Azərbaycan İdeyası

Xətai polisi vaxtilə polis müstəntiqinə qarşı dələduzluq edən, qurbanlarını “Sadval”la təhdid edən şəxslərin indiki cinayətinə niyə göz yumur?

Tarix:30-01-2023, 14:34
Baxış Sayı:260

Xətai polisi vaxtilə polis müstəntiqinə qarşı dələduzluq edən, qurbanlarını “Sadval”la təhdid edən şəxslərin indiki cinayətinə niyə göz yumur?
Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Badamdar Yolu küçəsi, ev 28 ünvanda yaşayan Şükürov Azad Sadiq oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək, məlum şəxslər tərəfindən dələduzluq əməlinə məruz qalıb aldanıldığını, pulunun mənimsənildiyini, hüquq-mühafizə orqanlarına müraciətinin gözlədiyi nəticəni vermədiyini bildirmişdir.
Yazır ki, 2020-ci il dekabr ayının 18-də Süleymanova Sabrina Cavidovna və onun vasitəsilə tanış olduğu, özünü o vaxt səhiyyə naziri işləyən Oqtay Şirəliyevin baldızı kimi təqdim edən Quliyeva Laləzar Rəhmanovna onun dostunun oğlunu FHN-ə işə düzəldəcəklərini vəd edərək ondan hissə-hissə iki dəfəyə 12000 (7000 və 5000) manat pul almışlar. Qeydiyyat və yaşayış yeri ünvanları, telefon nömrələri Azad Şükürova bəlli olan bu şəxslər ondan pul aldıqlarını yazılı şəkildə iltizamnamə ilə təsdiqləyiblər. Lakin ötən iki ildən artıq müddətdə onlar nə Azada boyun götürdükləri işi düzəltmiş, nə də pulu qaytarmayıblar. Azad Şükürov sonradan öyrənmişdir ki, həmin şəxslər əvvəllər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə məsuliyyətə cəlb olunmuş və məhkum edilmişlər.
A.Şükürov qeyd edir ki, əsas ixtisası müəllim olan Sabrina işədüzəltmə adı ilə adamları aldatmaqla, etibarlarından sui-istifadə etməklə peşəkarcasına məşğuldur; bu məqsədlə paytaxtın Nərimanov metro-stansiyası yaxınlığında ofis açıb, Qəşəng adlı bir qadını da özünə işçi götürüb, vətəndaşların ilkin qəbulunu ona tapşırıb. Sabrina ilə görüşüb pulu tələb etdiyi zaman, Sabrina onu Dərbənddə yaşayan qardaşı və “Sadval” üzvü olan əmisi ilə qorxudaraq hədə-qorxu gəlmiş, borcundan imtina etməyi məsləhət görmüşdür.
Təbii ki, hədə-qorxunu real qəbul edən A.Şükürov polisə şikayət etmiş, hər iki şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmiş, lakin dediyinə görə nə polis, nə də prokurorluq onun müraciətinə həssas yanaşmayıb. Belə ki, 37-ci Polis Bölməsinin təhqiqatçısı Kamran Əhmədov 16 aprel 2022-ci il tarixli və Xətai rayon Polis İdarəsinin təhqiqatçısı Teymur Ağamirov 22 noyabr 2022-ci il tarixli qərarları ilə şikayət üzrə cinayət işinin başlanılmasını rədd ediblər. Azadı aldadan şəxslərin əməllərinə hüquqi qiymət verilməyib, onunla həmin şəxslər arasında vatsap yazışmaları və səs yazıları obyektiv araşdırılmayıb, əlbir olduqları şəxslərin dairəsi müəyyənləşdirilməyib, ölkə içində və xaricdə əlaqələri yoxlanılmayıb. Bu azmış kimi, polis Sabrinanın Azada 2500 manat pul qaytardığına dair akt tərtib etmiş, lakin Azad o pulu da almadığını iddia edir.
Polisin bir-birini demək olar ki tam təkrarlayan qərarlarında izahatı yer alan L.Quliyeva 7000 manat pulu Azaddan şəkər xəstəliyindən müalicəyə xərcləmık məqsədilə borc aldığını və 4000 manatını qaytardığını demişdir. S.Süleymanova isə özünü müdafiə etmək üçün Azaddan 5000 manat pulu 10 faizlə sələmə götürdüyünü, ilk bir il ərzində hər ay faizi ödədiyini bildirmişdir. Bu “əsasla” polis tərəflər arasında mübahisəni mülki xarakterli hesab edərək, A.Şükürova məhkəməyə şikayət etmək hüququnun olduğunu xatırlatmışdır. Xətai rayon prokurorluğu cinayət işinin başlanılmasının ləğv edilməsi haqqında qərarı bir dəfə ləğv edib yenidən Xətai polisinə qaytarıb. Lakin Xətai RPİ-nin müstəntiqi Taleh Baxışov materialın onun icraatında olduğunu bildirsə də, bu günədək araşdırmanın nəticəsi barədə heç bir xəbər yoxdur.
A.Şükürov ədalətsiz hesab elədiyi polisin qərarlarından prokurorluğa, daxili işlər nazirinə, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinə şikayətlər ünvanlamışdır. Ümid edək ki, Azad Şükürovun ləyaqətli vətəndaş kimi şəxsi keyfiyyətləri, YAP üzvü olması, ali savadı, idman ustası olması, atası professor Sadiq Şükürovun Ümummilli lider Heydər Əliyev haqqında yazdığı silsilə kitablar və başqa xidmətlər nəzərə alınacaq, iş üzrə araşdırma obyektiv aparılacaq.
Redaksiyadan: Araşdırmalarımız nəticəsində öyrəndik ki, əvvəlki soyadı “Alxasova” olan Sabrinanın adı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə ilə birlikdə bir neçə dələduzluq əməlində hallanıb və 7 il 6 ay 16 gün müddətinə azadlıqdan məhrum edilibmiş. Həbs müddətinin azaldılmasına nail olmaq üçün Sabrinanın əri Mehdi Süleymanov Ədliyyə Nazirliyinin bir əməkdaşına və Vəkillər Kollegiyasının üzvünə 31 min manat pul veribmiş. Lakin həmin şəxslər işi görə bilmədiklərindən Mehdinin şikayətindən sonra istintaq dövründə pulu qaytarmalı olublar.
1985-ci ildən 2010-cu ilə kimi Neftçilər Xəstəxanasında tibb məntəqəsinin müdiri vəzifəsində işləmiş Laləzar Quliyeva isə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində müstəntiq işləyən Hacı Əfəndiyevin Tibb Universitetini bitirən həyat yoldaşını 1 saylı doğum evinə ginekoloq vəzifəsinə düzəldəcəyini vəd edərək, müstəntiqin qaynı Nazim Quliyevdən 10 min manat pul alaraq qaytarmayıb. N.Quliyev isə aldanıldığını görüncə hüquq-mühafizə orqanlarına şikayət edib. 2015-ci ilin sentyabr ayının 9-da L.Quliyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. L.Quliyeva daha əvvəl 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin eyni maddəsi (178.3.2-ci) ilə ittiham olunub və barəsində şərti cəza təyin edilibmiş.
Xuraman Quliyeva

Xətai polisi vaxtilə polis müstəntiqinə qarşı dələduzluq edən, qurbanlarını “Sadval”la təhdid edən şəxslərin indiki cinayətinə niyə göz yumur?
Xətai polisi vaxtilə polis müstəntiqinə qarşı dələduzluq edən, qurbanlarını “Sadval”la təhdid edən şəxslərin indiki cinayətinə niyə göz yumur?
Xətai polisi vaxtilə polis müstəntiqinə qarşı dələduzluq edən, qurbanlarını “Sadval”la təhdid edən şəxslərin indiki cinayətinə niyə göz yumur?

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…