Azərbaycan İdeyası

Sayca 30-cu, keyfiyyətcə 1-ci məktəb

Tarix:1-03-2017, 12:59
Baxış Sayı:633

Sayca 30-cu, keyfiyyətcə 1-ci məktəb

Bakı şəhərində fəaliyyət göstərən musiqi məktəbləri sırasında 30 saylı Uşaq Musiqi Məktəbi xüsusilə fərqlənir. Məktəbin nailiyyətlərinin əldə edilməsində əlbəttə ki, kollektivə rəhbərlik edən Məmmədov Yusif müəllimin xidmətləri ölçüyəgəlməzdir.
Məmmədov Yusif Əhməd oğlu 1993-cü ildən 2001-ci ilə kimi Xətai rayonundakı 25 saylı musiqi məktəbində, 2001-ci ildən 2003-cü ilə qədər Respublika İncəsənət Gimnaziyasında, 2003-cü ildən 2008-ci ilədək Bakı Musiqiçilər Birliyində direktor vəzifəsində işləyib. 2016-cı ildən paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsindəki 30 saylı Uşaq Musiqi Məktəbinə rəhbərlik edir.
Yusif müəllimin düşərli idarəçiliyi altında məktəb rayonun digər ümumtəhsil müəssisələri və məktəbəqədər təhsil ocaqları ilə sıx əlaqə saxlayır, həmin məktəblərin şagirdlərinin musiqi məktəbinə cəlb olunması üçün müxtəlif tədbirlər həyata keçirir. Burada keçirilən dərslərin keyfiyyətinin nəticəsidir ki, məktəbin məzunları musiqi təmayüllü ali və orta ixtisas təhsili ocaqlarına qəbul olunurlar. Məktəb keyfiyyətli tədrislə yanaşı, rayon, şəhər və respublika miqyaslı tədbirlərdə yaxından iştirak edir. Məktəbdaxili tədbirlərə də böyük diqqət yetirilir. Belə ki, burda tez-tez açıq dərslər, dinləmələr, mühazirələr, təqvim ilinin müzakirəsi və sair tədbirlər təşkil olunur. Açıq dərslərdə şagirdlərə fərdi yanaşma metodundan daha çox istifadə edilir.
Məktəbdə dahi musiqiçilərin yubiley gecələri də təşkil olunur, korifey bəstəkarların əsərləri şagirdlər tərəfindən uğurla fa edilir. Məktəbdə keçirilən 20 yanvar Ümumxalq matəm gününə, Xocalı faciəsinə, Qadınlar Gününə, Respublika Gününə, Ümummilli lider Heydər Əliyevin anadan olmasının və vəfatına həsr olunmuş tədbirlər də diqqətəlayiq səviyyədə alınır. Məktəbin müəllim kollektivi və şagird kontingenti eyni zamanda respublika Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tədbirlərində də yaxından iştirak edir.
Yusif müəllim onunla çiyin-çiyinə çalışan həmkarlarına dərsi şagirdlərə uyğun aparmağı tövsiyə edir, sinif daxilində müsbət mühitin, əhval-ruhiyənin yaradılmasını təmin etməyi məsləhət görür. Tapşırır ki, şagirdlərin əldə etdikləri nailiyyətləri düzgün qiymətləndirsinlər, valideynləri şagirdlərin nailiyyətləri barədə məlumatlandırsınlar, yoldaşlarından geri qalan və ya onları ötüb keçən şagirdləri, həmçinin, təhsildə xüsusi diqqətə ehtiyacı olan şagirdləri müəyyən edərək dəstəkləsinlər, onlarda özünənəzarət prinsiplərini inkişaf etdirsinlər.
Yusif müəllimin nurlu çöhrəsi, təbəssümlü siması, dərin mənalar ifadə edən gözləri hafizəmizə əbədi həkk oldu. Bu təcrübəli pedaqoq, bacarıqlı rəhbər, qayğıkeş ata, ləyaqətli vətəndaş bütün Azərbaycan müəllimlərini təcəssüm etdirməyə layiq obraz kimi bizi qələmə əl atmağa vadar etdi. Həqiqətən də Yusif müəllimin idarəetmə təcrübəsi yayılmağa, tətbiq etdiyi üsul və vasitələr öyrənilməyə layiqdir və tövsiyə olunmalıdır.
Sayca 30-cu, keyfiyyətcə 1-ci məktəb
Sayca 30-cu, keyfiyyətcə 1-ci məktəb
Sayca 30-cu, keyfiyyətcə 1-ci məktəb
Sayca 30-cu, keyfiyyətcə 1-ci məktəb
Korrupsiya və Qanun

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu tərəfindən Ə R İ Z Ə+FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu tərəfindən Ə R İ Z Ə+FOTO
3 gün ardıcıl iş olmayacaq.
3 gün ardıcıl iş olmayacaq.
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı