Azərbaycan İdeyası

QARDAŞINI İTİRƏN LAL-KAR BACININ KÖMƏYƏ EHTİYACI VAR

Tarix:27-09-2019, 15:44
Baxış Sayı:423

“Korrupsiya və Qanun” qəzeti redaksiyasına Bakı şəhəri Zabrat qəsəbəsi Nizami küçəsi - 3A ünvanda yaşayan Mücərrədi Şövkət Qalamirzə qızının ərizəsi daxil olmuşdur. Ərizə müəllifi yazır:
“Mənim 1944-cü il təvəllüdlü bacım Mücərrədi Xədicə Qalamirzə qızı anadangəlmə lal-kardır. İndi gözünün birinə də qarqa su gəlib, heç görmür. Xəstəliyin ikinci gözünə də keçmək ehtimalı var. Qardaş yanında yaşayırdı, qardaş da vəfat edəbndən sonra baxımsız qalmışdır. İndi mən gətirib öz yanımda saxlayıram. Gözünün müalicəyə ehtiyacı var və onun aldığı 160 (bir yüz altmış) manat pensiya dolanışığa çatmır. İndi hal-hazırda tamamilə əmək qabbiliyyərtuini itirib. 75 yaşına çatan bacımın köməyə ehtiyacı var. Bu barədə dəfələrlə aidiyyati qurumlara müraciət etsəm də, heç bir nəticə olmamışdır. İndi xahiş edirəm ki, bacımın problemini ictimailəşdirib əlaqədar instansiyaların diqqətini cəlb edəsiniz və onun əlillik statusunun II qrupdan I qrupa keçirilməsinə və mənim onu qəyyumluğa götürməyimə köməklik göstərəsiniz”.
Yeri gəlmişkən, rəhmətlik Məhəmməd Qalamirzə oğlunu (Məhəmməd Gəncəvi) jurnalist cameəsi də yaxşı tanıyırdı. “Korrupsiya və Qanun” qəzetinin oxucularına da onun adı yaxşı tanış idi. Əsasən tənqidi yazılarla çıxış edirdi. Ziyalı ictimaiyyəti arasında sadiq dostları vardır ki, bu problemin həlli üçün qələmlərini çalışdıra bilərlər. Yəqin ki, aidiyyati qurumların məsələyə konstruktiv müdaxiləsindən sonra yerli icra hakimiyyəti orqanları vətəndaş Mücərrədi Xədicə Qalamirzə qızının üzərində patronaj (baxıcı) təyin edilməsi üçün müvafiq köməklik edəcək və bu işi yerinə yetirməkdə onun bacısı Mücərrədi Şövkət Qalamirzə qızının namizədliyini dəstəkləyəcəkdir.

Mövzuya qayıdacağıq.

“Korrupsiya-q.az ”

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama