Azərbaycan İdeyası

Restoranda toydan sonra süfrədə qalan yemək davası - VİDEO

Tarix:16-09-2016, 09:57
Baxış Sayı:418

Restoranda toydan sonra süfrədə qalan yemək davası - VİDEO
Toy sahibləri restoran rəhbərlərindən şikayət edirlər. Onların toydan sonra stolun üzərində qalan yemək və içkiləri aparmağa icazə vermədiklərini deyirlər. İnsanların sözlərinə görə, restoran rəhbərləri bunu bilərəkdən edirlər. Restoran rəhbərləri isə səsləndirilən iddiaları əsassız adlandırırlar.

Bəy və gəlinin ailəsinə toy bitdikdən sonra 7 nəfərlik yemək təqdim etdiklərini, qane olmadıqları təqdirdə isə stoldakıları da aparmağı təklif etdiklərini söyləyirlər. Deyilənlərə görə şirə və içkilərdən başqa köhnə yeməklər süfrəyə düzülmür.

Restoran rəhbərləri deyir ki, toy sahibləri mətbəxə nəzarətçi də təhkim edə bilər. Bir sıra restoran rəhbərləri isə deyir ki, stolda qalan yeməkərin aparılması məsələsi toy danışığı zamanı razılaşdırılmalıdır.

Maraqlısı budur ki, restoran sahibləri qonaq gəlmədikdə belə onun üçün nəzərdə tutulmuş masanın pulunu tələb edirlər. Belə çıxır ki, müştəri bütün qonaqlar üçün verilən qidanın pulunu ödəmiş hesab olunur. Məntiqlə həmin qidaları özü ilə aparmağa ixtiyarı çatır.

Antiintisar Siyasəti və İstehlakçıları Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən isə bildirdilər ki, əslində toy sahibi ilə restoran rəhəbərliyi arasında müqavilə imzalanmalı və bu məsələdə orada əksini tapmalıdır. Bu cür problemlərin əsas səbəbi də məhz ortada hüquqi bir sənədin olmammasıdır.(xezerxeber.com)

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı