitə müştəriyə lazımsız təmiri və ya işləri sırımaqdır. Diaqnostik baxışdan sonra usta bildirir ki, sizin maşınınızda təmiri vacib olan bir neçə problem var. Nəticədə, texniki mərkəzə gedəndə təsəvvür belə etmədiyiniz problemlərin təmirinə razı olursunuz. Əlbəttə, elə ustalar var ki, onlar aldatmır və əlavə işlər görmür. Ancaq, təəssüf ki, bir çox hallarda hər şey əksinə baş verir. Beləliklə, lazımsız işlərə görə əlavə pul ödəməli olursunuz, müraciət səbəbiniz olan problem isə həll olunmamış qalır.
Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Qızılqum bağlar massivində yaşayan Cəfərov Etibar Nadir oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına 20 aprel 2026-cı il tarixli ərizə ilə müraciət edərək bildirib ki, Feyzulla adlı avtomobil ustası onu aldadıb, xeyli maddi ziyana salıb. Şikayət etdiyi hüquq-mqhafizə orqanları isə ona ziyan vuran şəxsin barəsində heç bir əməli tədbir görmürlər:
2025-ci ilin sentyabr ayında usta Feyzulla özü mənə zəng elədi ki, boş vaxtı var, əlində başqa işi yoxdur, maşını onun sexinə gətirim, təmir etdin. Oktyabrın 15-nə kimi maşını sazlayıb təmir verəcəyini bildirdi. Lakin mənim avtomobilimin işini tam qurtarmamış ard-arda başqa maşınları götürüb təmir etmiş, mənim işimi təxirə salmışdır. Hər dəfə mən maşını soruşanda cürbəcür bəhanələr gətirərək müxtəlif məbləğlərdə pullar qoparmışdır. Ümumən 600 (altı yüz) manat pul almış, 2500 (iki min beş yüz) manat dəyərində ehtiyat hissələri aldırmışdır. Mənə məxsus “Mitsubishi Pajero” markalı, 99 KM 768 dövlət nömrə nişanlı həmin avtomobili düşmən malı kimi küçədə uyğunsuz şəraitdə, həm də mühafizəsiz saxlamış, o üzdən maşının bir çox detalları oğurlanmışdır. Odur ki, məcbur olub bu yaxınlarda Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub şikayətimi bildirdim. Mən Buzovna qəsəbəsinə - Polis Bölməsinə çağırıldım və Cavanşir adlı polis zabitinə yazılı izahat verdim. 2026-cı ilin mart ayına qədər gözlədim, amma heç bir nəticə hasil olmadı. Bu dəfə 03. 04.2026-cı il tarixdə Xəzər rayon prokuroru cənab Fəxri Ələsgərova müraciət etdim. Prokurorluq ərizəmi 06.04.2026-cı il tarixdə rayon polis şöbəsində araşdırılması aparılan materiala əlavə edib baxılması üçün Xəzər RPİ-nin 2 nömrəli Polis Bölməsinə göndərdi. Prokurorluğun məktubunda (№ 348-Ş-26) tövsiyə olunurdu ki, qəbul edilən qərarın surəti müraciət müəllifinə göndərilməklə, məlumat verilməsi təmin olunsun. Lakin günü bu günə qədər iş üzrə heç bir əməli tədbir görülməyib”.
Vətəndaş E.Cəfərov redaksiyadan şikayətinin mediada ictimailəşdirilməsini xahiş edir və bu yolla probleminin aidiyyəti qurumların diqqətinə çatacağına ümid edir.
Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Şuşada indiyədək bərpa olunan tarixi və dini abidələrin SAYI AÇIQLANDI
Şuşada indiyədək bərpa olunan tarixi və dini abidələrin SAYI AÇIQLANDI
Xankəndi şəhərinin baş planı hazırlanır
Xankəndi şəhərinin baş planı hazırlanır
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
"Real Madrid"də bir dövrün sonu: Əfsanəvi kapitan komanda ilə vidalaşır
"Real Madrid"də bir dövrün sonu: Əfsanəvi kapitan komanda ilə vidalaşır
Zimbabvenin vitse-prezidenti: "WUF-un inkişafı və siyasi iradənin gücləndirilməsi vacibdir"
Zimbabvenin vitse-prezidenti: "WUF-un inkişafı və siyasi iradənin gücləndirilməsi vacibdir"
"Sabah" "Lill"dən daha bir gənc futbolçunu transfer edir
"Sabah" "Lill"dən daha bir gənc futbolçunu transfer edir
Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək