Azərbaycan İdeyası

Qəfil yola çıxan at qəzaya səbəb oldu, 3 yaralı (VİDEO - FOTO)

Tarix:9-09-2016, 12:19
Baxış Sayı:357

 Qəfil yola çıxan at qəzaya səbəb oldu, 3 yaralı (VİDEO - FOTO)
Zaqatalada at avtomobil qəzasına səbəb olub. Kanal S (Region TV) xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Aşağı Tala kəndində kənd sakini, 24 yaşlı Həmzəyev Həbibullah Sərdar oğlu idarəetdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən qabağına anidən at çıxıb. Atı vuraraq idarəetməni itirən sürücü, avtomobili yolun kənarındakı tut ağacına çırpıb.

Qəzada at ölüb, sürücü və sərnişinləri - Aşağı Tala kənd sakini, 26 yaşlı Mühüddin Nurəddin oğlu Tahirov və Zaqatala şəhər sakini 25 yaşlı Leyla Nadir qızı Ömərova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar.

Xəsarət alanlardan Mühüddin Tahirov və Leyla Ömərovaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub vəziyyətləri ağırdır. Sürücünün vəziyyəti isəorta-ağır qiymətləndirilir. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı