Azərbaycan İdeyası

Vəzifəli şəxs “kişi sözü” verib nasaz maşınını müştəriyə necə sırıdı

Tarix:25-04-2022, 18:24
Baxış Sayı:62

Sumqayıt şəhəri, Corat bağları massivində yaşayan Bəylərli Samir Namiq oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək, rastlaşdığı dələduzluq faktına görə maddi ziyana düşdüyünü bildirmişdir. S.Bəylərli yazır ki, “Turbo.az” saytında satışı elan olunan 50 PN 103 dövlət qeydiyyat nişanlı “BMV” markalı avtomobilin sahibi Xəyal adlı şəxslə əlaqə yaradaraq görüşmüş və sövdələşmişdir.
Samirin Bakı şəhərində tanıdığı avtotəmir mütəxəssisi olmadığı üçün Xəyala maşının texniki vəziyyətini yoxlatdırmaq üçün Sumqayıta getməyi təklif etmişdir. Lakin Xəyal məsafənin uzaq olduğunu deyərək buna razı olmamış və onlar maşını Bakıdakı “20 yanvar” dairəsi yaxınlığındakı emlatxanalardan birinə aparmışlar. Samirin sözlərinə görə, həmin emalatxanada avtomobilə baxış arzuolunan səviyyədə aparılmamış, hətta Xəyal ona maşını sürməyə belə icazə verməyərək heç bir problem olmadığını, əgər problem olarsa, Samirin istədiyi kimi həll edəcəyinə, aldatmayacağına əminliklə “kişi sözü” vermişdir. Satdığı maşında mühərrikdə eşidilən yad səsi isə guya müvəqqəti hal kimi benzinin dəyişməsi ilə əlaqələndirmişdir. Xəyal hətta Samiri inandırmaq üçün özünün vəzifəli şəxs olduğunu, İsmayıllı rayonunda icra nümayəndəsi işlədiyini demişdir. Sonda Samir Xəyalın istədiyi 21500 (iyirmi beş min bir yüz) manat pul verərək avtomobili almışdır. Lakin çox keçmədən avtomobilin nasazlıqları özünü göstərmişdir. Samir dəfələrlə Xəyalı Bakıya dəvət etsə də, o, paytaxta gəlməkdən yayınmış, ən nəhayət, maşınla bağlı bir daha onu narahat etməməsini demişdir.
S.Bəylərli bu məsələnin ictimailəşdirilməsini redaksiyadan xahiş etmişdir. Redaksiya olaraq bizim üçün bu mübahisəli məsələnin ictimai tərəfi ondan ibarətdir ki, aldadan qismində çıxış edən şəxs özünün dediyinə görə vəzifə sahibidir. İnternet üzərindən apardığımız araşdırmalardan bəlli oldu ki, İsmayıllı rayonunda icra nümayəndəsi vəzifəsində işləyən Xəyal adlı yeganə şəxs Rayon İcra Hakimiyyəti başçısının Tağlabiyan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin sədri Salmanov Xəyal Məzahir oğludur. Atası Salmanov Məzahir Xasay oğlu üzüm emalı zavodunun direktoru, kolxoz sədri, Tağlabiyan bələdiyyəsinin sədri kimi məsul vəzifələrdə işləmişdir. 2005-ci ildən hal-hazıra kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Məzahir Salmanovun yüzlərlə (!) hektar yay və qış otlaq, əkin sahələri, yüzlərlə baş iri və xırda baş heyvanları vardır. Kənd təsərrüfatı sahəsində qazandığı uğurlara görə keçən il 3-cü dərəcəli Əmək ordeni ilə təltif olunan Məzahir Salmanov ət, süd, yun, taxıl istehsalçısı kimi dövlət tərəfindən verilən yardımlardan da lazımi qaydada faydalanır. Təbii, bunca şöhrətli və dövlətli adam istəməz ki, dövlət qulluğunda çalışan oğlunun adı dələduzluqda hallansın. Ona görə də Samir Bəylərli problemin həllindən ötrü Xəyalın ağsaqqalına müraciət etsə, müsbət nəticəyə nail ola bilər.
“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…