Azərbaycan İdeyası

Həkim yanlış əməliyyatla yarıcan və müflis etdiyi xəstəni ona irad bildirdiyinə görə söyüb təhqir etdi

Tarix:17-10-2024, 12:44
Baxış Sayı:103

Həkim yanlış əməliyyatla yarıcan və müflis etdiyi xəstəni ona irad bildirdiyinə görə söyüb təhqir etdi

Dərdini, ağrı-acısını deməyə dili-ağzı olmayan heyvanları müalicə edən baytardan daha çox həssaslıq tələb olunduğu unudulur. Bu nöqteyi-nəzərdən, hərdən bəzi bacarıqsız həkimlərin arxasınca el arasında “mal həkimi” deyilməsini heç də təhqir hesab etmək olmaz. Əlbəttə ki, söhbət vicdanlı baytardan gedir. O ayrı söhbətdir ki, insan öz canı üçün keçməyə hazır olduğunu, heyvanından ötrü əsirgəyə bilər.
İmişli rayonunun Boşçallar kənd sakini Göyüşov Əhməd Umud oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, səhiyyə müəssisəsində qarşılaşdığı hüquqpozmalardan şikayətlənib və başına gələnlərin kütləvi informasiya vasitəsində ictimailəşdirilməsini xahiş edib. Yazır ki, 2023-cü ilin avqust ayında səhhət problemi ilə əlaqədar müraciət etdiyi “Bakı Sağlamlıq Mərkəzi” Klinikasına qeydiyyata düşüb: “Uroloq-həkim Qardaşxan Mamedov məni analizlərə yönəltdi. Sonra cavablara baxıb dedi ki, məni əməliyyat edə bilməyəcək. Təklif etdi ki, tibbi sığortadan faydalanım: “Sən gəl, ÜSM həkimi ilə danışım, ona 50 manat pul ver, yazsın ki, sənin sidik kisəndə daş var. Ondan sonra səni sığorta hesabına əməliyyat edək”. Mən həkimə başqa klinikada özümü yoxlatdırdığımı, sidik kisəmdə daş aşkarlanmadığını və prostat əməliyyatına ehtiyac olmadığını dedim. Həqiqətən də əgər ehtiyac olsaydı, bunu mənə Bakı Sağlamlıq Mərkəzində ultrasəs müayinəsindən keçəndə deyərdilər.
“Mən pul verib o kağızı alandan sonra həkim məni əməliyyata götürəcəyini, amma həm də 2500 manat pul alacağını dedi. Mən məcbur qalıb razılıq verdim. Dediyi kimi, əməliyyatdan sonra palatada gəlib məndən həmin məbləğdə pulu aldı. – Lakin Əhməd Göyüşov məruz qaldığı əməliyyatın ona faydası olmadığını bildirir: “Əksinə, sidik kanalım tutuldu, evə gələndən sonra ağrılarım artdı və yenidən həkimə müraciət etdim. Dedi ki, o halda məni yenidən əməliyyat edəcək və bu dəfə 500 manat alacaq. Razılıq verib yenidən əməliyyat olundum. Bu dəfə sidik kanalım tam tutuldu”.
Həyatla ölüm arasında qalan Ə.Göyüşov “Güvən” Klinikasına üz tutmaq zorunda qalıb: “Müayinə edən həkim mənə üzərimdə səhv əməliyyatlar gedib. Sidik kanalını açmaq üçün ayrıca əməliyyat aparılmalı olduğunu və bunun üçün 3000 manat ödəməyim gərəkdiyini bildirdi. Evə qayıdıb təcili surətdə qardaşlarımdan və dostlarımdan borc alıb lazım olan pulu topladım. Həkim uğurlu əməliyyat aparıb sidik kanalını açdı və biz ailəlikcə ona təşəkkürümüzü bildirdik”.
Göyüşov qeyd edir ki, Qardaşxan həkimin apardığı ilk iki yanlış əməliyyatlardan sonra qarın boşluğumda çirk yarandığı üçün “Güvən” Klinikasında növbəti, yəni ümumən 4-cü dəfə əməliyyat edib və daha 2500 manat pul ödəyib. Bu əməliyyat da uğurlu keçib.
“Mən sağalandan sonra Qardaşxan həkimlə telefonla danışdım və səhv əməliyyatlar etdiyini, buna görə səhhətimdə xeyli problem yarandığını və əlavə xərclərə düşdüyümü xatırlatdım. O, məni nalayiq ifadələrlə söyərək təhqir etdi” – Ə.Göyüşov yazır ki, sonradan Bakı Sağlamlıq Mərkəzində Qardaşxan Mamedova “mal həkimi” deyildiyini öyrənib: - Məni söydüyünün sübutu kimi saxladığım əmin səs yazılarını təqdim edə bilərəm. Odur ki xahiş edirəm, qeyd etdiklərimi mətbuatda işıqlandırasınız. Belə həkimlər cəmiyyətə yararsızdır”.

Xuraman Quliyeva [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
COP29-a hazırlıq öncəsi bu avtobusların hərəkət sxemləri dəyişdiriləcək
COP29-a hazırlıq öncəsi bu avtobusların hərəkət sxemləri dəyişdiriləcək
Cinayət tərkibi olmayan məişət zorakılığı ilə bağlı şikayətə baxılma qaydası müəyyənləşir
Cinayət tərkibi olmayan məişət zorakılığı ilə bağlı şikayətə baxılma qaydası müəyyənləşir
Goranboy rayonunda 2024-cü ilin yanvar-sentyabr aylarında ictimai iaşə xidmətləri
Goranboy rayonunda 2024-cü ilin yanvar-sentyabr aylarında ictimai iaşə xidmətləri
Qarabağa avtobus reyslərinə noyabr ayı üçün biletlər satışa çıxarılır
Qarabağa avtobus reyslərinə noyabr ayı üçün biletlər satışa çıxarılır
Xəstə ər və arvada Çin təbabəti adı ilə faydasız qida əlavələri satıblar
Xəstə ər və arvada Çin təbabəti adı ilə faydasız qida əlavələri satıblar
Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür
Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür