Azərbaycan İdeyası

Abonentdən bir ünvanda istehlak etdiyi energiyə görə ikinci elektrik sayğacı tələb olunur.

Tarix:18-07-2024, 17:42
Baxış Sayı:124

Abonentdən bir ünvanda istehlak etdiyi energiyə görə ikinci elektrik sayğacı tələb olunur.

Suraxanı rayonu, Zığ qəsəbəsi, “267 saylı bağ” ünvanda yaşayan Əlləzov Şahid Zahid oğlu “Korrupsiya və Qanun” ictimai-siyasi hüquq qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, Suraxanı rayon Elektrik Təchizatı İdarəsinin bir qrup vəzifəli şəxsinin əsassız tələbləri ilə üzləşdiyini yazmışdır.
Şikayətçi yazır: “Mən ailə üzvlərimlə bərabər yuxarıda qeyd etdiyim ünvanda yaşayıram. Həmin yaşadığım evin mülkiyyətçisi olmağım barədə “Çıxarış” sənədi də mövcuddur. Suraxanı rayon işıq idarəsi tərəfindən sayğacla da təmin olunmuşam. Lakin buna baxmayaraq, həmin idarənin kimliyi mənə məlum olmayan bir qrup vəzifəli şəxsi məndən ikinci sayğac qoyulmasını tələb edir, əks təqdirdə cərimə olunacağımı və evimin elektrik təchizatının dayandırılacağı ilə hədələyirlər”.
Vətəndaş Əlləzov həmçinin qeyd edir ki, dolanışığını təmin etmək üçün ona məxsus olan yaşayış evinin otaqlarından birini dükan kimi işlədir. Dükana aid sənədləri qaydasındadır.
Görünür, elə Əlləzovdan ikinci elektrik sayğacı tələb olunmasının da səbəbi məhz dükanla bağlıdır. Çünki Əlləzov fiziki şəxs olaraq dükanda istehlak etdiyi elektrik enerjisinin haqqını qeyri-əhali qrupuna aid abonent kimi, yəni, nisbətən baha qiymətlə ödəməlidir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı