
AÇIQ MƏKTUB
Möhtərəm cənab Sədr!
Məlum edirəm ki, Bakı şəhər Yasamal rayon məhkəməsinin 26.12.2025-ci il tarixli, 3(004)-10110/2025 saylı qərarı ilə oğlum Şamıyev Vəli Asif oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 2 (iki) ay müddətinə inzibati həbs verilmişdir.
Həmin qərardan sonra həbs edilən Şamıyev Vəlinin valideyni kimi zərərçəkmiş Tunar Süleymanovla əlaqə saxladım və inzibati xətanın predmeti olan 1 ədəd “İphone11” markalı mobil telefon aparatı ona təqdim etdim. Lakin Tunar Süleymanov bildirmişdir ki, guya həmin telefon aparatında çat və cızmalar müəyyən edilmişdir. Belə olan halda zərərçəkmişlə belə bir razılıq əldə etdik ki, zərərçəkmişin telefonuna dəyən zərər aradan qaldırılacaq, əvəzində isə o, Şamıyev Vəli Asif oğlunun həbsdən azad edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinə qərardan şikayətlə müraciət edərək onun həbsdən azad ediləcəyini xahiş edəcək.
12.01.2025-ci il tarixdə mən iş yoldaşım Məmmədova Zümrüd Əsgər qızı ilə birgə zərərçəkmiş Tunar Süleymanovla görüşüb Yasamal rayon məhkəməsinin inzibati binasına gəldik. Məhkəmədə biz qəbul şöbəsinə yaxınlaşaraq Şamıyev Vəli Asif oğlu barəsində olan qərarın surətinin bizə verilməsini xahiş etdik. Orada bizim iş üzrə kim olmağımız müəyyən edildikdən sonra qəbul şöbəsində işləyən əməkdaş qərarı gətirib zərərçəkmiş Tunar Süleymanova təqdim etdi. Biz həmin əməkdaşdan xahiş etdik ki, qərarın həmin gün alınması barədə zərərçəkmişə müvafiq sənəd verilsin. Həmin əməkdaş bildirdi ki, bunun üçün hakimin köməkçisi ilə əlaqə saxlamalısınız. Biz hakimin köməkçisinin yanına getdik və bu barədə ona bildirdik. O da həmin vaxt otaqda olan hakim Sevinc Quliyevaya bizim müraciətimizi çatdırdı. Lakin hakim bizim kim olduğumuzu soruşduqdan sonra bildirdi ki, heç bir sənəd verməyəcək. Mən də hakimə bildirdim ki, zərərçəkmişə qərarı versələr də, lakin həmin qərarı nə vaxt alması barədə sənəd verməyiblər. Lakin hakim bu dəfə yenə bildirdi ki, heç bir sənəd verilməyəcək.
Belə olan halda mən bildirdim ki, o halda biz bununla bağlı Məhkəmə-Hüquq Şurasına müraciət edəcəyik. Daha sonra isə biz məhkəmə binasından çıxmaq istədikdə, iki nəfər məhkəmə nəzarətçisi bizə yaxınlaşaraq bildirdi ki, guya biz hakimə qarşı qayda pozuntusuna yol vermişik, bu barədə akt tərtib ediləcək və bizi polis gəlib aparacaq. Bunun hakim tərəfindən qurma olduğunu başa düşərək onlara bildirdik ki, biz hakimə qarşı hansı qayda pozuntusuna yol vermişiksə, video-kameralarda görüntüləri qeydə alınmış olmalıdır, həmin görüntüləri bizə də göstərsinlər. Bu sözlərimizdən sonra məhkəmə nəzarətçilərinin bizə qarşı münasibətləri dəyişdi. Çünki onlar başa düşdülər ki, bizə qarşı olan bu qurma öz təsdiqini tapmayacaq.
Hesab edirəm ki, hakim ondan Məhkəmə - Hüquq Şurasına şikayət edəcəyimizə görə belə qanunsuz addım ataraq məhkəmə nəzarətçilərini bizə psixoloji təsir etməyə təhrik etmişdir.
Qeyd edim ki, həmin gün zərərçəkmişə verrilən qərar da hakimin göstərişi ilə dərhal onlardan alındı. Görünən odur ki, hakim Sevinc Qulyeva özü qaydanı pozduğu halda bizi günahlanmdırmağa çalışmışdır. Belə ki, qərar tərəflərə veriləndə şəxsdən bu barədə qərarın alınması tarixi barədə qəbz alınır. Çünki qərardan şikayət onun tərəflərə verildiyi tarixdən hesablanır. Lakin hakim bu qaydaya əməl etmək istəməmişdir.
Təsadüfi deyildir ki, hazırda internet sauytlarında hakim Sevinc Quliyeva barəsində onu mənfi xarakterizə edən məqalələrə rast gəlinir. Əgər o məqalələrdə yazılanlar həqiqətdsirsə, belə hakimlərin ədalət mühakmiməsini kidarə etməyə haqqı ola biulməz.
Xahiş edirəm, müraciətimdə göstərdiyim faktla bağlı araşdırma aparılsın.
İmza: X.Ə.Quliyeva