Azərbaycan İdeyası

Allah xatirinə Qarabağ qazimizə kömək edək!

Tarix:27-10-2020, 12:12
Baxış Sayı:483

Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini, II qrup Qarabağ əlili, 1969-cu il təvəllüdlü Həsənov Elşən Əkbər oğlu Milli Məclisin deputatı Vüqar Bayramova ünvanladığı müracətnaməsinin surətini “Korrupsiya və Qanun” qəzetinin redaksiyasına da göndərib açıq şəkildə dərc olunmasını xahiş etmişdir.
Müraciət müəllifi bildirir ki, 1992-ci ildə Qarabağ döyüşlərinə yollanmış və 1994-cü ildə minaya düşərək bud nahiyəsindən yaralanmış, bir ayağını itirmişdir. Bədəninin əksər nahiyələrində qəlpələr gəzdirir. Dövlətin verdiyi pensiya özü, həyat yoldaşı, iki qızı və bir oğlundan ibarət, üzvlərindən heç birinin işləmədiyi 5 nəfərlik ailəsini dolandırmağa yetmir. Bir otaqlı, natamam, şəraitsiz evdə yaşayırlar. Müharibədə özünün başına gələnlər azmış kimi, üç il əvvəl dinc şəraitdə oğlunun ayağının vətərini də dəmir kəsib, təcili lazım olan cərrahi əməliyyat xərclərini qarşılamaq üçün məcbur olub kreditlə borc götürüblər. Dəmir paslı olduğundan, kəsilmiş yaraya infeksiya keçdiyindən, ayaqda qanqrena gedir. İndi növbəti əməliyyata ehtiyac vardır. Qarabağ qazisi aldığı pensiyanı kredit borcunun ödənilməsinə sərf etdiyindən, növbəti əməliyyatın pulunu ödəmək Həsənovlar aləsi üçün mümkünsüz görünür. Cərrahi müdaxilənin gecikməsi isə 28 yaşlı Elvinin həyatı üçün ciddi təhlükədir. Yazır ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısına dəfələrlə etdiyi müraciətlər də cavabsız qalıb.
Parlament seçkilərində səs verdiyi deputatın köməyinə bel bağlayan Qarabağ qazisi acınacaqlı durumu barədə verdiyi məlumatın KİV-də ictimailəşdirilməsinin xeyirxah insanların da qəlbinə rəhm salacağına ümd edir və bu ümidlə bankda oğlunun adına şəxsi hesab açdırıb. Redaksiya olaraq, həmin hesabın (Kapitalbank: 4169 7413 6985 9861 Elvin Həsənov) əks olunduğu debet kartın şəklini paylaşırıq. İnanırıq ki, dəyərli oxucularımız arasında bu müqəddəs Məhərrəm ayının fəzilətli günlərində savab iş görmək üçün fürsət axtaranlar az olmayacaq. Fikrimizcə, bu işin savabı Aşura günü donor qanı verməkdən heç də az deyil. Söhbət Vətən uğrunda rəşadətlə döyüşərək sağlamlığını qurban vermiş Qarabağ qazisinin oğlunun, subay bir gəncin taleyindən gedir.

OXŞAR XƏBƏRLƏR
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Türkiyədə ZƏLZƏLƏ OLDU
Türkiyədə ZƏLZƏLƏ OLDU
Azərbaycanda yeni nazir təyin edildi
Azərbaycanda yeni nazir təyin edildi
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Ombudsman PARLAMENTDƏ
Ombudsman PARLAMENTDƏ
Parlamentin növbəti iclası BAŞLADI
Parlamentin növbəti iclası BAŞLADI