Azərbaycan İdeyası

BİRİNCİ ARVADINA ALİMENT ÖDƏMƏDƏN İKİNCİSİNİ ALAN KİŞİ “YOXA ÇIXIB” – MÜSADİRƏYƏ GEDƏN AVTOMOBİLİNDƏN NƏ XƏBƏR?

Tarix:4-02-2020, 11:14
Baxış Sayı:204

“Birinci arvadına aliment ödəyə bilmir, ikincisini alır” – İmişli rayonunun Qaralar kənd sakini Xanımgül Cabbarlının redaksiyamıza müraciəti əsasında hazırlanaraq qəzetimizdə dərc olunmuş bu sərlövhəli məqaləmizdə yerli icra məmurunun aliment ödəməkdən yayınan şəxsə loyal münasibəti qınanırdı. Məqalədə ehtiva olunan məsələ tərəfimizdən göndərilmiş məktubla Ədliyyə Nazirliyinin icra Baş İdarəsinin rəhbərliyinin diqqətinə çatdırılmışdı.
İdarə rəisindən aldığımız 26.12.2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, həqiqətən də İmişli Rayon İcra Şöbəsində başlamnılmış icraat zamanı İbrahimov Elnur Ələmdar oğlu Cabbarlı Xanımgül Ziyad qızına olan aliment borcunu ödəməkdən yayınmışdır: “Məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etmədiyinə görə E.İbrahimov İmişli rayon məhkəməsinin 15.07.2016 və 26.12.2018-ci il tarixli qərarları ilə hər biri 10 gün müddətinə olmaqla inzibati qaydada həbs edilmişdir. Borclunun əmlak vəziyyəti təkrarən yoxlanılan zaman ona məxsus “VAZ 21063” markalı avtomobil aşkar edilmiş və rayon məhkəməsinin 31.10.2019-cu il tarixli (yəni, məsələ qəzetimizdə ictimailəşəndən sonra-red.) qərardadı ilə avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmçinin, E.İbrahimovun olduğu yer müəyən olunmadığına görə barəsində axtarış qərarı qəbul olunaraq icra edilməsi üçün İmişi Rayon Polis Şöbəsinə göndərilmişdir. Məhkəmə qərarının icrasının nəzarətdə saxlanılması İmişli Raon İcra və Probasiya Şöbəsinin rəhbərinə tapşırılmışdır”.
Maraqlıdır, görəsən, E.İbrahimov avtomobili ilə birgəmi yoxa çıxmışdır? Onun avtomobilinin müsadirə edilməsi və satılaraq borcunun ödənilməsi üzrə hansı işlər görülür? Aydınlaşdırmağa çalışacağıq.

Korrupsiya-q.az

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?