Azərbaycan İdeyası

"PENSİYAMI "YUXARILARA" VURDUĞUM TELEQRAMLARA XƏRCLƏYİRƏM" - QAÇQINKOM"DAN ŞİKAYƏT

Tarix:12-10-2016, 15:44
Baxış Sayı:513

Qəzetimizin Milli Mətbuat Gününə təsadüf edən sayca 04 (53) - cü nəşrində "Didərginlərin yerini dar edənlər" sərlövhəli məqalə dərc olunmuşdu. Ağdam rayonunun Baş Qərvənd kəndinin sakinləri olmuş və 1993-cü ildə didərgin düşərək Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikr., Ağac Emalı Zavodunun binasında məskunlaşmış Paşayevlər ailəsinin şikayəti əsasında hazırlanmış həmin məqalədən bəzi sitatların altını cızırıq:
17.11. 2011-ci ildə onlar Bakı şəhəri, Abşeron rayonu Gənclər şəhərciyinə köçürülüblər və hazırda həmin ünvanda yaşayırlar. Lakin aidiyyəti qurumlar onları mənzillə təmin edərkən, yaşayış sahəsinin (91 kv.metr) ailə üzvlərinin sayına (6 nəfər) uyğunsuzluğunu nəzərə almayıb.
Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin Repatriasiyası Departamenti mənzilin kvadratmetrini artıra bilmədiyindən, yaxud istəmədiyindən, ailənin qızı Çiçək Paşayevanı kağız üzərində yaxınlarından ayırmışdır. Ailənin başçısı Paşayev Əhliman Əhliyyət oğlu redaksiyamız ayazdığı ərizədə mənzil bölgüsündə aidiyyəti qurumların böyük səxavət göstərdikləri köçkünlərin də adlarını çəkmiş, hətta onların bəzilərinin Rusiyada qeydiyyatda olduqları və faktiki orada yaşadıqlarına baxmayaraq, burada əlavə kvadratlara sahib olduqlarını qeyd etmişdir. Paşayev həmçinin bildirmişdi ki, yeni mənzillə təmin olunan bəzi köçkünlərin başqa yerlərdə də evləri olduğundan, verilən mənzillərdə kirayənişin yerləşdiriblər, amma onun çox üzvlü ailəsi bir dar mənzilə sığışdırılıb. Aparmaqda olduğumuz son dəqiqləşdirmələrdən sonra bu müstəvidə baş verən hüqupozmaların korruptiv xarakterli olub-olmdığı barədə fikirlərimizi oxucularımızla bölüşəcəyimizi vəd etmişdik.
Paşayevlər ailəsinin başçısı Əhliman Paşayev bütün bu illər ərzində pensiyasını yuxarı instansiyalara vurduğu teleqramlara xərclədiyini yazır. Redaksiyaya təqdim etdiyi qalaq-qalaq məktub, teleqram, poçt bildirişlərinin, özünün və həyat yoldaşının xəstəlik tarixçələrinin surətlərindən elə təsəvvür yaranır ki, bu materialların həcmini ölçmək lazım gələrsə, artıq vərəqlə, səhifə ilə deyil, kiloqramla hesab aparmaq lazımdır. Və əlbəttə ki, bütün bu sadə dillə "kağız-kuğuz" deyilən materialların hər birinin arxasında stress, əsəb gərginliyi, sərf olunmuş vaxt və enerji, hər dəfə puça çıxan ümidlər, özünü doğrultmayan gözləntilər, mənəvi əzablar durur. Paşayevin redaksiyaya yazdığı ərizədə məsul şəxslərdən Binəqədi RİH başçısının müavini Vüsal İsmayılovun və Komitənin Binəqədi sektorunun nümayəndəsi Adil müəllimin onun məktublarına dolandırıcı cavablar yazdıqlarını qeyd edir, Qaçqınkomun Mənzil -İstismar Departamentinin sabiq direktoru Pənah Əliyevin onunla bağladığı müqavilədə bilərəkdən bəzi rekvizitləri (ailə üzvlərinin sayı, sahənin ölçüsü) əks etdirməli olan qrafaları boş saxladığını bildirir. Yeri gəlmişkən, surəti redaksiyaya təqdim edilmiş həmin müqavilədə doğrudan da yalnız ünvan, müqavilə tərəflərinin adı, otaqların sayı (3 göstərilmişdir.
Mövzuya qayıdacağıq.

OXŞAR XƏBƏRLƏR
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
Sabah 27 dərəcə İSTİ OLACAQ
Sabah 27 dərəcə İSTİ OLACAQ
Yasamalda “nəzarət” adı ilə vətəndaşa təzyiq: “Uçaskovı” Rəfail kimə arxayındır?
Yasamalda “nəzarət” adı ilə vətəndaşa təzyiq: “Uçaskovı” Rəfail kimə arxayındır?
Azərbaycanda mütəşəkkil dəstə ifşa edildi - 89,5 milyon manatlıq dələduzluq
Azərbaycanda mütəşəkkil dəstə ifşa edildi - 89,5 milyon manatlıq dələduzluq
Daha 16 itkin-şəhid dəfn olunacaq+SİYAHI
Daha 16 itkin-şəhid dəfn olunacaq+SİYAHI
Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA
TƏBRİK EDİRİK+FOTO
TƏBRİK EDİRİK+FOTO
Dolu düşəcək, sulu qar yağacaq - SABAHIN HAVASI
Dolu düşəcək, sulu qar yağacaq - SABAHIN HAVASI