Azərbaycan İdeyası

“Özümə od vurub yandıracağam!” – Füzulinin icra başçısı Qarabağ qazisinə intihar həddinə gətirib

Tarix:16-03-2022, 09:56
Baxış Sayı:93

Füzuli rayon rəhbərliyinin Qarabağ müharibəsi qaziləri ilə münasibətlər müstəvisində yol verdiyi səhvlərdən bəhs edən tənqidi məqalələrimiz ciddi reaksiya doğurub. Belə ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Alıyevdən və onun komandasının üzvlərindən narazı düşən qazilər qəzetimizə sanki ümid yeri kimi baxaraq bizə üz tutur, dərdlərini ictimailəşdirməyimizi xahiş edirlər.
Füzuli rayonunun Böyük Bəhmənli kəndində yaşayan ikinci qrup Qarabağ müharibəsi əlili Həsənov Elşən Əkbər oğlu “Korrupsiya və Qanun”qəzeti radksiyasına müraciət edərək bildirir ki, 1992-ci ildə könüllü olaraq respublikamızın ərazi bütövlüyü uğrunda mübarizəyə qatılıb, 1994-cü ildə minaya düşərək bir qıçasını itirib: “Prezidentimizin ayırdığı təqaüd və dövlətimizin verdiyi pensiya hesabına bir otaqlı daxma tikərək beş nəfərlik ailəmlə çətin vəziyyətdə yaşayıram. Dəfələrlə Füzuli Rayon İcra Hakimiyyətinə müraciət edib övladımın işə düzəlməsi ilə bağlı köməklik göstərilməsini xahiş etsəm də, heç bir nəticəsi olmayıb. Möhtərəm Prezidentimizin məmurlara xalqa xidmət etmək, əhalinin problemlərinin həllinə kömək etmək barədə tövsiyəsini xatırlatsam da, qulaq asmayıblar. Oğlumun ayağı təcili əməliyyata məruz qalmalıdır. 12 min manat pul istəyirlər, yoxumuzdur deyə, gün-gündən gözümüz önündə çürüyür. Əlacım ona qalıb ki, elə bu evdəcə özümə od vurub yandırım. Amma bunu etməzdən öncə istəyirəm ki, dərdimi cənab Prezidentə çatdırım. Hamı bilsin ki, məni bu həddə çatdıran Füzulinin icra başçısıdır”.
Bizdən demək! İnanmaq istəyirik ki, aidiyyəti qurumlar qabaqlayıcı tədbirlər görərək Qarabağ qazisini və onun oğlunu ölümdən, Alı Alıyevi isə günahdan və təqsirdən qurtaracaqlar.
X.Əhlimanqızı

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir