Azərbaycan İdeyası

SOCAR-da işləyən qaynatasına güvənib dələduzluq etdi.

Tarix:23-06-2025, 14:51
Baxış Sayı:103

SOCAR-da işləyən qaynatasına güvənib dələduzluq etdi.

Azərbaycanda Kriminogen drumu formalaşdıran ən geniş yayılmış cinayət növlərindən biri də dələduzluqdur. Dələduzluq edənlərin çoxu nun başı yüksək vəzifəli şəxslərin qohumları olur.Dələduzlar çox vaxt yüksək vəzifəli şəxslərin qohumları olur. Ya da onların adından istifadə edirlər.Dələduzların toruna isə ən çox işsizlər , işaxtaranlar düşürlər.Yalançı işlər isə daha çox azərbaycan iqtisadiyyatının “sah damarı”sayılan neft sektorundaymış kimi vəd olunur.
Bütün bunlar onun göstəricisidir ki, Ölkədə ciddi işsizlik problemi var. İqtisadiyyat dövlətin büdcəsi əsasən neft hasilatı və ixracı üzərində qurulub.,başqa sahələrə yetərincə şaxələnməyib.İnsanlar rəsmi elan olunan vakansiyalara , hökumətin əhalinin məşğulluğunun təmininə yönəlik proqramlarına inanmır , məqsədə çatmaq üçün məmurlara rüşvət verib “iş aşırmağı “ daha etibarlı üsul sayır.Lakin bu çox vaxt peşmançılıqla müşayət olunur, mübahisələr hüquq müstəvisinə çıxır.bəzən bu dələduzların tələsinə düşənlər öz hüquqlarını qorumaqda belə çətinlik çəkirlər.
Vətəndaş Əzizov Ramin Söhrab oğlu “Korrupsiya və Qanun “ qəzeti redaksiyasına 22.05. 2025 tarixdə müraciət edərək dələduzluq əməlinə məruz qaldığını,aldadılaraq pullarının mənimsənildiyini bildirmiş, problemin mediada ictimailəşdirməsini aidiyyəti qurumlara ,səlahiyyətli ,vəzifəli şəxslərin nəzərinə çatdırılmasını xahiş etmişdir.
Ramin yazaraq bildirmişdir ki, onun iş axtardığını bilən adaşı Ramin adlı şəxs onu ibrahim adlı şəxslə tanış etmişdir.O bildirmişdir ki, İbrahimin qaynatası Eldar müəllim Dövlət Neft Şirkətində rəhbər vəzifədə işləyir, əli uzundur,onu işlə təmin edə bilər.Şikayətçinin sözlərinə görə İbrahim onu . ARDNŞ-də kompüter mühəndisi vəzifəsinə işə düzəldəcəyini vəd edərək, 20000 (iyirmi min) manat rüşvət istəyib , deyib ki, bu puldan 18000 (on səkkiz min) min manatı yuxarı vəzifəli şəxsə, birinci adama (səs var) 2000 min manatı da özünə çatır.Ramin Əzizov ona inanıb Lazım olan pulun müəyyən hissəsin bankdan borc götürüb 29 aprel 2025 tarixdə Bakı metrosunun “28 may”stansiyası ətrafında görüşüb, 20000 min manatı İbrahimə verib.İbrahim işin 15 günə həll olunacağını vəd etsə də üstündən xeyli müddət keçməsinə baxmayaraq nə işi düzəldib, nə də pulu qaytarıb.Ötən müddət ərzində telefon danışıqlarında vatsap yazışmalarında ilk əvvəl İbrahim Raminə səbirli olmağı məsləhət görsə də ,sonda ümumiyyətlə pulu qaytarmaqdan boyun qaçırmış, “hara istəyirsən şikayət et “ demişdir.Bundan sonra Ramin Əzizov İbrahimin qaynatasının nüfuzuna ğörə ictimai qınaqdan çəkinəcəyini güman edərək ,qəzet redaksiyasına müraciət etmişdir.
Yuxarida qeyd edilən cinayət xarakterli faktla bağlı lazım olan sübutları istintaq orqanlarına təqdim edə bilərik.

Mövzuya qayıdacağıq.

Tarix:23.06.2025.

OXŞAR XƏBƏRLƏR
Peşə Bayramınız Mübarək-Azərbasycvan polsi! +FOTO!
Peşə Bayramınız Mübarək-Azərbasycvan polsi! +FOTO!
Azərbaycan Polisi 107 yaşında + VIDEO
Azərbaycan Polisi 107 yaşında + VIDEO
Təbrik Edirik!!! + FOTO!
Təbrik Edirik!!! + FOTO!
"Sputnik Azərbaycan"da saxlanılan iki nəfər binadan çıxarılıb - VİDEO
"Sputnik Azərbaycan"da saxlanılan iki nəfər binadan çıxarılıb - VİDEO
Müavinətlər artırılır, bu qərarlar qüvvəyə minir - İyulun 1-dən
Müavinətlər artırılır, bu qərarlar qüvvəyə minir - İyulun 1-dən
Sabahdan qohum evliliklərinə qadağa qoyulur
Sabahdan qohum evliliklərinə qadağa qoyulur
Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır
Sabahdan Azərbaycanda sosial müavinətlər artırılır
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib