Azərbaycan İdeyası

REALLIQLAR VƏ FAKTLAR.

Tarix:4-02-2020, 11:27
Baxış Sayı:445

Prezident dəfələrlə vurğulayıb ki, xalqın 1 nömrəli xidmətçisi mənəm. Amma iş o yerə gəlib çatıb ki, bəzi məmurlar, icra başçıları, deputatlar təmiz qudurublar. Deputat İqbal Məmmədov öz obyektində (!!) vergi işçilərini döyür və bu işi hansı yollarlarsa da bağlayır!!. Bütün sosial şəbəkə partladı ki, SOCAR - ın prezidenti, futbolumuzu yaman günə qoyan Rövnəq Abdullayevin oğlunun 2.5 milyonluq saatını xaricdə, bahalı istirahət guşəsində qolundan açıb oğurlayıblar. Yenə də hansı yollalarsa da bu işi də söndürdülər və belə məmurlar cəzasız qaldı!.
H.Əliyev deyirdi ki, cəmiyyətdə cinayətkarlıq, özbaşnalıq o vaxtı tüğyan edir ki, cinayətkar cəzasız qalır. Axırıncı hadisələr də göstərdi ki, yəni Prezidentin bəzi yaşlı icra başçılarının dəyişdirilməsi və bu gənc icra başçılarına verdiyi tövsiyələrdən bəlli oldu ki, icra başçıları əməlli - başlı padşahlıq edirlər. Hamısının altında yüz minlik maşınlar AA 001... nömrəli, YPX - nın müşayəti ilə hərəkət edirlər, kimi istəyirlər qəbul edirlər, kimi istəmirlər qəbul etmirlər. Vətəndaş öz evinə su, qaz, işıq çəkdirəndə qalır müsibətə. Məmur başa düşməlidir ki, onun vəzifəsi vətəndaşa xidmət eləməkdir, daha onu incitmək deyil, Przezidentin dediyi kimi xalqı dövlətdən, Prezidentdən narazı salmaq deyil. Vətəndaşlarımız məhkəmələrdən, banklardan çox narazılıq edirlər, çünki Mərkəzi bankın sədri Elman Rüstəmov çıxdı Aztv - nin efirinə dedi ki, bizdə devalvasiya heç üfüqdə də görünmür, manat dünyanın ən sabit valyutasıdır, sonra 2 dəfə devalvasiya baş verir və Elman Rüstəmov çıxır efirə deyir ki, 10 mindən yuxarı dollar krediti götürənlər riski nəzərə almalı idilər!!. Bu açıq - aşkar milləti ələ salmaqdır, onu soymaqdır!.. Əksinə, öz milli valyutamız ola - ola başqa dövlətin valyutası ilə, Ana Yasamızın 19 - cu maddəsinin 3 - cü bəndinə zidd olaraq milləti soyan bankların lisenziyasını dayandırmaq əvəzinə onları müdafiə eləyir və bu da millətdə qıcıq yaradır...

Ardı var.

Həsən Həsənli

Korrupsiya və Qanun

OXŞAR XƏBƏRLƏR
İsmayıllıda zəlzələ oldu
İsmayıllıda zəlzələ oldu
DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
Ramiz Mehdiyev 17 milyon manatı mənimsəyib
Ramiz Mehdiyev 17 milyon manatı mənimsəyib
Ramiz Mehdiyevin evindən görüntülər – FOTO
Ramiz Mehdiyevin evindən görüntülər – FOTO
Komitə sədri şəhid oğludur - FOTO
Komitə sədri şəhid oğludur - FOTO
Statistika Komitəsinin yeni sədri kimdir? - DOSYE
Statistika Komitəsinin yeni sədri kimdir? - DOSYE
İcra başçısı təyin edilən Tahir Budaqov kimdir? - BİOQRAFİYA
İcra başçısı təyin edilən Tahir Budaqov kimdir? - BİOQRAFİYA
Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi
Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi