Azərbaycan İdeyası

POLİS “DƏFTƏRİNDƏ” TAPILMIR, BƏYƏM SEÇİCİ SİYAHISINDA DA ÜNVANI YOXDUR?

Tarix:25-02-2020, 09:56
Baxış Sayı:185

Hal-hazırda Azərbaycan gündəmini zəbt edən ən aktual məsələ 9 fevral 2020-ci il tarixdə keçirilmiş növbədənkənar parlament seçkiləri və onu müşayiət edən assosiasiyalardır. Edilmiş şikayətlər, təqdim olunmuş faktlar əsasında bir neçə dairə üzrə seçki nəticələrinin ləğv edilməsi, daha bir neçəsinin isə nəzarətə götürülərək araşdırılmasının davam etdirilməsi belə fikir formalaşdırır ki, indi ölkəmizdə ən şəffaf fəaliyyət göstərən qurum Mərkəzi Seçki Komissiyasıdır və belə bir qurumun 1-3 ay işləyib, sonra 3-4 il boş dayanması ədalətsizlikdir. Yaxşı olar ki, MSK mənsublarının təcrübə və potensialından qalan vaxtlarda da səmərəli istifadə olunsun və vətəndaşlar bütün başqa müstəvilərdə rast gəldikləri hüquqpozmalarla bağlı da MSK sədri Məzahir Pənahova müraciət etsinlər. Bəzi oxucularımıza bu arqumentlər qeyri-ciddi görünə, sözümüzü necə deyərlər, “qəribçiliyə sala” bilərlər. Amma, ən azından polisin axtarmadığı, axtarmaq istəmədiyi və ya axtarıb tapa bilmədiyi cinayətkarların yerinin seçici siyahısı üzrə müəyyənləşdirilməsində adı çəkilən qurumun köməyindən faydalanmaq olar.
“İnamdan sui-istifadə etməzlər” (“Korrupsiya və Qanun” qəzeti, № 02(51), 15 fevral 2016-cı il); “Müstəntiq şübhəli şəxsi axtarmadan cinayət işinin başlanılmasını rədd edib” (№ 06(55), 08 oktyabr 2016-cı il); “Baş müstəntiq Möhsüm Cabbarovun tərtib etdiyi qərar nümunəvi formadan hansı naqisliyi ilə fərqlənir” (№ 07(56), 11 noyabr 2016-cı il); “Azərbaycanın “Hindistan polisi” – Zərərçəkən özü dələduzun qolundan sürükləyib gətirməlidirmi?” (№ 03(60), 25 ma 2017-ci il). Bu başlıqlar altında qəzetimizdə dərc olunan məqalələr Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında musiqiçi işləyən İslamov İslam Zahir oğlunun, Kərimov Şəfa Mehman oğlunun, Əliyev Famil İsraıl oğlunun həmin filarmoniyada kadrlar şöbəsində işləyən 1964-cü il təvəllüdlü Məlikova Afət Aslan qızı tərəfindən aldadılmalarına, müxtəlif vədlərlə etibarlarından sui-istifadə edib pullarının ələ keçirilərək mənimsənilməsinə dair şikayətləri öz əksini tapmış, şikayətin araşdırılması ilə məşğul olan hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətsizliyi qınanmışdır.
Çox qəribədir ki, istintaq, barəsində şikayət olunan şəxsin istintaq şöbəsinə gətirilməsinin təmin edilməməsini və bu üzdən onun işin halları üzrə izahatının alınmasının mümkün olmadığını əsas göstərərək toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarmışdı. Maraqlıdır, görəsən, Məlikova Afət Aslan qızının istintaq şöbəsinə gətirilməsini kim təmin etməlidir, ondan işin halları üzrə izahatını almaq kimin vəzifəsidir?
Əslində məqalələrimizin sərlövhələri hər şeyi deyir. Sözügedən material üzrə işin araşdırılması ilə 13 may 2016-cı il tarixdən məşğul olan baş müstəntiq Möhsüm Cabbarov göstərməlidir ki, Afət Məlikovanın istintaq şöbəsinə gətirilməsi üçün uğursuz da olsa hansı əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Göstərməz, çünki o halda təhqiqat hərəkətlərinin qeyri-səmimiliyi, özünün və (və ya) paqon yoldaşlarının qeyri-peşəkarlıqları üzə çıxa bilər.
Bundan başqa, müşahidə olunmuşdu ki, baş müstəntiq çıxardığı qərardan şikayət verilməsini və ümumiyyətlə, bu işin uzanmasını istəmirmiş. Çünki çıxardığı “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarda vacib punktlardan birini unutmuş, tərəflərə qərardan şikayət etmək hüquqlarının olduğunu izah etməmişdi.
O vaxtdan bəri dörd il keçib, daxili işlər nazirimiz dəyişib, bəlkə də müstəntiq mayor Cabbarov da artıq polkovnik rütbəsi alıb. Afət Məlikovanın seçki məntəqəsinə gedib səs verməsi inandırıcı görünmür. Hərçənd, sərhədi keçib-keçmədiyini, ölüb-qaldığını müəyyənləşdirmək üçün addımlar atmaq olardı... [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Vurduğu təsdiqlənməyən maddi ziyanı nə məqsədlə anasına ödətdirirdilər?
Vurduğu təsdiqlənməyən  maddi  ziyanı nə məqsədlə anasına ödətdirirdilər?