
Qobustan Rayon Məhkəməsinin sədri cənab Mayılov Samir İlham oğlunun,
Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri-Mahmudov Ayaz Akif oğlunun,
Hüseynzadə Afiq Hüseyn oğlunun və Rəhimli Lalə Elxan qızının,
Qobustan Rayon İcra və Probasiya şöbəsinin rəisi Məlikov Malik Əlisahib oğlunun
İcra məmuru Cəfərov Məqafil Sərvər oğlunun və “YELO BANK” ASC-nin bir qrup vəzifəli şəxsləri tərəfindən Cabarov İqlar Ağa oğluna qarşı Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 179; 295; 307; 308; 309 və 313-cü maddələrində nəzərdə tutulan cinayət işi ilə əlaqədar istintaq olunan saylı iş üzrə şahid şəxs qismində dindirilən
Cabarov İlqar Ağa oğlunun səlahiyyətli nümayəndəsi Hüseynov Güloğlan Pəli oğlunun
İ Z A H A T I
İstintaqa bildirirəm ki, 2023-cü ilin, təqribən iyul, avqust aylarında “Korrupsiya və Qanun” qəzetində müxbir kimi işə qəbul edilmiş Alıyev Azər Gülmalı oğlu bildirdi ki, onun qaynı Cabarov İlqar Ağa oğlu ilə “NİKOYL”İKB, hazırda “YELO BANK” ASC adlanan bank arasında 24.05.2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsi əsasında Cabarov İlqar Ağa oğluna 50.000 ABŞ dolları və Qasımov Möhsün Zülfüqar oğluna isə 51.000 manat məbləğində maliyyə vəsaiti verilmişdir. Lakin, “NİKOYL”İKB tərəfindən 50.000 ABŞ dolları deyil, 40.000 ABŞ dolları verilsə də, həmin maliyyə vəsaitinin Cabarov İlqar Ağa oğlu dərhal BANK-dan aldığı 40.000 dollar maliyyə vəsaiti Qasımov Möhsün Zülfüqar oğluna verilmişdir. Alıyev Azər Gülmalı oğlu əlavə edərək, bildirdi ki, Cabarov İlqar Ağa oğlu ilə “NİKOYL”İKB-“YELO BANK”ASC arasında bağlanan 24.05.2013-cü il tarixdə kredit müqaviləsindən 10 ildən artıq vaxt keçməsinə baxmayaraq 2-3 aydır ki, onun əmək haqqının 40% məbləğində maliyyə vəsaiti “YELO BANK” ASC-nin hesabına tutulur. Alıyev Azər Gülmalı oğlu qaynı Cabarov İlqar Ağa oğlunun “YELO BANK” ASC tərəfindən pozulan hüquqlarının bərpa olunmasına köməklik göstrərməsini “Korrupsiya və Qanun”qəzetinin Baş redaktoru Quliyeva Xuraman Əhliman qızından xahiş etdi.
Ötən 10 ildən artıq müddətdə “NİKOYL”İKB - “YELO BANK” ASC tərəfindən Cabarov İlqar Ağa oğluna banka ödəniş edib-etməməsi barədə heç bir məlumat verməmişlər. Halbuki, Cabarov İqlar Ağa oğlunun adına 3-S-1-0-253-13 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl etmədiyi səbəbindən “NİKOYL” İKB Cabarov İlqar Ağa oğluna və Qasımova Zərnigar Məmməd qızına qarşı 2 ildən sonra iddia iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə “borcun ödənilməsi tələbi” ilə müraciət etmişdir. Cabarov İlqar Ağa oğluna “NİKOYL”İKB ilə bağlanan 3-S-1-0-253-13 saylı verilən kredit müqaviləsinin təminatı olaraq 3-S-1-0-253-13 saylı ipoteka müqaviləsinə əsasən “ipoteka saxlayan” “NİKOYL” İKB-nin 3 saylı filialı, “borclu” Cabarov İlqar Ağa oğlu və Qasımova Zərnigar Məmməd qızının adından etibarnamə əsasında, həmin Bankın qeyd edilən kredit müqaviləsi üzrə digər müştərisi Qasımova Zərnigarın oğlu Qasımov Möhsün Zülfüqar oğlu arasında bağlanmış 24.05.2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsində nəzərdə tutulan öhdəliklərin icrasını təmin etmək məqsdi ilə İPOTEKA müqaviləsi bağlanmışdır. Bu səbəbdən də, “NİKOYL” İKB-nin iddia tələbi əsasında 15.09.2015-ci il tarixində Abşeron Rayon Məhkəməsində keçirilən məhkəmə iclasına cavabdehlərdən biri Cabarov İlqar Ağa oğlunun iştirakı təmin edilməmişdir. Məhkəmə bunu onunla əsaslandırmışdır ki, Cabarov İlqar Ağa oğlunun faktiki olduğu yer məlum olmadığı, onun məlum olan axırıncı yaşayış yeri üzrə iclasın yeri və vaxtı barədə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, o, iclasa gəlməmişdir?! Bundan başqa, Abşeron Rayon Məhkəməsinin “NİKOYL” İKB-nin iddia tələbi əsasında qəbul edilən 15.09.2015-ci il tarixli, 2(012)-1798/2014(?) saylı qətnamədən cavabdeh Qasımova Zərnigar Məmməd qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsində 17.07.2017-ci il tarixdə keçirilən məhkəmə iclasında da Cabarov İlqar Ağa oğlunun iştirakı təmin edilməmişdir!!!
Həmin qəzetin hüquqşünası vəzifəsində işlədiyim səbəbindən Cabarov İlqar Ağa oğlunun Bank tərəfindən pozaulan hüquqlarının bərpası məsələsinin həlli Baş redaktor tərəfindən mənə həvalə edildi. Mən Alıyev Azər Gülmalı oğluna bildirdim ki, Cabarov İlqar Ağa oğlunu məlumatlandır ki, onun əmlak hüquqlarının “YELO BANK” ASC tərəfindən pozulduğöu barədə onda olan sənədləri mənə təqdim etsin. Həmin sənədləri öyrəndikdən sonra Cabarov İlqarın pozulan hüquqlarının bərpasının mümkün olub-olmaması barədə ona mövqeyimi bildirərəm. Təqribən 10-15 gündən sonra Cabarov İlqar Ağa oğlu “NİKOYL” İKB ilə bağladığı kredit müqaviləsi üzrə sənədləri mənə təqdim etdi. Qeyd edilən sənədlərdən məlum oldu ki, Bankla Cabarov İlqar Ağaz oğlu arasında bağlanan 24.05.2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsi bağlandığına görüntü yaratmaq məqsədi ilə verilən 50.000 ABŞ dolları məbləğində vəsaitin təminatı kimi əvvəllər heç bir tanışlığı olmayan Qasımova Zərnigar Mahmud qızı mülkiyyətində olan evinin girov qayulması və həmin evi Qasımova Zərnigarın verdiyi etibarnamə əsasında banka girov qoyan oğlu Qasımov Mövsüm Zülfüqar oğluna isə yuxarıda qeyd edilən kredit müqaviləsi əsasında “NİKOYL” İKB tərəfindən ona girov qoyulmadan 51.000 manat vəsaitin verilməsi faktı, eləcə də, həmin bankın iddia tələbi əsasında istər Abşeron Rayon Məhkəməsinin, istərsə də Sumqayət Apellyasiya Məhkəməsində iş üzrə keçirilən məhkəmə iclaslarında Cabarov İlqar Ağa oğlunun iştirakına şəraitin yaradılmaması kimi faktlar Cabarov İlqar Ağa oğlunun əmlak hüquqlarının “NİKOYL”İKB-nin əməkdaşları, eləcə də, Qasımov Mövsüm Zülfüqar oğlu və Abşeron Rayon və Sumqayıt Apellyasiya Məhkəmələrinin hakimləri tərəfindən qəsdən və kobud şəkildə pozulduğuna əsaslı şübhələr yaratdı. Bundan sonra mən Alıyev Azər Gülmalı oğluna bildirdim ki, Cabarov İlqar Ağa oğlunun hüquqlarının “NİKOYL” İKB və hakimlər tərəfindən kobud şəkildə və qəsdən tamah məqsədi ilə pozulduğunu araşdırıb, aidiyyatı dövlət orqanlarına müvafiq sənədləri təqdim etmək istiqamətində işlər görmək üçün Cabarov İlqar Ağa oğlu mənə 1500-2000 AZN məbləğində maddi köməklik göstərməsinə zərurət var. Təqribən, 4-5 gündən sonra Alıyev Azər Gülmalı oğlu Cabarov İlqar Ağa oğlunun adından mənə 2.000 AZN maliyyə vəsaiti verdi və 17.08.2023-cü il tarixdən bu günədək Cabarov İlqar Ağa oğlunun pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı tərəfimdən aparılan araşdırmalar nəticəsində cinayət tərkibli iş üçün mühüm əhəmiyyət kəsb edən aşağıdakı sənədlər əldə edilmiş və cinayət iş formasında 140 vərəqdən ibarət material toplanmışdır. Həmin sənədlərin siyahısını Ədliyyə Nazirliyinin İstintaq Baş İdarəsinə təqdim edirəm: -
15.11.2023-cü il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə və 20.11.2023-cü il tarixində Abşeron Rayon Məhkəməsinə Cabarov İlqar Ağa oğlunun adından əırizə ilə müraciət edərək, “NİKOYL” İKB-nin iddia ərizəsi əsasında Abşeron Rayon Məhkəməsinin 15.09.2015-ci il tarixli, 2(012)-1798/2014 saylı qətnaməsinin (?!) və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-27/2017 saylı,17.07.2017-ci il tarixli qətnaməsinin cavabdeh tərəfə - Cabarov İlqar Ağa oğluna göndərilməsi xahişi ilə müraciət etdikdən sonra həmin məhkəmə aktları bizə təqdim edilmişdir. Həmin məhkəmə aktlari ilə tanış olınduqda istər “NİKOYL” İKB, istərsə də onun iddia ərizəsi əsasında qətnamə qəbul edən hakim İlkin Rəcəbov və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri - Lətifə Məmmədova, Elman Rəhimov, Səyad Qafari tərəfindən yol verilən aşağıdakı vəzifədən sui-istifadə və vəzifə saxtakarlığı kimi cinayət faktları tərəfimdən müəyyən edildi: -
1. “NİKOYL” İKB - “YELO BANK” ASC ilə Cabarov İlqar Ağa oğlu arasında 24.05.2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsi bağlanarkən həmin bankın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikası MM-in 279; 280 və 385-386-cı maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, bank həmin kredit mmüqaviləsi əsasında Qasımova Zərnigar Mahmud qızı tərəfindən oğlu Qasımov Mohsün Zülfeqar oğluna verdiyi etibarnamə əsasında sonuncu, anası Qasımova Zərnigarın mülkiyyətində olan evini “NİKOYL” İKB-dən ona verilən 51.000 manat maliyyə vəsaitinin təminatı kimi həmin baka girov qoyulmalı olduğu halda, Qasımova Zərnigarın mülkiyyətində onla həmin ev onun oğlu Qasımov Möhsün Züldüqar oğlu və Bank tərəfindən maliyyə vəziyyəti nəzərə alınmadan, mülkiyyətində onun evinin, maşının olmadığı halda, Cabarov İlqar Ağa oğluna görüntü yaratmaq məqsədi ilə Bank tərəfindən verilən 50.000 ABŞ dollarının təminatı kimi “NİKOYL”İKB-yə girov qoymuşdur!!!
“NİKOYL” İKB-nin iddia ərizəsi əsasında 15.09.2015-ci il tarixdə Azərbaycan dövləti adından qətnamə qəbul edən hakim Rəcəbov İlkin Əbülfəz oğluna və Bankın nümayəndəsi Əliyev Nizami Rəşid oğluna verilməli və cavablandırmaları tələb olunan suallar: -
1. “NİKOYL”İKB tərəfindən iş üzrə keçirilən məhkəməyə iki dəfə MPM-in 53-cü maddəsinin tələbini tətbiq edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə tarixi göstərilməyən ərizə ilə müraciət edərək, cavabdehlər - Cabarov İlqar Ağa oğlundan və Qasımova Zərnigar Məmməd qızından iddiaçının xeyrinə 35.323 ABŞ dolları əsas, 6195 ABŞ dolları faiz borcu, 10.596 ABŞ dolları dəbbə pulu tutulması, tutmanın, öhdəliyin təminatı kimi Qasımova Zərnigar Məmməd qızına məxsus olan Ceyranbatan qəs, G.Hüseynov küç. ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsinə və evin hərracda ilkin satış qiymətinin ilkin olaraq ərizədə 57.000 manat müəyyən olunmaqla hərrac vasitəsi ilə satılmasını və tələbin ikinci dəfə dəqiqləşdirilməsi tarixi göstərilməməklə eyni vaxtda keçirilən məhkəmə iclasında məhkəməyə təqdim etdiyi həmin ərizədə isə Qasımova Zərnigarın mülkiyyətində olan, banka girov qoyduğu həmin evinin hərracda ilkin satış qiymətinin 85.000 manat müəyyən olmaqla, hərrac vasitəsi ilə satılmasını məhkəmədən xahiş etməsinə səbəb nə olmuşdur?!
2. “NİKOYL” İKB tərəfindən Cabarov İlqar Ağa oğluna 50.000 ABŞ dolları məbləğində kredit verərkən Qasımova Zərnigarln verdiyi etibarnamə əsasında oğlu Qasımov Möhsün Zülfüqar oğlu tərəfindən Zərnigarın mülkiyyətində olan evi Banka girov qoyularkən həmin evin qiymətləndirilməsi aparılmışdırmı?
3. “NİKOYL” İKB tərəfindən 25.04.2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsi üzrə Cabarov İlqar Ağa oğluna verilən 50.000 ABŞ dolları məbləğindən həmin müqavilənin şərtlərinə cavabdeh Cabarov İlqar Ağa oğlu əməl etmədiyinə görə Bank Abşeron Rayon Məhkəməsinə 2015-ci ilin, təqribən, iyul, avqust aylarında ünvanladığı iddia ərizəsində Cabarov İlqar Ağa oğlunun və Qasımova Zərnigar Məmməd qızının 35.000 ABŞ dolları məbləğində “NİKOYL” İKB-yə əsas borcları yarandığı, eləcə də, həmin Bank tərəfindən Cabarov İlqar Ağa oğluna verilməsi iddia edilən 50.000 ABŞ dolları kredit vəsaitindən 2015-ci ilədək 04.08.2015-ci il tarixli, 12992 saylı ekspert rəyi ilə təsdiqlənən cavabdehlərin Banka yaranan borcun 35.323 ABŞ dolları müəyyən edildiyini nəzərə alsaq, həmin maliyyə vəsaitinin 14.477 ABŞ dolları kimin tərəfindən və hansı vaxtlarda “NİKOYL” İKB-yə qaytarılmışdır?
4. İşin materiallarında olan 24.05.2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı İpoteka Müqaviləsinə əsasən “ipoteka saxlayan” “NİKOYL”İKB-nin 3 saylı filialı, “borclu” Cabarov İqlart Ağa oğlu və “ipoteka qoyan” Qasımova Zərnigar Məmməd qızının adından etibarnamə əsasında Qasımov Möhsün Zülfüqar oğlu arasında bağlanmış 24.05.2013-cü ilı tarixli kredit müqaviləsində nəzərdə tutulan, öhdəliklərin icrasını təmin etmək məqsədi ilə cavabdeh Qasımova Zərnigarın mülkiyyətində olan evlə əlaqədar ipoteka müqaviləsi bağlanmışdır. Lakin iddiaçı “NİKOYL”İKB Abşeron Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində həmin 24.05.2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsi əsasında iş üzrə cavadehlərdən birinin – Qasımova Zərnigar Məmməd qızının oğlu oğlu Qasımov Möhsün Zülfüqar oğluna Bank tərəfindən verilən 51.0000 manat vəsaitin “NİKOYL”İKB-nin nümayəndəsi məhkəməyə ünvanladığı iyul 2015-ci il tarixli iddia ərizəsində həmin vəsaitin təminatı kimi girovun qoyulması faktı kimin tərəfindən qoyulduğu, əgər doğrudan da girov qoyulmuşdursa, nə məqsədlə məhkəmədən gizlətmişdir?
5. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hakimləri - Məmmədova Lətifə Məhyəddin qızı, Rəhimov Elman Gülbaba oğlu və Qafari Səyyad Ağaəli oğlu “NİKOYL” İKB-nin Cabarov İlqar Ağa oğluna Qasımova Zərnigar Məmməd qızına qarşı ünvanlasdıqları iddia ərizəsi əsasında Abşeron Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 15.09.2015-ci il tarixli, 2(012)-1799/2014(?) saylı qətnaməıdən cavabdeh tərəf kimi Qasımova Zərnigar Məmməd qızı MPM-in 360-cı maddəsinin tələbinə əsasən bir ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etmək hüququ yarandığı halda, lakin Qasımova Zərnigar Məmməd qızı MPM-in həmin maddəsinin tələbini pozaraq Apellyasiya Məhkəməsinə bir il on aydan sonra, yəni, 2017-ci ilin iyul ayında Apellyasiya Məhkəməsinin hakimləri Qasımova Zərnigar tərəfindən MPM-in həmin maddəsinin tələblərinin pozulmasına münasibət bildirib, buraxılan müddətin bərpasını Qasımova Zərnigardan tələb etmədən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özləri də MPM-in 360-cı maddəsinin tələbini pozaraq, onun apellyasiya şikayətini icraata qüəbul etməyə həmin hakimləri kim və nə məcbur etmişdir?
6. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hakimləri tərəfindən Qasımova Zərnigarın apellyasiya şikayəti əsasında qəbul etdikləri 2(102)-27/21017 saylı qətnamənin 3-cü səhifəsində təsdiqləyirlər - 17.07.2017-ci il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsi üzrə kredit öhdəliklərinin icrasının təminat üsulu kimi “NİKOYL”İKB (ipoteka saxlayan) ilə cavabdeh Cabarov İlqar Ağa oğlu (ipoteka qoyan?) arasında bağlanmış 24.05.2013-cü il tarixli, 3-S-1-0-235-13 saylı “ipoteka müqaviləsi”nə əsasən cavabdeh Qasımova Zərnigarın mülkiyyətində olan Ceyranbatan qəs, K.Hüseynov küç. ev 6 ünvanında yerləşən fərdi yaşayış evi ipotekaya qoyulmuş və qeyd edilən əmlakın ipoteka ilə yüklülüyünə dair D.Ə.D.R.X-dən yüklülük haqqında “ÇIXARIŞ” alınmışdır?! Göründüyü kimi, “NİKOYL” İKB-nin iddia ərizəsi əsasında Abşeron Rayon Məhkəməsinin qəbul etdiyi 15.09.2015-ci il tarixli qətnamədə həmin Bank tərəfindən Cabarov İlqar Ağa oğluna verildiyi iddia edilən 50.000 ABŞ dolları məbləğində vəsaitin icrasının təminatı kimi Qasımova Zərnigar Məmməd qızının mülkiyyətində olan evi onun oğlu Qasımov Möhsün Zülfüqar oğluna verdiyi etibarnamə əsasında sonuncu tərəfindən Cabarov İlqar Ağa oğluna verilən 50.000 ABŞ dollarının təminatı kimi “NİKOYL”İKB-yə ipoteka qoyulduğu Abşeron Rayon Məhkəməsinin hakim -- İlkin Rəcəbli tərəfindən qəbul edilən 15.09.2015-ci il tarixli qətnamədə təsdiqləndiyi halda, lakin həmin qətnamədən cavabdeh Qasımova Zərnigar Məmməd qızının apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin qəbul etdiyi 17.07.2017-ci il tarixli qətnamədə isə 24.05.2013-cü il tarixli, 3-S-1-0-235-13 saylı ipoteka müqaviləsi əsasında Bank tərəfindən verilən 51.000 manatın təminatı olaraq Qasımova Zərnigarın mülkiyyətində olan evin Banka İpoteka qoyulduğu təsdiqlənsə də, lakin həmin vəsaitin kimə verildiyi gizlədilir!!! Nə məqsədlə?!
8. “NİKOYL”İKB-nin cavabdehlər Cabarov İlqar Ağa oğluna və Qasımova Zərnigar Məmməd qızına qarşı 2015-ci ilin iyul ayında iddia ərizəsi MPM-in 53-cü maddəsinin tələbinə uyğun iki dəfə dəqiqləşdirmə apardıqdan sonra Qasımova Zərnigar Məmməd qızının mülkiyyətində olan 24.05.2013-cü il tarixli, 3-S-1-0-235-13 saylı kredit müqaviləsinin təminatı olaraq Banka girov qayulan evi aparılan ikinci dəqiqləşmə nəticəsində ərizədə həmin Bank tərəfindən 85.000 manat qiymətləndirildiyi halda, Sumqayıt Apellyasiya Məhkəməsinin adları qeyd edilən hakimləri Əmlak Ekspert Mərkəzi tərəfindən keçirilmiş ekspertizanın 16.06.2017-ci il tarixli, ƏEM/M156-749/17 saylı ekspert rəyinə əsaslanaraq, Qasımova Zərnigarın mülkiyyətində olan evinin bazar qiymətini 184.500 manat, yəni, iki dəfədən də artıq məbləğində dəyərləndirirlər!!! Bu fakt özlüyündə, o, anlama gətirir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri üçün “NİKOYL” İKB-ninmaraqları, həmin Bankın rəhbərliyinin maddi maraqlarından da əhəmiyyətli, dəyərli olub?
Yuxarıda qeyd edilən sualların tələb olunan cavabları, faktlar,belə,qənaətə gəlməyə əsas verir ki, “NİKOYL” İKB tərfindən Cabarov İlqar Ağa oğluna 24.05.2013-cü il tarixli, 3-S-1-0-235-13 saylı kredit müqaviləsi əsasında verildiyi idia edilən 50.000 ABŞ dolları təminatı həmin banka Qasımova Zərnigarın mülkiyyətində olan evi oğlu Qasımov Möhsün Zülfüqar oğluna verdiyi etibarnamə əsasında sonuncu tərəfindən ipoteka yüklü edilməklə verilən maliyyə vəsaiti Qasımov Möhsüm, “NİKOYL İKB”-nin səlahiyyətli nümayəndəsi və Sumqayıt Apellyasiya Məhkəməsinin cavabdeh Qasımova Zərnigar tərəfindən verilən apellyasiya şikayəti əsasında 17.07.2017-ci il tarixdə Azərbaycan Dövləti adından ədalətsiz, saxta qətnamə qəbul edən, adları yuxarıda qeyd edilən hakimlər tərəfindən mənimsənilmişdir!!! Bu səbəbdən də, Qasımova Zərnigar Mahmud qızının 2018-ci ilin oktyabr ayından Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə cavabdeh “NİKOYL” İKB - “YELO BANK” ASC-yə və müstəqil tələblər irəli sürülməyən 3-cü şəxslər “Hidayətoğlu Şirkətlər Qrupu” MMC-yə və Abşeron Rayon İcra və Probasiya şöbəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbi ilə iddia ərizəsi əsasında Nəsimi Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin MK-nın hakimləri tərəfindən qəbul edilən –
1. Azərbaycan Respublikası Ali Məhkəmənin 27.11.2017-ci il tarixli, 2(102)-8166/2017 saylı Qərarı;
2. 22.11.2018-ci il tarixli, 2(06)-6082/2018 saylı qətnaməsindən verilən apellyasiya şikayəti, dəfələrlə Nərimanov, Nəsimi Rayon Məhkəmələrində araşdırılmışdır.
3. 24.12.2019; 03.06.2020-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən – qəbul edilən qətnamələr;
4. Bakı Apellyasiya Məhkəmnəsində 03.03.2020-ci il tarixli, 2(103)-27/2022 saylı Qətnamə;
5. Azərbaycan Respublikası Ali Məhkəmsinin Mülki Kollegiyasının 15.02.2023-cü il tarixli, 2(102)-50/2023-cü il tarixli Qərarı.
Beləliklə, “NİKOİL” İKB – “Yelo Bank” ASC-in nümayəndələri (Əliyev Nizami Rəşid oğlu, Abdullayev Ramin Məmmədəli oğlu, Yusifov Araz) tərəfindən tərtib olunan iddia ərizəsi, apelyasiya və kassasiya şikayətləri əsasında ilkin olaraq Abşeron Rayon Məhkəməsinə ünvanlanan cavabdehlər Cabarov İlqar Ağa oğlundan və Qasımova Zərnigar Mahmud qızına qarşı kredit borcunun qaytarılması tələbinin icraatının təmin edilməsi ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsi, evin boşaldılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 35.323 ABŞ dolları əsas, 4038 dollar faiz borcu cavabdehlər - Azad Salman oğlundan və Qasımov Zərnigar Mahmud qızından iddiaçının xeyrinə tutulması, (?) öhdəliyin təminatı kimi Qasımov Zərnigar Mahmud qızına məxsus olan imtina yükü evinin hərracdan ilkin salma qiymətinin 57000 manat müəyyən olunmalı, hərrac vasitəsiylə satılması... tələbi əsasında 15.09.2015-ci il tarixdə Abşeron Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında, nə də iddiaçı Qasımova Zərnigar Mahmud qızının “ipotekaya xitam verilməsi” tələbi ilə əlaqə iş üzrə Bakı Apellyasiya və Ali Məhkəmədə dəfələrlə, sonuncu dəfə 15.02.2023-cü il tarixdə Ali Məhkəmədə keçirilən məhkəmə iclaslarından, ən azı, maraqlı tərəf kimi Cabarlı İlqar Ağa oğlunun məlumatı, iştirakı olmadan keçirilmiş məhkəmə iclasında (?) Ali Məhkəmənin MK-ın sonuncu 15.02.2023-cü il tarixli, 2(102)-50/2023-cü il tarixli qərarı ilə iddiaçı Qasımova Zərnigar Mahmud qızının cavabdeh “NİKOİL” İKB (“Yelo Bank” ASC) və müstəqil tələblər irəli sürülməyən üçüncü şəxslər “Hidayətoğlu” şirkətlər qrupu MMC-yə və Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qarşı “ipotekaya xitam verilməsinə” dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-24/2024 saylı, 03.03.2022-ci il tarixli qətnaməsindən cavabdeh “Nikoil”- İKB (“Yelo Bank” ASC) tərəfindən verilmiş kassasiya şikayəti rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılması barədə qəti qərar qəbul edilmişdir. Nəticədə, iddiaçı Qasımova Zərnigar Mahmud qızının mülkiyyətində olan etibarnamə əsasında oğlu Qasımov Möhsün Zülfüqar oğlu tərəfindən “NİKOİL” - İKB ilə Cabarov İlqar Ağa oğlu arasında 50.000 ABŞ dolları məbləğində 24.05.2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kreditin icrasının təminatı olan evi “Nikoil” - İKB-in girovundan azad edilir. 15.02.2015-ci il tarixindən 15-02-2023-cü ilədək “Nikoil”- İKB “Yelo Bank” ASC ilə cavabdeh, iddiaçı Qasımov Zərnigarın mülkiyyətində olan, 24.05.2013-cü il tarixli, 3-S-1-0-253-13 saylı kredit müqaviləsinin icrasının təminatı olan evinin girovdan azad edilməsi istiqamətində 7 il, 7 ay davam edən məhkəmə araşdırmalarına Cabarov İlqar Ağa oğlu cəlb edilməmiş, ondan xəbərsiz, iştirakı olmadan keçirilmiş ötən 10 il müddəti ərzində bir dəfə də olsun “Nikoil”- İKB – (“Yelo Bank” ASC) tərəfindən ona qeyd ediən kredit müqaviləsi əsasında 50.000 ABŞ dolları məbləğində vəsaiti verildiyi iddia edilsə də, onun adına rəsmiləşsə də, lakin ondan, yəni “borclu” Cabarov İlqardan həmin vəsaitin qaytarılmasının tələb olunmaması faktları “Nikoil” - İKB - “Yelo Bank” ASC tərəfindən 3-S-1-0-253-13 saylı, 12.05.2013-cü il tarixli kredit müqaviləsi əsasında 50.000 ABŞ dolları vəsaitinin Cabarov İlqar Ağa oğluna bank tərəfindən verilmədiyini təsdiqləyir! Bu faktın həqiqət olduğunu aşkar cinayət tərkibli fakt olduğu aşağıda qeyd edilən sənədlərlə də təsdiqlənir:
1 “Nikoil” - İKB (“Yelo Bank” ASC) nümayəndəsi Murad Mirzəyev 03.10.2023-cü il tarixli, HBD 8118 saylı Qobustan Rayon İcra şöbəsinə ünvanladığı məktubunda təsdiqləyir:
- Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 2(012) – 1798/2017 saylı 15.09.2016 il tarixli (?!) icra sənədinə əsasən cavabdeh Cabarov İlqar Ağa oğlundan “Yelo Bank” ASC-nin (“Nikoil” İKB) xeyrinə ümumilikdə 416118:00 manat məbləğində borcun tutulması qət edilmişdir! Lakin Abşeron Rayon Məhkəməsinin 2(012)-1798/2017 saylı Cabarov İlqar Ağa oğlu barəsində qətnaməsi mövcud deyil!!!
Qeyd edilənləri nəzərə alaraq, Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 2(012)-1798/2017 saylı, 15.09.2016-cı il tarixli icra sənədinin vaxtında, tam və düzgün icrasını təmin etmək məqsədi ilə icra sənədinin icrasından qərəzli olaraq yayınmaqda davam edən borclu (?!) barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini və görülmüş icra tədbirləri barədə tələbkar “Yelo Bank” ASC-yə məlumat verməyinizi xahiş edirik.
Səlahiyyətli nümayəndə Murad Mirzəyev
Azərbaycan Ordusunun Təlim-Tədris Mərkəzinə
2. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-27/2017 nömrəli, 10.01.2018-ci il tarixli icra sənədi üzrə borclu Cabarov İlqar Ağa oğlu və qeyrilərindən (qeyri cavabdehlər kimlərdi?!) 41.618 ABŞ dolları məbləğində kredit borcu tutularaq tələbkar, “Nikoil” İKB ASC-in (“Yelo Bank” ASC) xeyrinə ödənilməsi qət edilmişdir.
İcra sənədi üzrə tələbi təmin etmək məqsədiylə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 65-ci maddəsinə əsasən cəmi 41.618 ABŞ dolları kredit borclu Cabarov İlqar Ağa oğlu əmək haqqının 40%-dən tutularaq hər ay “Nikoil” İKB ASC-in (hazırda “Yelo Bank” ASC) xeyrinə ödənilməli (qeyri cavabdehdən borcunu da Cabarov Ağa ödəməlidir). Qobustan Rayon Məhkəməsinin 2(012)-42/2020 nömrəli, 14.02.2020-ci i tarixli icra sənədinin surəti “İcra haqqında Azərbaycan Respublikası Qanununun 24.11 maddəsinə əsasən icra olunması üçün Sizə göndərilir (?!)
Qərarın icrası zamanı aşağıdakılara əməl edilmişdir…
Rəis, ədliyyə müşaviri Malik Məlikov.
3. Qobustan Rayon Məhkəməsinə
(borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında) 10.08.2023-cü il tarixli qərarla icraata başladığım Sumqayıt Apellyasiya Məhkəməsinin 2-105-27/2017 nömrəli, 10.01.2018-ci tarixli icra sənədinə əsasən Qasımova Zərnigar Mahmud qızı və Cabarov İlqar Ağa oğlunda müştərək qaydada 42.618 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq, “Nikoil” İKB ASC-in (“Yelo Bank” ASC) xeyrinə ödənilməlidir (?!)
Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır!!!
Hesab edirəm ki, icra sənədinin icrasını təmin etmək məqsədiylə borclunun Cabarov İlqar Ağa oğlunun ölkədən getmək getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır!!
Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.1-ci maddəsini rəhbər tutaraq, borclu Qobustan rayon, Qobustan şəhəri T.İsmayılov küçəsi ev 63-də qeydiyyatda olan 25.07.1969-cu il təvəllüdlü Cabarov İlqar Ağa oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş edirəm. Müştərək qaydada 42.618 ABŞ doları məbləğində vəsaitin tutulması tələb olunduğu halda, digər borclu Qasımova Zərnigar Mahmud qızı barəsində də “ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə” nə üçün ??? tədbir görülməmişdir?!
Qobustan İcra və Probasiya Şöbəsinin İcra məmuru Cəfərov Məqafil Sərvər oğlu
“Təsdiq edirəm”. Rəis, ədliyyə müşaviri Məlikov Malik Əlisahib oğlu
12.01.2024.
Yuxarıda qeyd edilən faktlardan göründüyü kimi, “NİKOİL” İKB-in nümayəndəsi Murad Mirzəyev Qobustan rayon İcra və Probasiya şöbəsində Cabarov İlqar Ağa oğlundan “NİKOİL” İKB ASC-in xeyrinə, ümumilikdə 41.618 ABŞ dolları məbləğində borcun tutulması tələbini Abşeron Rayon Məhkəməsinin verdiyi 2(012)-1798/2017 saylı 15.09.2016-cı il tarixli (?!) icra vərəqi ilə əsaslandırır.
Bankın səlahiyyətli nümayəndəsi Murad Mirzəliyevin borclu Cabarov İlqardan 41.618 ABŞ dollarının həmin bankın xeyrinə tutulmasının Abşeron Rayon Məhkəməsinin 2(012)-1798/2017 saylı 15.09.2016-cı il tarixli icra vərəqi əsaslandırıldığı halda, Qobustan Rayon İcra və Probasiya şöbəsinin rəisi cənab Malik Məlikov Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilən 2(105)-27/2017 saylı, 10.01.2018-ci il tarixli icra sənədinə əsasən 41.618 ABŞ dolları məbləğində maliyyə vəsaitinin, yalnız, Cabarov İlqar Ağa oğlundan deyil, qeyrilərindən də tutulmasını Azərbaycan Ordusunun Tədris-Təlim Mərkəzinə, “Yelo Bank” ASC-yə ünvanladığı TƏLƏBNAMƏDƏ Cabarov İlqar Ağa oğlunun iş yerinə göndərdiyi həmin tələbnamədə Azərbaycan Respublikası Ordusunun Təlim-Tədris Mərkəzinin rəhbərliyindən isə tamamilə başqa bir icra sənədinin icrasını Qobustan Rayon Məhkəməsinin 2(012)-42/2020 saylı, 14.02.2020-ci il tarixli icra sənədinin surətini “İcra haqqında” Qanun 24.11-ci maddəsinin tələbinə, əsasən icra edilməsini xahiş edir! Halbuki, həmin icra sənədinin Cabarov İlqar Ağa oğluna heç bir hüquqi aidiyyatı yoxdur!!! Bundan başqa, Qobustan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəfərov Məqafil Cəfər oğlunun tərtib etdiyi 17.01.2024-cü il tarixli borclu Cabarov İlqar Ağa oğlu barəsində “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Qobustan Rayon Məhkəməsinə ünvanladığı təqdimatı Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilən 2-105-27/2017 nömrəli, 10.01.2018-ci il tarixli icra sənədi ilə əsaslandırır. 42.618 ABŞ dolları məbləğində (?!) vəsaitin Qasımova Zərnigar Mahmud qızı və Cabarov İlqar Ağa oğlu tərəfindən müştərək qaydada “NİKOİL” İKB - (“Yeloo Bank” ASC-in) xeyrinə ödənilməli olduğunu qeyd eləsə də, lakin, özünə məlum olan səbəbdən, digər borclu – Qasımova Zərnigar Mahmud qızı barəsində də “borclunun ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılması barədə” Qobustan Rayon Məhkəməsinə nəinki təqdimat ünvanlanır, həmin icra şöbəsinin rəisi Məlikov Malikin Cabarov İlqar Ağa oğlunun iş yerinə göndərdiyi tələbnamədə isə tələbkar “NİKOİL” İKB (“Yelo Bank” ASC-in) xeyrinə 41.618 ABŞ dolları vəsaitinin bütünlüklə borclu Cabarov İlqar Ağa oğlu tərəfindən ödənilməli olduğunu təsdiqləyir!!! Nə məqsədlə (?!)
Yuxarıda qeyd edilən, “Yelo Bank” ASC-in səlahiyyətli nümayəndəsi Murad Mirzəyevin Qobustan Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 03.10.2023-cü il tarixli məktubunda Qobustan Rayon İcra və Probasiya Şöbəsinin rəisi Məlikov Malik Əlisahib oğlunun Cabarov İlqar Ağa oğlunun iş yerinə göndərdiyi tələbnamədə və həmin İcra Şöbəsinin, icra məmuru Cəfərov Məqafil və rəis Məlikov Malik tərəfindən Qobustan Rayon Məhkəməsinə ünvanladıqları təqdimatda həmin sənədlərin verilməsini müxtəlif icra vərəqləri ilə və borclu Cabarov İlqar Ağa oğluna hüquqi aidiyyatı olmayan Qobustan Rayon Məhkəməsinin tərəfindən verilən icra sənədi ilə əsaslandırdıqları faktları onların və Qobustan Rayon Məhkəməsinin xəyanətkar, hiyləgər hakimi Mayılov Samir İlham oğlunun və digərlərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vəzifə saxtakarlığına yol verməklə 41.618 ABŞ dollara məbləğində maliyyə vəsaitini mənimsəmək niyyəti ilə ona qarşı Azərbaycan Respublikasinin CM-in 179; 178; 295; 307; 308; 309 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri törədilmişdir.
Qoşma: 1. “Yelo Bank” ASC-nin nümayəndəsi cənab Murad Mirzəyevin imzasıyla Qobustan rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 03.10.2023 tarixli məktubu.
2. Qobustan rayon İcra və Probasiya Şöbəsinin rəisi cənab Malik Məlikov tərəfindən Cabarov İlqar Ağa oğlunun iş yerinə ünvanladığı 04.10.2023-cü il tarixli tələbnamə.
3. Qobustan rayon İcra və Probasiya Şöbəsinin rəisi cənab Malik Məlikov tərəfindən təsdiqlənən və İcra məmuru Cəfərov Məqafil Cəfərov tərəfindən tərtib olunan Qobustan Rayon Məhkəməsinə 17.01.2024-cü il tarixdə Cabarov İlqar Ağa oğlunun “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimat.
4. Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev, Məhkəmə - Hüquq Şurasının sədri İnam Kərimov cənablarından hakim Mayılov Samir İlham oğlundan aşağıdakı sualların cavablandırılmasını tələb etmələri xahiş olunur.
5. Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaqa Nəzarət İdarəsinin rəis müavini cənab Fəqan Mahmudovun imzasıyla Qobustan Rayon Prokuroru Səadət xanım Rüstəmovaya ünvanlanan 29.04.2025-ci il tarixli, 2-2-040/2-206330 saylı məktubu.
6. Ədaləti pula satan hakimlərə ithaf olunan “müşavirə otağında satırlar” poetik əsər.
7. Ali Məhkəmənin sədri Ramiz Rzayevə sual: “Niyə Ali Məhkəmədə iki vur iki beş edir?”, “Təzadlar” qəzeti, 27.07.2021-ci il tarixli buraxılışı.
8. “DƏLƏDUZLUĞUN ANATOMİYASI”, “Təzadlar” qəzeti, 2017-ci il tarixli buraxılış.
9. Azərbaycan Respublikası Baş Prokurorluğundan 27.01.2014-cü il tarixli, 01/1109-Ş saylı Baş prokurorun köməkçisi Günay xanım İsmayılovanın imzasıyla Güloğlan Hüseynova göndərilən cavab məktubu.
Cabarov İlqar Ağa oğlunun nümayəndəsi Güloğlan Hüseynov
Tarix: 04.12.2025.