Azərbaycan İdeyası

Böyük Bəhmənlidə yanğın: Müraciətlərə laqeyd yanaşan məmurların səhlənkarlığı ucbatından...

Tarix:Bu gün, 15:11
Baxış Sayı:0

Böyük Bəhmənlidə yanğın: Müraciətlərə laqeyd yanaşan məmurların səhlənkarlığı ucbatından...

Qəzetimizin sadiq oxucuları xatırlayarlar, ötən saylarımızdan birində “Böyük Bəhmənli kəndinin ən böyük problemi niyə gözardı edilir” sərlövhəli məqalə dərc olunmuşdu. Füzuli rayonu Böyük Bəhmənli kənd sakini Abdullayev Abış Şəmil oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək yaşadığı kəndin ərazisindəki yüksək gərginlikli elektrik xətlərinin təhlükəli vəziyyətdə olduğunu, bu barədə Füzuli rayon Elektrik Şəbəkəsin rəisi Səttər Heydərova dəfələrlə xəbərdarlıq etsə də, heç bir tədbir görülmədiyini bildirmişdi.
İxtisasca ali təhsilli alman dili müəllimi olan 78 yaşlı Abış Abdullayev qeyd etmişdi ki, yaşadığı Böyük Bəhmənli kəndinin çox sayda əhalisi hər an baş verə biləcək təhlükə ilə üz-üzə qalıb. Şikayətçi eləcə də bildirmişdi ki, mövcud təhlükəli vəziyyət barədə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Alıyevə də müraciət edib. Alıyev 15 noyabr 2024-cü il tarixdə kənd camaatı ilə keçirdiyi müşavirədə lazımi tədbir görüləcəyini vəd etsə də, yerinə yetirməyib. A.Abdullayevin sözlərinə görə, hətta həmin görüşdə başçıya hələ 2020-ci ildə transformatorun yerə cərəyan ötürən məftili ilə camışını elektrik vurub öldürdüyünü də xatırladıb. 1974-cü ildə çəkilmiş 10 min voltluq gərginlik daşıyan ağac dirəyin qəzalı vəziyyətdə olduğunu telefonla çağırdığı montyorlara göstərib. Buna baxmayaraq, vəziyyətin hal şahidi olan baş mühəndis Zakir Həsənov fakta əhəmiyyət verməyərək, maşına minib gedib. Ertəsi gün Abdullayev baş mühəndisin iş yerinə gedərək yenidən iradını bildirib. Mühəndis ona yenə yalançı vədlər verərək yola salıb. Bundan sonra Abdullayev “Azərişıq” ASC-nin sədri cənab Vüqar Əhmədova ərizə ilə müraciət edib. 19 iyul 2024-cü il tarixdə ona cavab məktubu göndərildiyi barədə məlumat verilsə də, məktub onun ünvanına çatmayıb. Təkrarən 30 iyul 2024-cü il tarixdə növbəti müraciəti ASC rəhbərliyinə ünvanlasa da, yenə də cavab almayıb.
Sitat: “Nəhayət, sentyabr ayında yolum Bakı şəhərinə düşdü. Həmin məktubların nüsxələrini “Azərişıq”ASC-nin ofisində texniki departamentin direktoru Vüsal Qənbərov cənablarının qəbulunda olub əldə etmişəm. Bir sözlə, yaşadığım Böyük Bəhmənli kəndi hər an faciəli ölümlə üz-üzədir. Aldığım 19.08.2024-cü il tarixli məktubda belə məlumat verilib: “10/0,4 kv-lıq hava elektrik verilişi xəttlərində “Azərişıq” ASC tərəfindən mütəmadi olaraq əsaslı və cari təmir işləri aparılır. Qəzalı vəziyyətdə olan dayaqlar, qüsurlu izolyatorlar və calaq naqillər dəyişdirilir, xəttlər yaşıl kütlələrdən təmizlənir, çəpərlənməsi olmayan komplekt transformatorların ətrafı yaxın zamanda çəpərlənəcək”. Çox təəssüflər olsun ki, 2024-cü il artıq arxada qalıb, heç bir iş görülməyib. İllər bir-birini əvəz etsə də, müraciətim həll olunmamış qalıb. Kənd camaatı bu təhlükədən xilas olmaq əvəzinə, əlaqə telefonumu bloka atıb cavab vermirlər...”
Abdullayev yaşadığı kəndin sakinləri adından etdiyi xahiş tərəfimizdən mediada ictimailəşdirib əlaqədar qurumların diqqətinə çatdırılsa da, bir il daha arxada qaldı, problem həllini tapmadı. Ən acınacaqlı hal budur ki, Abış Abdullayevin və həmkəndlilərinin qorxduğu hadisə dekabrın 8-dən 9-na keçən gecə baş vermişdir. Belə ki, kənddə fəaliyyət göstərən böyük marketdə qısa qapanma nəticəsində yanğın törənmiş, məlumata görə, obyektin 30 faizi yararsız vəziyyətə düşmüş, sahibkara xeyli miqdarda ziyan dəymişdir.

Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin Baş İstintaq İdarəsinə
Ədliyyə Nazirliyinin Baş İstintaq İdarəsinə
Hakim xəyanətinin illərlə axıtdığı göz yaşları
Hakim xəyanətinin illərlə axıtdığı göz yaşları
Əli Kərimlinin əmisi oğlunun törətdiyi cinayət ört-basdır edilir – Şəriki tam məsuliyyəti öz boynuna götürür
Əli Kərimlinin əmisi oğlunun törətdiyi cinayət ört-basdır edilir – Şəriki tam məsuliyyəti öz boynuna götürür
Dördüncü ildir pasport qeydiyyatına alınmayan vətəndaş yeni 2026-cı ildən nə gözləyir?
Dördüncü ildir pasport qeydiyyatına alınmayan vətəndaş yeni 2026-cı ildən nə gözləyir?
Sevir Vətənini səmimi-qəlbdən
Sevir Vətənini səmimi-qəlbdən
Hicran Hüseynova – Haqqın zərif gücünün təcəllası
Hicran Hüseynova – Haqqın zərif gücünün təcəllası
Böyük Bəhmənlidə yanğın: Müraciətlərə laqeyd yanaşan məmurların səhlənkarlığı ucbatından...
Böyük Bəhmənlidə yanğın: Müraciətlərə laqeyd yanaşan məmurların səhlənkarlığı ucbatından...
Nazirliyin vəzifəli şəxsi qeyri-leqal işə cəlb etdiyi fəhlənin pulunu vermir
Nazirliyin vəzifəli şəxsi qeyri-leqal işə cəlb etdiyi fəhlənin pulunu vermir