Azərbaycan İdeyası

Qəzet Ədliyyə Nazirliyinin apardığı araşdırmanın nəticəsi əsasında təsdiqlənən faktları ictimailəşdirdiyinə görə məhkəməyə verildi.

Tarix:14-08-2025, 13:36
Baxış Sayı:194

Qəzet Ədliyyə Nazirliyinin apardığı araşdırmanın nəticəsi əsasında təsdiqlənən faktları ictimailəşdirdiyinə görə məhkəməyə verildi.

Sabirabad rayonu Quruzma bələdiyyəsinin sədri Mirmövsüm Heydərov rayonun Qəzli kənd sakini Məmmədov Arif Məhəmməd oğlunu və “Korrupsiya və Qanun” qəzetini birincinin şikayəti əsasında qəzetdə dərc edilən tənqidi məqaləyə görə məhkəməyə verib. O, məqalədə yazılan bütün məlumatları şər-böhtan və qərəzli yalan hesab etmiş, şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələndiyi qənaətinə gəlmişdir. Odur ki, müraciət etdiyi Sabirabad rayon məhkəməsindən “Korrupsiya və Qanun” qəzetində və qəzetin “Korrupsiya-q.az” veb-saytında gedən məlumatların cavabdehlər tərəfindən təkzib edilməsi, ondan üzr istənilməsi, Məmmədov Arif Məhəmməd oğlundan 10000 (on min) manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Xatırladaq ki, məhkəmə icraatına qəbul edilən iddiada sözügedən “Sabirabad rayon prokuroru bələdiyyə sədrinin cəddindən qorxur?” sərlövhəli məqalədə bələdiyyə sədrindən əlavə həm də onun qanunsuz əməllərinə hüquqi qiymət verməyə tələsməyən rayon prokuroru Fəxrəddin Pənahov da daha təhlükəli əməllər törətdiyi qeyd olunmuşdur. Lakin görünür, fakt qarşısında qalan F.Pənahov özü məhkəmədə iddia qaldırmağa cəsarət etməmiş, Mirmövsüm Heydərovu qabağa vermişdir.
Ulularımız əbəs yerə deməmişlər:-“vur” demək vurmaqdan da irəlidir. İddiaçının qəzetimizə tutduğu irad bundan ibarətdir ki, baş redaktorumuz şikayətdə göstərilənlərin həqiqətə uyğun olub-olmadığını araşdırmadan dərc etmişdir. Görəsən, iddiaçı qəzetin araşdırması deyəndə nəyi nəzərdə tutur?–əgər, onun fəaliyyəti səlahiyyətli orqan tərəfindən araşdırılaraq qanunsuz hüquqi qiymət verildiyi halda,qəzetin Baş redaktoru Quliyeva Xuraman Əhliman qızının Sabirabad rayon Qəzli kənbd sakini Məmmədov Arif Məhəmməd oğlunun şikayəti əsasında Bələdiyyə sədrinin həmin qanunsuz əməllərini təkrar araşdıraraşdırılmasına zərurət var idimi? Axı,bizdən əvvəl Ədliyyə Nazirliyinin Şirvan Regional Ədliyyə İdarəsi araşdırma aparmış və Arif Məmmədova ünvanladığı 05.08.2024-cü il tarixli məktubu ilə təsdiqləmişdir ki, Quruzma bələdiyyəsinin qanunsuz fəaliyyəti ilə bağlı məsələlər öz əksini tapmışdır.
İddiaçıya həmçinin xatırlatmaq istəyirik ki, Arif Məmmədovun şikayəti ilə bağlı növbəti məqalə qəzetimizin iyul 2025-ci il tarixli 05 (119)-cu nəşrində 10-cu səhifədə “Ola bilər ki, özü də nəfsi itinin biridir” başlığı altında “Korrupsiya və Qanun” qəzetinin səıhifəsində məqalə dərc olunub. Buyursun, oxusun, bəlkə iddia ərizəsinə əlavə etmək üçün yeni nüanslar tapdı.
İddiaçı-Bələdiyyə sədri ona vurulmuş mənəvi zərəri 10000 (on min) manat məbləğdə qiymətləndirmişdir.


Baş redaktor: X.Ə.Quliyeva

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir