Azərbaycan İdeyası

İmtahan cavablarını üzündən köçürən müəllimə üstünlük verilir

Tarix:17-10-2024, 17:11
Baxış Sayı:110

İmtahan cavablarını üzündən köçürən müəllimə üstünlük verilir

Füzuli rayonu 39 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Abbasova Asya İsmayıl qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək, işlədiyi məktəbdə haqsızlıqla üzləşdiyini, hüquqpozamalara məruz qaldığını bildirmiş, qarşılaşdığı problemin mediada ictimailəşdirilməsini xahiş etmişdir.
Yazır ki, 23 ildir pedaqoji fəaliyyətlə məşğuldur, işlədiyi müddətdə müəllim adını daim uca tutub, qüsursuz işləyib: “Lakin bu gün mənə təhsil sektorundan bildiriblər ki, kimin sertifikasiya balı çox olsa, birinci sinifi ona verəcəyik. Yəni, diplomu saxta (dövlət nümunəli olmayan), hansı yollarlasa diaqnostik qiymətləndirməyə buraxılan, sertifikasiya imtahanında arxada oturub köçürdüyünə görə iki dəfə xəbərdarlıq edilən, 2023-cü ilin may ayında tədbir zamanı şagirdlərin, müavinlərin, direktorun gözü qarşısında şagirdi vurub töhmət alan Süleymanova Pərvanə Elman qızına veriləcək, dördüncü sinifə mən varislik edirəm, o isə yığma dərslər deyib, heç vaxt onunla paralel sinifim olmayıb”.
Bununla belə Asya Abbasova nikbindir: “Mən inanıram və ümid edirəm ki, haqq öz yerini tapacaq. Cənab Prezidentimiz İlham Əliyev hər çıxışı zamanı qeyd edir ki, saxtakarlıqlar barədə lazımi orqanlara məlumat verin. Mən dövlətimə və onun ali qanunlarına inanıram, əvvəlcədən minnətdaram!”
Biz də ümid edirik ki, məlumat ictimailəşdirildikdən sonra aidiyyəti qurumlar sözügedən məsələnin çözülməsi üçün lazımi tədbirlərin görülməsini təmin edəcəklər.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?