Azərbaycan İdeyası

Paytaxtda məktəbin qarşısında qadının ŞAH DAMARINI KƏSDİLƏR

Tarix:10-02-2025, 22:00
Baxış Sayı:23

Paytaxtda məktəbin qarşısında qadının ŞAH DAMARINI KƏSDİLƏR

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin qadın texniki işçisinə (müvafiq səbəbdən adı qeyd olunmur - red.) fevralın 10-da məktəbin yaxınlığında keçmiş həyat yoldaşı kəsici alətlə xəsarət yetirib.

Bu barədə "korrupsiya-q.az" saytına adıçəkilən məktəbdən bildiriblər.

Qeyd olunur ki, xilas olmaq üçün məktəbin həyətinə daxil olan texniki işçiyə orada ilkin tibbi yardım göstərilib.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma və hüquq-mühafizə orqanlarına məlumat verilib.

21:24

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N.Qaranzadə adına 270 nömrəli tam orta məktəbdə çalışan qadının keçmiş əri təhsil müəssisəsinin həyətində onun şah damarını kəsib.

APA-ya istinadən xəbər veririk ki, hadisə məktəbin böyük korpusunun qarşısında, saat 15 radələrində baş verib.

270 nömrəli tam orta məktəbdən bildirilib ki, təhsil ocağının qadın texniki işçisinə keçmiş həyat yoldaşı kəsici alətlə xəsarət yetirib: "Xilas olmaq üçün məktəbin həyətinə daxil olan texniki işçiyə orada ilkin tibbi yardım göstərilib. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma və hüquq-mühafizə orqanına məlumat verilib".

O, boyunun arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı