
Ali Məhkəmənin İnzibati Kollegiyasına
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının
2-1(103)-1625/2025 saylı, 03.04.2025-ci il tarixli
qərardadından iş üzrə iddiaçı
Qafarov Vaqif Əliağa oğlu tərəfindən
K A S S A S İ Y A Ş İ K A Y Ə T İ
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolegiyasının hakimləri - Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, apellyasiya şikayətimdə qeyd etdiyim faktları obyektiv, hərtərəfli araşdırmadan ƏƏSMN-nin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının və özlərinin şəxsi maddi maraqlarına uyğun 03.04.2025-ci il tarixli, 2-1(103)-1625/2025 saylı aşkar saxta, ədalətsiz qərardad qəbul etmişlər. Bu qənaətimi aşağıdakı faktlarla əsaslandırıram:
1. Bakı İnzibati Məhkəməsinin hakimi Sevdimalıyeva Günel Arif qızı tərəfimdən məhkəmənin dəftərxanasına təqdim etdiyim, iddia tələbinin dəqiqləşdirilməsi barədə “əlilliyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması və 3 illik çatışmayan məbləğdə fərqin ödənilməsi” kimi qəbul olunması haqqında ərizəm əsasında 09.08.2021-ci il tarixli, 2-1(112)-8610/2021 saylı qərardadla qəbul etdiyim dəqiqləşmənin qəbul edilməsini qərara almışdır (Həmin qərardadı əlavə edirəm). Lakin hakim Sevdimalıyeva Günel Arif qızı və Bakı İnzibati Məhkəməsinin hakimləri sonrakı illərdə qəbul etdikləri qərardadda iddia tələbimi əvvəlki redaksiyasında saxlamışlar!!!
Qanuni qüvvəyə minmiş 22.11.2021-ci il tarixli, 2-1(112)-8610/2021 saylı məhkəmə qərarına aşkar hörmətsizlik edərək, cavabdeh tərəfin ƏƏSMN-nin Sosial Ödənişlərə təyinat üzrə Mərkəz Filialının məhkəmə qərarını qəsdən icra etməməsinə görə Bakı İnzibati Məhkəməsinin hakimi Sevdimalıyeva Günel xanım tərəfindən 26.08.2022-ci il tarixli qərardadla 300 (üç yüz) manat məbləğində cərimə edilməsi, əslində həm də cavabdehin rəhbəri, nazir müavini Anar Kərimovun atası yaşlı iddiaçı Qafarov Vaqif Əliağa oğluna mübahisə predmeti ilə bağlı 27.04.2022-ci il tarixli, 22030045282 saylı saxta, qanunsuz cavab ünvanlaması faktı məhkəmənin yuxarıda qeyd edilən qərarının icra edilməsi ilə əlaqədar, yalnız cavabdeh tərəfin cərimə olunması deyil, həm də cənab Anar Kərimovun cərimə olunması anlamına gətirir!!! Bu səbəbdən də Bakı İnzibati Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının saxtakar, hiyləgər hakimləri - Sevdimalıyeva Günel, Əkbərov Kamran Hüseyn oğlu, Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlu iddiaçı Qafarov Vaqif Əliağa oğlunun iddia tələbləri əsasında qəbul etdikləri 09.08.2021; 22.11.2021; 26.08.2022 və 17.01.2023-cü il tarixli, 2-1(103)-546/2023 saylı qərar və qərardadlarının hüquqi mahiyyətinin tam əksinə - 12.12.2024; 03.04.2025-ci il tarixli, 2-1(103)-1625/2025 saylı saxta, ədalətsiz qərardadlar qəbul etməklə, nəinki iddiaçı, ataları yaşda Qafarov Vaqif Əliağa oğluna qarşı, həm də adından qərar, qərardad qəbul etdikləri Azərbaycan dövlətinə qarşı xəyanət etdiklərini təsdiqləmiş oldular! Bu qənaətimi aşağıdakı faktlarla təsdiqləyirəm: -
Bakı İnzibati Məhkəməsinin hakimi Sevdimalıyeva Günel Arif qızı iş üzrə qəbul etdiyi 22.11.2021-ci il tarixli, 2-1(112)-8610/2021 saylı qərarında təsdiqləyir: - Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış 08.06.2021-ci il tarixli imtinada bildirilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq sizə 01.01.2021-ci il tarixindən qeyd olunan maddənin ləğvi ilə əlaqədar olaraq həmin əlavənin ödənişi dayandırılmış və “Ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə sizə 130 manat Prezident təqaüdü təyin edilmiş və sizin əmək pensiyanızın məbləği 382,79 manat təşkil etmişdir. ...Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanızın məbləği 01.01.2021-ci il tarixindən 426,42 manata çatdırılmışdır.
...Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verərək bildirdi ki, ...İddiaçının əmək pensiyasının ödənildiyi bank hesabından çıxarışdan görünür ki, iddiaçı 2017-ci ildə 426 manat, 2018-2019-cu illərdə (əvvəli) 449,74 manat, 2019-cu ilin fevral ayında 476,06 manat, 2019-cu ilin mart-aprel aylarında 438,29 manat, 2019-cu ilin may, sentyabr ayında 381,17 manat, 2019-cu ilin oktyabr - 2020-ci ilin yanvar ayında 392,17 manat, 2020-ci ilin fevral ayında 501,17 manat, 2020-ci ilin mart-dekabr aylarında 492,79 manat, 2021-ci ilin yanvar ayında 382,79 manat, fevral ayında 470,06 manat ödənilmişdir.
25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
...Məhkəmə müəyyən edir ki, iddiaçı ilə müvafiq müzakirə aparılmadan, razılığı olmadan cavabdeh qurum tərəfindən pensiya məbləğini yenidən hesablanmaqla azalmalara yol verilmişdir ki, bu da inzibati araşdırma çərçivəsində inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib hesab edilə bilməz.
...Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, iddiaçının pensiyanın yenidən hesablanması ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyi məhkəmənin bu qərardan irəli gələn hüquqi mövqeyi nəzərə alınaraq, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
Beləliklə, hakim G.Sevdimalıyeva mənim iddia tələbimin qismən təmin edilməsini qərara alır.
Həmin qərardaddan narazı qalan cavabdeh tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti ünvanlayır. Cavabdehin həmin şikayəti apellyasiya instansiya məhkəsinin hakimləri - Bektaşı Səadət İnayət qızı (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Səmədov Rəşid Əfraim oğlu tərəfindən icraata götürülməklə, cavabdehin apellyasiya şikayətinin rədd edilməsi barədə Azərbaycan dövləti adından 17.01.2023-cü il tarixli, 2-1(102)-546/2023 saylı ədalətli qərar qəbul edirlər. Həmin qərarın 2,3 və 4-cü səhifələrində adlarını qeyd etdiyimiz hakimlər işin faktiki hallarına istinad edərək təsdiqləyirlər: -
...Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı 22 iyul 22631706739 nömrəli məktubla məhkəmə qərarının icra edildiyini bildirsə də, iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8610/2021 nömrəli 22 noyabr 2021-ci il tarixli qərarı icra edilməmişdir!!!
...Cavabdeh apellyasiya şikayətində nəzərə çatdırırlar ki, Azərbaycan Respublikası İPM-in 120-ci maddəsinin mahiyyəti inzibati prosessual münasibətlərinin iştirakçılarının xüsusən borclu orqanın hüquqi müəyyənlik prinsipi çərçivəsində qanuna uyğun davranışının təmin edilməsi, Azərbaycan Respublikası adından çıxmış qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunması istiqamətində qəsdən və ya kobud ehtiyatsızlıqla müvafiq məhkəmə qərarının icra edilməməsi nəticəsində borclu orqanların cərimə edilməsi yolu ilə tərbiyələndirilməsindən ibarətdir. Lakin nəzərə almaq lazımdır ki, sözügedən maddənin əsas funksiyası məhkəmə qərarının qərəzli şəkildə icra edilməməsi üçün cərimə edilməsini nəzərdə tutur. Cavabdeh orqanın tərəfindən məhkəməyə ünvanlanmış məktubun məzmunundan və işin mahiyyətindən məlum olur ki, Filialın məhkəmə qərarının qərəzli şəkildə icra edilməməsi üçün hər hansı hərəkət və ya hərəkətsizliyi yoxdur. Müvafiq qərara uyğun olaraq Qafarov Vaqif Əli oğlunun əmək pensiyası yenidən hesablanmışdır. Bu barədə həm vətəndaşa, həm də məhkəməyə müvafiq məlumat verilmişdir!!! Qeyd olunanlar nəzərə alınmaqla cavabdeh orqanın cərimə edilməsi cərimə institutunun mahiyyətinə zidd olmaqla inzibati prosessual münasibətlərinin iştirakçılarının tərbiyə olunması funksiyasını özündə ehtiva etməməklə cərimənin sırf formal əsaslarla tətbiq olunmasına gətirib çıxarır. Qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunduğu kimi, cərimə sanksiyasının əsas məqsədi cavabdeh və digər üçüncü şəxslərin qanuna və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına hörmət ruhunu aşılamaqdır. Lakin, Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadında göstərilən xüsusatlara düzgün hüquqi qiymət verilməmiş, məhkəmə qərarının icra edilməməsinin səbəbləri və əsasları tam araşdırılmamış, sırf formal əsaslarla cavabdeh orqanın qərəzli münasibəti və təqsiri aydınlaşdırılmadan cərimə tətbiq edilmişdir. Əlavə olaraq qeyd etməyi zəruri hesab edirlər ki, Nazirlik və Nazirlik tabeliyindəki qurumlara qarşı çıxarılmış məhkəmə qərarlarının icrasının stastistikasına nəzər saldıqda müəyyən olunur ki, dövlətin adından çıxarılmış qərarlara xüsusi münasibət göstərilməklə dərhal icra edilmələri təmin olunur. Ölkənin sosial təminat siyasətini həyata keçirən qurumun texniki nöqsanlara görə sanksiyaya məruz qalması ağlabatan deyil!!!
Cavabdeh orqanın iddiaçıya ünvanlanmış 21 iyul 2022-ci il tarixli, 22631703017 nömrəli məhkəmə qərarının icrası haqqında məktubunda bildirilmişdir ki, ...Azərbaycan Respublikası Prezidentinin 06.03.2006-cı il tarixli 377 saylı Fərmanı ilə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya ödənişi davam etdirilmişdir. Nəticədə 01.04.2019-cu il tarixindən 31.07.2022-ci il tarixinədək iddiaçının əmək pensiyasında 529,10 manat artıq ödəmə məbləği aşkar edilmişdir!!! Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, iddiaçının əmək pensiyası məbləği 426,11 manat müəyyən edilmişdir. DSMF-nin publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış - 22 iyul 2022-ci il tarixli 22631706739 nömrəli məhkəmə qərarının icrası haqqında məktubunda isə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112) - 8610/2021 nömrəli 22.11.2021-ci il tarixli qərarı tərəflərindən icra edilmişdir. İşdən göründüyü kimi, məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra olunmadığına görə, cavabdeh orqan 300 manat miqdarında cərimə edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə müvafiq müzakirə aparılmadan, razılığı olmadan cavabdeh qurum tərəfindən pensiya məbləği yenidən hesablanmaqla azalmalara yol verilmiş, müvafiq məhkəmə qərarı olmadığı halda 01.04.2019-cu il tarixindən 31.07.2022-ci il tarixinədək iddiaçının əmək pensiyasında 529,10 manat artıq ödəmə məbləği aşkar edildiyi bildirilmişdir. Halbuki,məhkəmə qərarının 25-ci bəndində qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə müvafiq müzakirə aparılmadan, razılığı olmadan cavabdeh qurum tərəfindən pensiya məbləği yenidən hesablanmaqla azalmalara yol verilmişdir ki, bu da inzibati araşdırma çərçivəsində inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib hesab edilə bilməz. Odur ki, məhkəmə qeyd etmişdir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı 22 iyul 2022-ci il tarixli 22631706739 nömrəli məktubla məhkəmə qərarının icra etdiyi bildirilsə də, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8610/2021 nömrəli 22.11.2021-ci il tarixli qərarı icra edilməmişdir.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri - Bəktaşi Səadət İnayət qızı, köməkçi hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Səmədov Rəşid Əfraim oğlu cavabdehin apellyasiya şikayəti təmin edilməməsi nəticəsinə gəlmişlər. Apellyasiya instansiya məhkəıməsinin bu qərarından narazı qalan cavabdeh tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı Ali Məhkəmənin İnzibati Kolegiyasına kassasiya şikayəti ilə müraciət edir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər - Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə cavabdeh tərəfin - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2-1(103)-546/2023 nömrəli qərardadından verdiyi kassasiya şikayətini icraata qəbul edərək, onun rədd edilməsi barədə 12.05.2023-cü il tarixli, 2-1(102)-1004/2023 saylı qəti qərar qəbul edir. Həmin qərarda Ali Məhkəmənin adlarını qeyd etdimiz hakimləri təsdiqləyirlər...
Həmin qərarın kassasiya instansiya məhkəməsinin mövqeyi bölməsində hakimlərin tətbiq etdikləri hüquq normaları və arqumentləri ilə təsdiqləyirlər:
- Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini, yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti, yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
22. Cavabdeh məhkəməyə ünvanladığı 22 iyul 2022-ci il tarixli 22631706739 nömrəli məhkəmə qərarının icrası haqqında məktubunda bildirilmişdir ki, Araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının əmək pensiyasına “Əmək pensiyaları haqqında” Qanunun 01.04.2019-cu il tarixinədək qüvvədə olan 19.1.4-cü maddəsinə əsasən I qrup əlillərə... 11 manat məbləğində əlavə ödənilmişdir. Lakin 01.04.2019-cu il tarixindən qeyd olunan maddənin ləğvi ilə əlaqədar həmin əlavənin ödənişi dayandırılmamışdır. Nəticədə 01.04.2019-cu il tarixindən 31.07.2022-ci il tarixinədək iddiaçının əmək pensiyasında 529,10 manat artıq ödəmə məbləği aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, iddiaçının əmək pensiyası məbləği 426,11 manat müəyyən edilmişdir.
24. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə müvafiq müzakirə aparılmamış, razılığı olmadan cavabdeh qurum tərəfindən pensiya məbləği yenidən hesablanmaqla azalmalara yol verilmiş, müvafiq məhkəmə qərarı olmadığı halda 01.04.2019-cu il tarixindən 31.07.2022-ci il tarixinədək iddiaçının əmək pensiyasında 529,10 manat artıq ödəmə məbləği aşkar edildiyi bildirilmişdir.
Məhkəmə qərarının qeyd olunan qaydada icra olunmaması (eləcə də onun icrasından əsassız yayınma) şəxsin məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməli və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiqini şərtləndirməlidir. Əks təqdirdə, məhkəmə qərarı şəxsin hüququnun praktik müdafiəsi baxımından səmərəsiz və əhəmiyyətsiz olar, hüquqi müdafiə aktı qismində öz mahiyyətini itirərdi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ həmçinin inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunmasını da ehtiva edir.
31. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, inzibati məhkəmə icraatı çərçivəsində cavabdehə münasibətdə öhdəlik nəzərdə tutan məhkəmə aktı - məhkəmə qərardadı və ya qərarı İPM-in 120-ci maddəsinin təsir dairəsinə aid edilməlidir. Bundan fərqli yanaşma və həmin maddənin bu yanaşmadan fərqli təfsiri qeyd olunan məzmunlu məhkəmə qərarının və ya qərardadının icrasının cavabdehin iradəsindən asılı vəziyyətə salınması kimi qiymətləndirilməlidir.
Bundan sonra, düşünmək olardı ki, Bakı İnzibati Məhkəməsinin 22.11.2021-ci il tarixli, 2-1(112)-8610/2021 saylı qanuni qüvvəyə minmiş qəti qərarı cavabdeh tərəfindən qeyri-şərtsiz icra olunacaq!
Ali Məhkəmənin İnzibati Kollegiyasının yuxarıda qeyd edilən qərarından 1 il 4 ay keçməsinə baxmayaraq, Bakı İnzibati Məhkəməsinin 22.11.2021-ci il tarixli, 2-1(1120-8610/2021 saylı qərarının cavabdeh tərəfindən icra edilməməsi ilə əlaqədar ərizə ilə növbəti dəfə Bakı İnzibati Məhkəməsinə müraciət etdim. Müraciətimi icraatına qəbul edən hakim Sevdimalıyeva Günel Arif qızı heç bir hüquqi, əxlaq normalarına sığmayan, iddia ərizəm əsasında qəbul etdiyi yuxarıda qeyd etdiyim qərarında tətbiq etdiyi Azərbaycan Respublikası Konstitusiyasının 12.1; 16.1; 38 və 71; “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1; 31.1; 37.1; İnzibati Prosessual Məcəlləsinin 2.2.2 və 73.1-ci maddələrinin və “Normativ Hüquqi Aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin tələblərini, eləcə də Ali Məhkəmənin İnzibati Kollegiyasının 12.05.2023-cü il tarixli, 2-1(102)-1004/2023 saylı qəti qərarının tələblərini qəsdən və kobud şəkildə pozaraq, 12.12.2024-cü il tarixli, 2-1(112)-8610/2021 saylı ədalətsiz, cinayət tərkibli qərardad qəbul etmişdir. Həmin qərardadı qəbul edərkən Sevdimalıyeva Günel Arif qızı işi obyektiv, hərtərəfli araşdırmamaqla ədalət mühakiməsini vicdanla həyata keçirən hakim kimi deyil, iş üzrə cavabdeh ƏƏSMN-in Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəz Filialının vəkili kimi çıxış edərək, məhkəmə qərarının cavabdeh tərəfindən icra edilməməsi haqqında ərizəmin təmin edilməməsi barədə qərardad qəbul etmişdir!!! Onun qəbul etdiyi həmin cinayət tərkibli qərardadında faktiki olaraq, yeganə tətbiq etdiyi, hüquqi normativ akt - “hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun olmuşdur! Bu fakt bir daha hakim Sevdimasliyeva Günel Arif qızının qəbul etdiyi 12.12.2024-cü il tarixli, 2-1(112)-8610/2021 saylı ədalətsiz, saxta qərardadı qərəzli və qəsdən sifarişlə şüurlu şəkildə qəbul etdiyini təsdiqləyir.
Həmin qərardaddan verdiyim apellyasiya şikayətimi icraata qəbul edən Bakı Apellyasiya Məhkəməsinin hakimləri - Əkbərov Kamran Hüseyn oğlu, Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlu “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması və 3 illik fərqin ödənilməsi” tələbimi icraata qəbul edərək, 03.04.2025-ci il tarixli, 2-1(103)-1625/2025 saylı qəbul etdikləri qərardadda hakim Sevdimalıyeva Günel Arif qızının ərizəm əsasında qəbul etdiyi 12.12.2024-cü il tarixli qərardadda olduğu kimi, “hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunu və “Əmək pensiyaları haqqında” 01.01.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəsindən savayı heç bir hüquqi normativ akt tətbiq etməmişlər!!! Bundan başqa, apellyasiya instansiya məhkəməsinin xəyanətkar, korrupsioner hakimləri - Əkbərov Kamran Hüseyn oğlu, Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlu apellyasiya şikayətim əsasında qəbul etdikləri 03.04.2025-ci il tarixli qərardadda Bakı İnzibati Məhkəməsinin 22.11.2022-ci il tarixli, 2-1(112)-8610/2021 saylı qərardadının cavabdeh tərəfdən qəsdən icra edilməməsi səbəbindən həmin məhkəmənin 26.08.2022-ci il tarixli qərardadı ilə 300 manat cərimə edildiyini qeyd etsələr də, lakin həmin qərardaddan cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri - Bektaşı Səadət İnayət qızı, Əkbərov Kamran Hüseyn oğlu və Səmədov Rəşid Əfraim oğlu tərəfindən əsassız hesab edilərək, rədd edilməklə, hakim Sevdimalıyeva Günel Arif qızının qəbul etdiyi 26.08.2022-ci il tarixli qərardadı qüvvədə saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.01.2023-cü il tarixli, 2-1(103)-546/2023 saylı qəbul edilən ədalətli, hüquqi qərardad barədə isə qəsdən susmuşlar!!! Bakı Apellyasiya Məhkəməsinin hakimləri - Bektaşı Səadət İnayət qızı, Əkbərov Kamran Hüseyn oğlu və Səmədov Rəşid Əfraim oğlu tərəfindən iş üzrə qəbul etdikləri həmin qərardadından narazı qalan iş üzrə cavabdeh tərəf - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı Ali Məhkəmənin İnzibati Kolegiyasına Kassasiya şikayəti ilə müraciət etmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının hakimləri - Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlu cavabdehin kassasiya şikayətinin əsassız olduğunu təsdiqləyərək, onun rədd edilməsi barədə 12.05.2023-cü il tarixli qəti qərar qəbul etmişdir. Bu faktı da Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının adlarını qeyd etdiyim mənə qarşı cinayət əməlləri törədən saxtakar, hiyləgər hakimləri və hakim Sevdimalıyeva Günel Arif qızının ərizəm əsasında qəbul etdiyi 12.12.2024-cü il tarixli qərardadından verdiyim apellyasiya şikayətim əsasında qəbul etdikləri 03.04.2025-ci il tarixli qərardadda gizlətmişlər!!! (Ali Məhkəmənin 12.05.2023-cü il tarixli, 2-1(102)-1004/2023 saylı qəti qərarını əlavə edirəm).
İstər Bakı İnzibati Məhkəməsinin,istərsə də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının saxtakar və xəyanətkar hakimləri dəqiq bilirlər ki, cavabdeh tərəfindən verilən kassasiya şikayəti Ali Məhkəmənin 12.05.2023-cü il tarixli, 2-1(102)-1004/2023 saylı qəti qərarı ilə rədd edildikdən sonra, MPM-in 82.3 və 233.3-cü maddələrinin tələbinə əsasən eyni mübahisə predmeti üzrə DSMF-nin Publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması və 3 illik maliyyə fərqinin ödənilməsi” iddia tələbim əsasında təkrar başqa məhkəmələrdə araşdırma aparılmasına, sübutların yenidən qiymətləndirilməsinə mülki prossesual qanunvericiliyin tələbinə əsasən yol verilmir. Bu fakt o anlama gətirir ki, Bakı İnzibati Məhkəməsinin hakimi Sevdimalıyeva Günel Arif qızının, istərsə də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri - Əkbərov Kamran Hüseyn oğlu, Nəbizadə Nigar Xüyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlu mənim - iş üzrə iddiaçı Qafarov Vaqif Əliağa oğlunun Ali Məhkəmənin İnziabati Kollegiyasının 12.05.2023-cü il tarixli, 2-1(102)-1004/2023 saylı qəti qərarının, Bakı İnzibati Məhkəməsinin 22.11.2021-ci il tarixli, 2-1(112)-8610/2021 saylı qərardadı cavabdeh tərəfindən icra edilməməsi barədə ərizəm əsasında 12.12.2024-cü il tarixli, 2-1(112)-8610/2021 saylı qərardad qəbul etməklə, həmin qərardaddan verdiyim apellyaisya şikayətim əsasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlərinin 03.04.2025-ci il tarixli, 2-1(103)-1625/2025 saylı Azərbaycan dövləti adından qərardad qəbul etmək səlahiyyətləri olmadığı halda, həmin saxta, ədalətsiz cinayət tərkibli qərardadlar qəbul etməklə iddiaçı Qafarov Vaqif Əliağa oğluna qarşı Azərbaycan Respubliksının CM-nin 295; 308; 309 və 313-cü maddələrində nəzərdə tutulmuş məsuliyyət hisslərini, insanı keyfiyyətlərini itirirək, qrup halında cinayət əməlləri törətmişlər!!! Daha sonra, onu da qeyd etmək lazımdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri - Əkbərov Kamran Hüseyn oğlu, Nəbizadə Nigar Xeyrulla qızı və Tağılzadə Mirzə Nəsib oğlu apellyasiya şikayətim əsasında qəbul etdikləri 03.04.2025-ci il tarixli, 2-1(103)-1625/2025 saylı qərardadda təsdiqləyirlər ki, cavavbdeh tərəfindən iddiaçı barəsində inzibati icraatla bağlı QAYDALARA əməl edilərək, DSMF-nin publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı ümumi əsaslara görə pensiyanızın yenidən hesablanması haqqında 3-17-1/1-209010/2023 nömrəli, 16.11.2023-cü il tarixli qərara əsasən 507 manat əmək pensiaysı yenidən hesablanaraq 524.84 manat olmuşdur. Beləliklə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8610/2021 saylı, 21.11.2021-ci il tarixli qərarının icrası tam başa çatmışdır!!! Əgər doğrudan da cavabdeh tərəfin DSMF-nin publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında bir səhifəlik qərarla Bakı İnzibati Məhkəməsinin 22.11.2021-ci il tarixli,2-1(112)-8610/2021 saylı qərardadının icrası tam başa çatdırmaq mümkün idisə, belə olan halda həmin məhkəmə qərarı qüvvəyə mindikdən sonra ötən 9 ay ərzində həmin iş üzrə cavabdeh - Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialın rəhbərliyini, ƏƏSMN-in DSMF-nin Pensiya Təminatı Departamentinin müdiri cənab Eyvaz İsmayılovu və ƏƏSMN-in nazir müavini cənab Anar Kərimovu (27.04.2022-ci il tarixli, 20030045282 saylı cavabı əalvə edirəm) həmin Bakı İnzibati Məhkəməsinin 22.11.2021-ci il tarixli qərarını icrası ilə əlaqədar ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması barədə bir səhifəlik qərarı Bakı İnzibati Məhkəməsinə ünvanlamağa və ya həmin qərardan apellyasiya və kassasiya şikayəti verərkən, həmin 1 səhifəlik qərarı şikayətlərinə əlavə etməyə onlara kim və nə mane olurdu?!
Nazir müavini Anar Kərimovun yuxarıda qeyd etdiyim cavabında - ...pensiyanızın yenidən hesablanması və təqaüdün təyinatı qanunvericiliyin tələbinə tam uyğun şəkildə aparılmasını təsdiqləməsi faktı hakim Sevdimalıyeva Günel Arif qızının həmin qərardadı ilə təkzib edildiyindən, bu o anlama gətirir ki, hakim Günel Sevdimalıyeva cavabdeh tərəf - Anar Kərimovun tabeliyində olan ƏƏSMN-in Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı barəsində qəbul etdiyi 22.11.2021-ci il tarixli qərarını qanunvericiliyin tələbinə uyğun icra etmədiyinə görə, yalnız cavabdeh tərəfi deyil, həm də onun qanunsuz, cinayət tərkibli əməlinə hüquqi don geyindirən nazir müavini Anar Kərimovu mənə həmin mübahisə predmeti ilə əlaqədar 27.04.2022-ci il tarixdə ünavanıma saxta, qanunsuz cavab ünvanladığına görə onu da cərimələmişdir. Bu səbəbdən də mənim - iddiaçı Qafarov Vaqif Əliağa oğlunun cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin 22.11.2021-ci il tarixli qərarının icra edilmədiyi barədə ərizəmi icraata qəbul edən hakim Sevdimalıyeva Günel Arif qızı MPM-in 82.3 və 233.2-ci maddələrinin tələblərini kobud şəkildə pozaraq yuxarıda qeyd etdiyim tarixli ədalətli, hüquqi qərarını icra etmədiyi səbəbindən 26.08.2022-ci il tarixli qəbul etdiyi qərardadla yalnız cavabdeh tərəfi - DSMF-nin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialını deyil, dolayı yolla nazir müavini Anar Kərimovu da cərimələmişdir!!! DSMF-nin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən tərtib olunan apellyasiya və kassasiya şikayətləri istər Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolegiyası, istərsə də Ali Məhkəmənin inzibati kollegiyasının 12.05.2023-cü il tarixli, 2-1(102)-1004/2023 saylı qəti qərarla rədd edilərək, qüvvədə saxlanıldıqdan sonra, hakim Sevdimalıyeva Günel Arif qızı iş üzrə cavabdeh tərəflə ƏƏSMN-in Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı, eləcə də, nazir müavini Anar Kərimovla separat danışıqlar apararaq, onlarla gizli anlaşaraq 12.12.2024-cü il tarixli, 2-1(112) - 8610/2024 saylı ədalətsiz, saxta qərardad qəbul etməklə mənə qarşı Azərbaycan Respublikası CM-nin 295; 308; 309 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri törətmişlər. Onun qəbul etdiyi həmin 12.12.2024-cü il tarixli qərardadından verdiyim apellyasiya şikayətimi icraata qəbul edən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının saxtakar, korrupsioner hakimləri - Əkbərov Kamran Hüseyn oğlu, Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlu da vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, hakim Sevdimalıyeva Günel Arif qızının cinayət əməllərinə hüquqi don geyindirmək məqsədiylə, cavabdeh tərəfin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialınıln dolayı yolla nazir müavini Anar Kərimovun Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.01.2023-cü il tarixli, 2-1(103)-546/2023 saylı qərardadından (hakimlər - Bektaşi Səadət İnayət qızı, Əkbərov Kamran Hüseyn oğlu, Səmədov Rəşid Əfraim oğlu) verdikləri kassasiya şikayətinin rədd edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolegiyasının 17.01.2023-cü il tarixli, 2-1(103) - 546/2023 saylı qərardadını Ali Məhkəmənin İnzibati Kollegiyasına 12.05.2023-cü il tarixli, 2-1(102)-1004/2023 saylı dəyişdirilmədən saxlması barədə qəti qərarına hörmətsizlik edərək, 03.04.2025-ci il tarixli, 2-1(103)-1625/2025 saylı aşkar ədalətsiz, saxta qərardad qəbul etməklə 90-cı illərdə Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə qəsd etməklə, ölkəmizin Qarabağ ərazisində Azərbaycan vətəndaşlarına qarşı fiziki, mənəvi əzablar verən, 30 ildən sonra, bu gün Bakı Hərbi Məhkəməsində müttəhimlər kürsüsündə əyləşən işğalçı erməni daşnaqlarına qarşı əlində silah mübarizə apararkən, yaralanan iddiaçı Qafarov Vaqif Əliağa oğluna qarşı qrup halında CM-nin 295; 308; 309 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri törətməklə, sanki həmin erməni daşnaklarına qarşı mübarizə apardığına görə bu gün onun Konstitusiya hüquqlarına qəsd etməklə onu da cəzalandırmaq qərarına gəlmişlər!!!
Yuxarıda qeyd etdiyim faktları nəzərə alıb, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 90; 94 və Azərbaycan Respublikası Konstitusiyasının 12; 60; 71 və 125.VII-ci maddələrinin tələblərini əldə rəhbər tutub, Ali Məhkəmənin İnzibati Kollegiyasından
X A H İ Ş E D İ R Ə M:
1. Bakı Apellyasiya Məhkəməsinin İnziabati Kolegiyasının 03.04.2025-ci il tarixli, 2-1(103)-1625/2025 saylı qərardadı ləğv edilsin, iş üzrə ədalətli, hüquqi qərar qəbul edilsin.
2. Mübahisə predmeti əsasında cavabdeh tərəfin kassasiya şikayəti əsasında Ali Məhkəmənin İnzibati Kolegiyasının 12.05.2023-cü il tarixli, 2-1(102)-1004/2023 saylı qəti qərarının cavabdeh tərəfindən icra edilməsi məqsədi ilə müvafiq qərardad qəbul edilsin.
Qoşma:
1. Ali Məhkəmənin İnzibati Kollegiyasına 12.05.2023-cü il tarixli, 2-1(102)-1004/2023 saylı qərarı.
İmza:
İş üzrə iddiaçı: Qafarov Vaqif Əli ağa oğlu. Tarix: 18.04.2025.
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya 30.04.1997-ci il tarixində hərbi xidmət illəri daxil olmaqla 39 il iş stajı əsasında yaşa görə əmək pensiyası təyin edilmiş və vətəndaş Qafarov Vaqif Əli Ağa oğluna 30.04.1997-Cİ il tarixindən orta aylıq əmək haqqına əsasən 39 il stajı və Qarabağ müharibəsi iştirakçısı olduğu nəzərə ahnmaqla pensiya təyin edilmişdir...