Azərbaycan İdeyası

Azərbaycanda şirkəti olan məşhur iş adamı qaçırıldı

Tarix:18-10-2016, 14:04
Baxış Sayı:1 261

Azərbaycanda şirkəti olan məşhur iş adamı qaçırıldı
Məşhur azərbaycanlı iş adamı Mustafa Tayat İstanbulda keçmiş işçisi tərəfindən aldadılaraq qaçırılıb. Criminal.az-ın “musavat.com”-a istinadən məlumatına görə, iş adamını oğrlayanlar 10 min dollar pulunu götürüb, "fidyə" aldıqdan sonra onu bir xəstəxananın qarşısına atıblar. Hadisə İstanbulun Sarıyer rayonunda baş verib. İddialara görə, M. Tayata zəng edən Lətifə adlı keçmiş işçisi onunla görüşmək istədiyini bildirib.

Qadının verdiyi ünvana gedən M.Tayat naməlum 2 maskalı şəxs tərəfindən oğurlanıb. 3 İş adamına işgəncə verən şəxslər bunu şantaj məqsədi ilə videoya da çəkiblər. Maskalılar onun üzərindəki 10 min dolları götürüblər. İş adamını azad etmək üçün isə böyük məbləğdə pul tələb edildiyi bildirilib.

Daha sonra bir xəstəxananın qarşısına atılan yaralı iş adamı xəstəxana işçiləri tərəfindən tapılıb və müalicəyə alınıb. Xəstəxanadan polisə məlumat verilib. Sağlıq mərkəzinin qarşısındakı təhlükəsizlik kameralarını izləyən polislər 2 şübhəlini həbs edib.

Qeyd edək ki, Mustafa Tayatin Azərbaycanda şirkəti var. O, bir sıra geyim mağazaları zəncirinin sahibidir. Türkiyə saytları məşhur iş adamının milliyyətcə azərbaycanlı olduğunu qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Kredit borcu olanların NƏZƏRİNƏ
Kredit borcu olanların NƏZƏRİNƏ
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Türkiyədə ZƏLZƏLƏ OLDU
Türkiyədə ZƏLZƏLƏ OLDU
Azərbaycanda yeni nazir təyin edildi
Azərbaycanda yeni nazir təyin edildi
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında