Azərbaycan İdeyası

Bakıda istifadə olunmayan quyudan neft püskürdü:insanlar təşvişdə

Tarix:10-08-2017, 12:28
Baxış Sayı:424

 Bakıda istifadə olunmayan quyudan neft püskürdü:insanlar təşvişdə
Sabunçu rayonunun eyniadlı qəsəbəsində bir məhəllədə uzun müddətdir istifadəsiz qalan quyudan anidən neft çıxmağa başlayıb. Ancaq bu sakinlərin narahatlığına səbəb olub. Çünki ətrafa dağılan və üstü açıq qalan neft quyusunu sakinlər özləri üçün təhlükə hesab edirlər. Aidiyyatı qurumlar məsələyə bağlı xəzər xəbərə danışıb.
Korrupsiya və Qanun saytı Xəzər Tv-yə istinadən məlumat verir ki, hadisə Bakı şəhəri Sabunçu rayonunun eyni adlı qəsəbəsində, 6 saylı peşə məktəbinin həyətində qeydə alınıb. Sakinlər indiyə kimi burda hansısa köhnə neft quyusunun olduğunu bilməyiblər. Çünki fəaliyyətsiz quyunun üstü torpaqla örtülübmüş. Yerdən neftin püskürdüyünü görən sakinlər təşvişə düşüb.

Ətrafda 50 yaxın məcbur köçkün ailəsi yaşayır. Sakinlər hər an baş verəcək adi partlayışla evlərinin uçaraq dağılacağından narahatdırlar. Ərazidə yaşayanlar bildirirlər ki, bir neçə qurumdan gəlib quyuya baxış keçiriblər, ancaq quyunu bağlamadıqları üçün onların narahatlıqları davam edir.

Məsələ ilə bağlı Sabunçu qəsəbəsinin icra nümayəndəliyi ilə əlaqə saxladıq. Bildirdilər ərazi Azneft İstehsalat Birliyinə məxsusdur və tədbir görülməsi üçün bu quruma müraciət edilib. Həmin idarənin işçiləri bir neçə gün ərzində əraziyə baxış keçirərək mühəndis qaydalarına uyğun olaraq lazımı tədbiri görəcəklər.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı