Azərbaycan İdeyası

Keçmiş polis işçisi lisenziyasız aptek işlədir

Tarix:3-06-2025, 10:41
Baxış Sayı:11

Keçmiş polis işçisi lisenziyasız aptek işlədir

Füzuli rayonunun Qorqan kənd sakini, məcburi köçkün olaraq Füzuli rayonu, Zobucuq – 3 qəsəbəsi, ev – 45 ünvanda müvəqqəti məskunlaşmış Hacıyev Cahid Xanbala oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək, dələduzluq əməlinə məruz qaldığını bildirmiş, qarşılaşdığı problemin mediada ictimailəşdirilməsini xahiş etmişdir.
Ünvanlı sosial yardım almağımız üçün həyat yoldaşım Hacıyeva Aysel Natiq qızının adına iş tələbi vardır. Bu məsələ ilə bağlı Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini, keçmiş polis işçisi Aslanov Bəhlul Pəhlivan oğlu ilə söhbət etmişdim. Söhbət zamanı Bəhlul bu işin düzəlməsində mənə kömək edəcəyini bildirdi. Qarşılığında məndən ilkin olaraq 500 (beş yüz) AZN, sonrakı beş ayda hər ay 95 (doxsan beş) manat, altı ay üçün 65 (altmış beş) manatdan pullarımı aldı. Qardaşımı da işə düzəltmək adı ilə aldadaraq pulunu alıb, indi ona 300 (üç yüz) AZN borcu var. Düz bir ildir ki, sosial yardım almaq üçün üç aydan bir get-gəldəyəm, nəqliyyata pul xərcləyirəm. Bəhluldan pulumu geri qaytarmasını istəyındə deyir ki, “get, hara istəyirsən, şikayət elə, mən heç kəsdən qorxub çəkinmirəm”. Kimə güvənir, bilmirəm”.
C.Hacıyev həmçinin qeyd edir ki, Bəhlul Zobucuq – 3 qəsəbəsi ərazisində qaçaq aptek fəaliyyəti ilə məşğuldur: “Aptekin lisenziyası kassa aparatı yoxdur, vergidən yayınır. İşlətdiyi işçilərə görə DSMF-na sosial sığorta haqqı ödəmir. Aslanov Bəhlul Pəhlivan oğlunun adına olan 75000 11962 VÖEN nömrəsi araşdırılsa, hər şey ortaya çıxar. Həmin işçilərdən biri də mənim həyat yoldaşım Hacıyeva Aysel Natiq qızıdır. Əmək müqaviləsi sistemdə görünsə də, on bir ayının əmək haqqı alınmış kimi göstərilmiş, ancaq cəmi dörd ayın məvacibi ödənilmişdir. Bəhlul ümumilikdə bizim ailəyə 1700 (bir min yeddi yüz) manatdan artıq ziyan vurub”.
Şikayətçi həmçinin bildirir ki, Bəhlul Füzuli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağırla yeznə-qayındırlar.
Məsələ ilə əlaqədar Bəhlul Aslanov ilə telefon əlaqə saxlayıb mövqeyini öyrənməyə çalışdıq. B.Aslanov şikayətçinin ona qarşı iddialarını boynuna götürmədi, əksinə, C.Hacıyevin özünü qanunu pozmaqda suçladı.
Qeyd edək ki, keçən il ərzində lisenziyasız əczaçılıqla məşğul olmağa görə 7 aptek təşkilatına İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib. Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat yayılmışdı. Bildirilmişdi ki, Mərkəz tərəfindən tərtib edilən protokollar məhkəmə orqanlarına göndərilib.
Xatırladaq ki, əczaçılıq sahəsində fəaliyyət “Dərman vasitələri haqqında” Qanunla tənzimlənir. Dərman satışı xüsusi lisenziya tələb olunan sahələrdən hesab olunur. Lisenziya üçün Səhiyyə Nazirliyinə müraciət etmək lazımdır. Lisenziya almaq üçün müraciət etdikdə müvafiq sənədlərlə yanaşı, dərman vasitələrinin topdansatışı üçün 20 min, pərakəndə satışı üçün min manat məbləğində dövlət rüsumu müəyyənləşib.
Lisenziya verilərkən həmin şəxsin kimliyi, əvvəllər məhkum olub-olmadığı, həmçinin tibbi təhsili yoxlanılır. Biri dülgərdir, biri çilingərdir, biri də polisdir, gedib aptek açıb lisenziya tələb edirlər. Lisenziya almaq üçün şəxs mütləq tibbi təhsilli olmalıdır.
C.Hacıyevin şikayətində göstərdiyi xüsusatların araşdırılması üçün aidiyyəti qurumlara müraciət edəcək, alacağımız cavabları mövzunu izləyən oxucularla bölüşəcəyik.
Baş redaktor: X.Ə.Quliyeva

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda narkotik asılılığı olan şəxslərin sayı açıqlandı
Azərbaycanda narkotik asılılığı olan şəxslərin sayı açıqlandı
Sabirabad rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur?
Sabirabad rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur?
İmişli rayonunda makroiqtisadi göstəricilər yaxşılaşır
İmişli rayonunda makroiqtisadi göstəricilər yaxşılaşır
Keçmiş polis işçisi lisenziyasız aptek işlədir
Keçmiş polis işçisi lisenziyasız aptek işlədir
70 yaşın işığında...
70 yaşın işığında...
Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib
Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Məzun Evi” sosial layihəsini kimlər korrupsiya dalanına dirəyib
Onun ürəyi xalqıyla döyünür.
Onun ürəyi xalqıyla döyünür.
Xəzər rayon rəhbərliyi I Vitse-Prezidentin göstərişinə məhəl qoymur
Xəzər rayon rəhbərliyi I Vitse-Prezidentin göstərişinə məhəl qoymur