Azərbaycan İdeyası

Ramiz Mehdiyevlə Əli Həsənovun vəzifədən azad edilməsinin səbəbi açıqlandı

Tarix:19-11-2020, 15:54
Baxış Sayı:82



Prezident Administrasiyasının sabir rəhbəri Ramiz Mehdiyevin və Prezidentin sabiq köməkçisi Əli Həsənovun Dövlət İdarəçilik Akademiyasında tutduqları vəzifədən (DİA) azad edilməsinin səbəbi açıqlanıb.
Korrupsiya-q.az yenisabah-a istinadən məlumatına görə, DİA-nın mətbuat katibi Yusif Ağayev bildirib ki, bu təhsil müəssisəsində Ramiz Mehdiyev Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri, Əli Həsənov Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri vəzifəsində çalışıb.
Y.Ağayev qeyd edib ki, həmin vəzifələr təyinatlı deyil, seçkili vəzifədir. Buna görə də 5 il müddıtinə həmin vəzifələyə seçilən R.Mehdiyev və Ə. Həsənovun vəzifələrinin tutulması üçün yenidən müsabiqə elan edilib:
"Seçkinin keçirilməsi üçün müəyyən edilən müddətdə həmin şəxslər yenidən seçilmək üçün müraciət etməyiblər. Müsabiqədə iştirak üçün müraciət edən digər şəxslər bu vəzifəyə seçiliblər".
Y. Ağayev bildirib ki, Əli Həsənovun indiyədək tutduğu vəzifəyə Azərbaycanın Gürcüstandakı sabiq səfiri Namiq Əliyev, R. Mehdiyevin indiyədək tutduğu vəzifəyə isə DİA-nın Bələdiyyə, Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmış Rəcəb Rəhimli seçilib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?