Azərbaycan İdeyası

Rəqsanə ilə Təranə arasında qalmaqal: Kaş həbsxanaya düşməyində əlim olaydı

Tarix:8-07-2019, 18:45
Baxış Sayı:183

KORRUPSİYA-Q.AZ
Tanınmış prodüser Təranə Səmədovailə müğənni Rəqsanə İsmayılova “ATV maqazin onlarla” proqramının “Onlarla 3 dəqiqə” rubrikasında söz savaşına çıxıb.

Yenixeber.org: T.Səmədova müxbirin “Hansı ifaçı zövqsüz geyinir?” sualına cavabında Rəqsanənin adını çəkib:

“Mənə görə Rəqsanə. Onunla işləyəndə həsəd aparırdım. Çox zövqsüz idi. Başladı “madalyerlərlə” (məsxərəyə qoyur - red.) işləməyə. Oğurlayırdı, başlayırdı zövqlü geyinməyə”.


Hazırda Moskvada yaşayan R.İsmayılova isə qarşı tərəfin ünvanına sərt ittihamlar səsləndirib. Sənətçi sükan arxasında əyləşərək prodüserə bir dəqiqəlik videomüraciət ünvanlayıb:

“Rayon qızı idim. Rayondan çıxıb gəldim Bakıya. Qoy, mən “madalyer” deyim, bunu ayıb bilmirəm. Mən olduğum məclislərə bu gün camaat həsəd aparır. Dünya modelyerlərindən paltarlar götürürdüm. Sən mənim yanıma gələndə nə gündə geyinirdin? Mənə disk daşıyırdın. Mən nə etmisən? Layihə etmisən? Kaş sənin həbsxanaya düşməyində əlim olaydı. Gərək səni buraxmazdılar, çıxdın, dilin uzandı. Elə etmə ki, başqa şeylər edim.

Başımı aşağı salıb, həyatımı yaşayıram. Səninlə işim yoxdur. Sizə ona görə təşəkkür edirəm ki, məni bezdirdiniz və Azərbaycandan uzaqlaşdım. Gəlib Rusiyada ailə qurdum. Disklərimi ondan ala bilmirdim. Özüm öz diskimi oğurladım səndən”.
[media=https://ok.ru/video/1405720398356?fromTime=1]

Facebook-da paylaş

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı