Azərbaycan İdeyası

Dördüncü ildir pasport qeydiyyatına alınmayan vətəndaş yeni 2026-cı ildən nə gözləyir?

Tarix:18-12-2025, 15:27
Baxış Sayı:5

Üç ildən artıqdır ki, hələ də Bakı şəhərində müvəqqəti qeyri-müəyyən ünvanlarda yaşayan Şamıyev Vəli Asif oğlu növbəti dəfə Azərbaycan Respublikası Daxili işlər naziri cənab Vilayət Eyvazova ərizə ilə müraciət edib.
Vəli Şamıyev problemini vaxtilə qəzetimizdə ictimailəşdirdiyimizə görə, nazirə yazdığı ərizənin də açıq formada dərc edilməsini xahiş edib.
Ərizədə göstərilir:
Nəzərinizə çatdırıram ki, erməni daşnakları tərəfindən Füzuli rayonun Gecəgözlü kəndindəki evimiz işğal edildikdən sonra məcburi köçkün ailəsi kimi Bakı şəhərində mütəlif ünvanlarda yaşamalı olduq.Təqribən iki ildən sonra valideynlərim – anam Quliyeva Xuraman Əhliman qızı, atam Şamıyev Asif Vəli oğlu öz şəxsi vəsaitləri, eləcə də, yaxın qohumlarımızın verdiyi maliyyə vəsaiti ilə Bakı şəhəri,Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, ev - 28 ünvanında 2 otaqlı mənzil əldə edib, mən və digər ailə üzvlərimlə həmin ünvanda pasport qeydiyyatına alınmaqla 14.02.2022-ci ilədək orada yaşadıq. Dənyalov Elsaldar Şahmərdan oğlunun anama qarşı törtədiyi cinayət əməlləri nəticəsində mülkiyyətimizdə olan həmin ev növbəti dəfə işğala məruz qaldı və nəticədə mən və ailə üzvlərim pasport qeydiyyatından silindik. O vaxtdan bu günədək Bakı şəhərində qeydiyyatsız yaşamaq məcburiyyətində qalmışam ki, nəticədə hazırda mənim mənzil, əmək, sağlamlıq və digər konstitutsion hüquqlarım pozulmaqda davam edir. Bu səbəbdən də, dəfələrlə polis əməkdaşları tərəfindən şəxsiyyət vəsiqəm tələb edildikdə, pasport qeydiyyatımın olmaması səbəbindən saatlarla məni saxlayaraq onların suallarını cavablandırmaq və izahat vermək məcburiyyətində qalıram. Əlavə olaraq onu da nəzərinizə çatdırıram ki, həmin faktla bağlı polis şöbəsinə müraciət edərkən hər dəfə mənə bildirirlər ki, sənədli evi olan yaxın qohumlarından birinin evinə qeydiyyata düşə bilərsən. Təəssüflər olsun ki, heç bir yaxın qohumumun xüsusi mülkiyyətində olan mənzili yoxdur”.
V.Şamıyev ümid edir ki, yetişməkdə olan 2026-cı ili pasport qeydiyyatına düşməklə qeyd edə biləcək.
“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir