Azərbaycan İdeyası

Azərbaycanlı biznesmenlər: "Moskvada bizə müharibə elan olunub"

Tarix:23-02-2018, 15:24
Baxış Sayı:8 280


 Azərbaycanlı biznesmenlər: "Moskvada bizə müharibə elan olunub"

Azərbaycandan olan sahibkarlara qarşı kütləvi qətllər diasporu sarsıdıb. Bu barədə “Sarıqrad” məlumat yayıb.
Xatırladaq ki, Moskvada azərbaycanlı iş adamı Anar Əliyev sui-qəsd qurbanı olub. Öldürülmüş biznesmenin fast-fud şəbəkələrindən birinin sahibi olduğu bildirilir.
Onun ölümü Azərbaycan əsilli biznesmenlər arasında ilk sui-qəsd hadisəsi deyil. Azərbaycanlı biznesmenlər bildirirlər ki, Moskvada onlara qarşı “ölüm-dirim müharibəsi elan olunub”.
Sentyabrın 18-də Biryulevo rayonunda Xarkov keçidində metal satışı ilə məşğul olan azərbaycanlı biznesmen Rəhman Əliyev güllələnib.
Yanvarın 28-də Azərbaycan vətəndaşı Mahir Rüstəmova yaxın məsafədən atəş edilib. Onun meyiti Slavyan bulvarı ərazisində tapılıb. Fevralın 22-də isə Moskvanın Çertanov küçəsində qatil 42 yaşlı Anar Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobili atəşə tutub. Nəticədə sonuncu aldığı güllə yarasında dünyasını dəyişib.
“Mash” “Telegram” kanalı yazır ki, bəzi iddialara görə, bu yolla kriminal avtoritetlər nöqtələri öz aralarında bölüşdürməyə çalışır.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?