Azərbaycan İdeyası

Misir Mərdanovun qardaşı icra hakimiyyətini məhkəməyə verdi

Tarix:28-04-2020, 14:36
Baxış Sayı:90








Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi-43 ünvanındakı binanın 18 sakini Yasamal Rayon İcra Hakimiyyətini məhkəməyə verib.
Məlumata görə, sakinlər Bakı İnzibati Məhkəməsinə yazdıqları ərizələrində göstəriblər ki, icra hakimiyyəti və Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 15 mərtəbəli binanı müvafiq dövlət qərarı olmadan özbaşına sökmək adı altında ələ keçirmək istəyirlər.
Qeyd edək ki, bina 2009-cu ildə 0,25 ha torpaq sahəsi üzərində inşa olunub. Yaşayış binası bir girişli olmaqla, bir səviyyəli zirzəmidən və 15 mərtəbədən ibarətdir. Binada 49 mənzil var. Bina müasir tələblərə cavab verdiyindən, dövlət orqanlarının, o cümlədən FHN-nin müsbət rəyi ilə istismara qəbul edilib. Sakinlər tərəfindən demək olar bütün mənzillər təmir edilib, binada su, qaz, elektrik enerjisi və liftdə var.
Diqqətimizi çəkən məqam şikayət edən şəxslərin demək olar ki, çoxunun vəzifəli şəxs, elm adamı olmasıdır.

1. Fizika riyaziyyat üzrə elmlər doktoru olan Mərdanov İlham Cumayıl oğlu keçmiş Təhsil naziri Misir Mərdanovun qardaşıdı, hazırda BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitunda işləyir.
2. Kimya üzrə elmlər doktoru olan Nəcəfova Raya Əli qızı AMEA-nın Aşqarlar Kimya İnistitutunda şöbə müdiri işləyir, professordu, qardaşı İsa Nəcəfov isə Konstitusiya Məhkəməsinin hakimidir.

3. Ələsgərova İlahə Əlisgəndər qızı Ədliyyə Nazirliyinin Yasamal rayon qeydiyyat şöbəsinin rəisidir.

4. Tibb üzrə fəlsəfə doktoru olan Muxtarova Sevinc Nəbi qızı Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasında işləyir.

5. Fizika- riyaziyyat elmləri üzrə fəlsəfə doktoru olan Dəmirov Aslan Həsən oğlu Azərbaycan Müəllimlər İnistitutunun Salyan filialının direktorudu.

6. Şükürova Sürahi Adil qızı 45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizəd olub.

OXŞAR XƏBƏRLƏR
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026