Azərbaycan İdeyası

Sahibkarlığın inkişafına yardımı satın almaq üçün borc pul götürdü və aradan çıxdı

Tarix:1-08-2023, 16:51
Baxış Sayı:192

Sahibkarlığın inkişafına yardımı satın almaq üçün borc pul götürdü və aradan çıxdı
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv – 1, ev 15 ünvanda qeydiyyatda olan və yaşayan Xancanova Səadət Rəvan qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, üzləşdiyi dələduzluq cinayəti ucbatından ziyan çəkdiyini bildirmişdir.
S.Xancanova yazır ki, hələ 2011-ci ildə bir yerdə işləmiş olduğu Azər Alıyevin tanışı Fəxrəddin onu aldadıb. Ərizədən oxuyuruq: “Mənə o zaman təcili pul lazım olduğu üçün kredit götürmək istəyirdim. Fəxrəddin isə Azərə deyibmiş ki, Sahibkarlığın İnkişafına Yardım Fondundan pul götürmək istəyir, 15 – 20 min manat pul lazımdır, borc götürə bilsə, üç aya qaytaracaq. Sonra gəlib eyni istəyini mənə dedi və dönə-dönə əmin etdi ki, sizə nə qədər lazımdır götürün, qalanını da mən götürüm, aylıq faizi ilə qaytaracam, üç ayın tamamında bütün krediti paylayacam. Bütün bu söhbətlərdə Azər bəy də, Fəxrəddinin bir başqa tanışı Hümbət adlı şəxsin də xəbərləri oldu. 2011-ci ilin sentyabr ayında mən evimi alqı-satqı edib 20000 (iyirmi min) manat pulu Fəxrəddinə verdim. Sonradan mənə məlum oldu ki, Fəxrəddinin götürdüyü vəsaitin ilk 6 (altı) aylıq ödənişini Azər, 1 (bir) aylıq ödənişini isə Hümbət Moskvadan göndərərək ödəmişlər. Fəxrəddin qaçıb gizləndiyindən, aylıq ödənişlər həyata keçirilməmiş və borc yiyəsi məni evimdən çıxarmışdır. Hal-hazırda da mən Fəxrəddini tapa bilmirəm”.
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi – 29, mənzil - 21 ünvanda yerləşən ona məxsus evin dəyərinin həmin vaxt 45000 (qırx beş min) AZN olduğunu xatırladan Xancanova bu məsələnin ictimailəşdirilməsini, geniş oxucu kütləsinin və aidiyyəti qurumların diqqətinə çatdırılmasını xahiş etmişdir.

OXŞAR XƏBƏRLƏR
Arxiv xidməti “yuxulayan rejim”də işləyir
Arxiv xidməti “yuxulayan rejim”də işləyir
Bakıda yeni hava limanı tikilir - Bu ünvanda
Bakıda yeni hava limanı tikilir - Bu ünvanda
Şəmkirdə TƏLƏBƏ MEŞƏDƏ özünü asdı
Şəmkirdə TƏLƏBƏ MEŞƏDƏ özünü asdı
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ - Seçim prosesinin vaxtı dəyişdirildi
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ - Seçim prosesinin vaxtı dəyişdirildi
Azərbaycanda bu dərmanlar pulsuz veriləcək - RƏSMİ
Azərbaycanda bu dərmanlar pulsuz veriləcək - RƏSMİ
Sabah leysan yağacaq, güclü külək əsəcək-03.05.2025.
Sabah leysan yağacaq, güclü külək əsəcək-03.05.2025.
“RR Construction” MMC evini sökdüyü vətəndaşları aldadıb
“RR Construction” MMC evini sökdüyü vətəndaşları aldadıb
İctimai nəqliyyatda yaşlılarla cavanlar arasında “yer davası”: Hər iki tərəfin bir sualı var: “Niyə?”
İctimai nəqliyyatda yaşlılarla cavanlar  arasında “yer davası”: Hər iki tərəfin bir sualı var: “Niyə?”