Azərbaycan İdeyası

Keçmiş gəlin qaynananın mənzilini necə ələ keçirdi, yaxud, nəvə Nihad necə dönüb Niko oldu?

Tarix:Dünən, 12:00
Baxış Sayı:11

Görəsən, Natəvan Aslan qızı 15 nəfər tərkibdəki hakimlərə nə ediblər ki, onlar çox böyük səhvlərə ixtiyarları olmadığı halda mənim əsaslı faktlarımın üstünü riyakarlıqla, qəddarlıqla pərdələyərək mənim 79 yaşında evsiz qalmağıma şərait yaratmışlar!?”
Bakı şəhəri Nərimanov rayonu Dəmirçizadə küçəsi-19 mənzil-2 ünvanda qeydiyyatda olan, Nərimanov rayonu Fəxrəddin Əsədov küçəsi-12 mənzil-70 ünvanda müvəqqəti yaşayan Kərimova Xədicə Gülağa qızı əslini Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Vitse Prezidentinə göndərdiyi şikayətin bir surətini də “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ünvanlayıb. Şikayətçi öz qohumu tərəfindən aldadılaraq əmlakını itirdiyini və Ali Məhkəmənin hakimlərinin bu məsələyə dair çıxardıqları ədalətsiz qərardan şikayətlənib.
Vətəndaş X.Kərimova bildirir ki, Almaniyada təhsil alan nəvəsi Kərimov Nihad Maqsud oğlu 2021-ci ilin sentyabr ayında xahiş edib ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 2995-ci məhəllə, ev 6 ünvanında yerləşən 129 saylı mənzilini müvəqqəti onun adına keçirsin. Məqsədini də açıqlayıb ki, əgər nənəsi bu məsələdə ona köməklik edərsə, o, Almaniyada ikili vətəndaşlıq, həm də ev ala bilər:
“Ağlıma belə gətirmədim ki, nəvəm, oğlumdan boşanan anası ilə birləşərək, mənə “qurma qurub”, fəndgirliklə əmlakımı ələ keçirə bilərlər. Mən Almaniya dövlətinin qanunlarından xəbərsiz olduğum üçün uzaq diyarda işləri düzəlsin deyə, bağışlamadan sonra da sənədlərin özümdə qalacağı, sonra da mənzilimi özümə qaytaracağı vədinə inanıb, nəvəm Nihada bir nənə kimi kömək etmişdim. Nihad məni tanımadığım Notariusa apardı, ancaq ikimiz, heç bir şahidsiz müqavilə bağladıq. Almaniyaya qayıdanda məndə qalacaq evin sənədlərini soruşanda nəvəm Nihad “tərcüməyə vermişəm, yolüstü hazır olsun, götürəcəm” deyə aradan çıxmışdır. Daha sonralar sənədləri nə vaxt qaytaracağını zəng etdirib soruşanda “özüm gəlib həll edəcəm” deyə məni arxayınlaşdırırdı. Mən də inanıb arxayınlıqla gözlədiyim vaxt anası Kərimova Natəvanın gəlib qapımın kilidini qırıb mənzilimə sahiblənməsini eşitdim. Nəvəm Nihada zəng etdirib, anasının özbaşına niyə belə hərəkət etdiyini və evimin özümə qaytarılmasını tələb etdikdə, nəvəm çox soyuq tərzdə: “Anam bilər” - dedi. Mən təkrar tələb etdikdə yenə: “Anam bilər” - dedi. Onda başa düşdüm ki, nəvəmin mənə mehribançılığı ev bağışlanmasını etdirənə qədərmiş. Demə, nəvəm məndən gizli 11.10.2022-ci il tarixdə əmlakımı anası Kərimova Natəvan Aslan qızının adına keçiribmiş. Özü də bağışlamadan sonra Almaniyada 19.09.2022-ci il tarixdən vətəndaşlıq alaraq, öz ad və soyadını bəyənməyib, “Niko Maksimilani Braun” olmuşdur. Uzaq ölkələrdə öz ad və soyadları ilə tanınan gənclərimizin əksinə, Nihadın - Nikonun mənə vurduğu ziyan kimi, xalqına da vuracağı ziyanlar gözləniləndir”.
Xədicə xanım yazır ki, 2023-cü ildə keçmiş gəlini Natəvanın “bu ev daha mənimdir” deyə, yanında gətirdiyi şəxsə qapının kilidini qırdırmasınandan xəbər tutan kimi, dərhal vəkili N.Kantayevlə müqavilə bağlayıb, sənədləri toplayıb, Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər:
“Mənim əsaslı, hərtərəfli, tam və düzgün faktlarım, sübutlarım araşdırılaraq, geniş müzakirələr aparılaraq Sabunçu Rayon Məhkəməsinin hakimi Nilufər Cəfərli 12.07.2023-cü il tarixli və Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinov 07.11.2023-cü il tarixli qətnamələrdə, öz savad və vicdanlarına uyğun hərəkətlə, qarşı tərəfin - nəvəm Kərimov Nihadın və anası Kərimova Natəvan Aslan qızının göz qabağında olan əməllərinin qanunsuz olduğunu aşkarlayaraq, aldadıb əlimdən aldıqları əmlaklarımın özümə qaytarılması haqqında qanuni qətnamələr qəbul etmişdilər.
Mən Sabunçu Rayon Məhkəməsindən başlayaraq Ali Məhkəmələrə Plenuma qədər göndərdiyim yazılı ərizələrimdə, tərəflərin iştirakı ilə keçirilən məhkəmə iclaslarındakı çıxışlarımda, yazılı izahatlarımda təkrar-təkrar bildirmişəm ki, oğlumdan boşanan keçmiş gəlinim - nəvəmin anası Natəvan Aslan qızı nəvəmə olan istəyimdən, etibarımdan sui-istifadə edib, nəvəmlə birləşərək, mənə “qurma qurub” fəndgirliklə yeganə evimi, Azərbaycan xanımına yaraşmayan hərəkətlə ələ keçirməyə nail olublar. Halbuki, Natəvanın mənim evimə ehtiyacı yoxdur. Almaniya dövlətinin qanunlarından xəbərsiz olduğumdan, nəvəmin məni aldadacağını ağlıma belə gətirmədən, uzaq diyarda onun işləri düzəlsin deyə, öz aramızda müvəqqəti, adı görünüş üçün formal bağışlama edərək, sadəcə nəvəmə kömək üçün bu addımı atmışdım. Bunun əsas sübutu da budur ki, nə nəvəm Nihadı, nə də heç kimi, bağışlamadan nə əvvəl, nə də sonra aparıb həmin mənzili göstərməmişəm, açar verməmişəm, nə Nihad, nə də anası bir gün də olsun orada yaşamayıblar, kommunal xərclərini də 1 il 4 ay özüm ödəmişəm. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 2995-ci məhəllə, ev 6, mənzil 129 ünvanında yerləşən, 12/2020-ci il 25 sentyabr tarixində çıxarışını aldığım həmin mənzil 2023-cü il fevral ayının 2-nə kimi özümün ixtiyarında olubdur. Əgər mən nəvəmə mənzilimi daimi bağışlasaydım, hamıya aydındır ki, təntənəli surətdə onu aparıb, bir neçə yaxın qohumlarımın iştirakı ilə evi göstərib, açarı təhvil verməliydim. Bu ən əsas ən vacib məsələ baş verməyibsə, Bakı Apellyasiya Məhkəməsində də sübuta yetirilibsə, onda Ali Məhkəmə hakimləri tərəfindən ən əsas, ən vacib məsələnin üstünü niyə pərdələyib işin nəticəsini lazımsız, aidiyyəti olmayan tərəfə yönləndirilibdir, səhv qərarla Sabunçu Rayon Məhkəməsinin düzgün qərarı ləğv edilibdir? Cavab verilməlidir!”
Nəvəm Kərimov Nihad yalanlarla dolu (23 mart 2023) öz ilkin etiraz ərizəsində belə göstərməyib ki, “Nənəm məni aparıb, bağışladığı mənzili göstərdi, açar verdi”. Heç anası Natəvan və vəkil C.Mehrəliyev də Sabunçu Rayon Məhkəməsi iclaslarının heç birində əsas məsələ - ev göstərmə, açar vermə məsələsinə toxunmayıblar. Bu necə ev bağışlanması olub ki, məhkəmələrdə, "yaşamağa yerim yoxdur” deyə yalançı göz yaşları tökən Natavən 2021-ci ilin avqust ayından 2023-cü ilin 2-ci fevralına kimi oğluna “bağışlanan” evlə maraqlanmadan haradasa gizlənib, o evə yaxın getməyib? Ali Məhkəmə hakimi Zəki Babayev və sonrakı hakimlər bu məsələləri niyə araşdırmadan ədaləti bərpa etmək əvəzinə qarşı tərəfin yalanlarını müdafiə etməklə mənim konstitusion hüquqlarımı kobud şəkildə pozub, xəstə, dərdli səhhətimə ağır mənəvi zərbələr vurmuşlar. Cavabdehlərin vəkili C.Mehrəliyev ev göstərmə, açar vermə məsələsini 12.07.2023-cü il tarixli qətnamədən sonra Apellyasiya Məhkəməsinə göndərdiyi Apellyasiya şikayətində sübutsuz yalanlar uyduraraq, həddini aşaraq, əlavə bəzək-düzək vuraraq, mənə belə bir iftira atmışdır: - “Nənəsi öz mülkiyyətini nəvəsi Nihadın mülkiyyətinə vermiş, aparıb mənzili ona göstərərək demişdir: “Neçə ki, Azərbaycanda yaşamırsan mənzili kirayəyə verəcəm ki, mənzil boş qalmasın, mənzilin kommunal xərclərini də ödəsin” demişdir və heç bir şərt danışılmamışdır”. Vəkil daha sonra ərizəsini belə yekunlaşdırmışdır: “Bundan bir il iyirmi gün sonra, yəni 11.10,2022-ci il tarixdə bacısı və anası Natavən Aslan qızının yaşayış yeri olmadığı üçün həmin mənzili anası Natəvanın mülkiyyətinə vermişdir”. Lakin “savadlı” vəkil Cabir Mehrəliyev kimlərin yanında mənzili göstərməyimi, kirayə söhbətini kimlərin eşitdiyini qeyd etmir, şahidlərin kimliyini göstərmir. Kirayəçi ilə bağlanmış müqaviləni də məhkəməyə təqdim etmir. Onda Ali Məhkəmədə hakim Zəki Babayev məhkəmə iclasında bu yalan-böhtanı niyə araşdırılmayıb? Bəs Nihadın yaşamağa yerləri olmayan anası Natəvanla bacısı Nəzrin 1 il 4 ay harada yaşamışlar? Oğluna bağışlanan mənzil olduğu halda Natəvan necə razı olardı ki, evsiz qalsın, mən də o mənzili kirayə verim? Düşüncəsiz uydurma. Natəvanın Salyanda atası Aslanın öz həyətində ona tikdirdiyi 1 otaqlı evi var. Hazırda da atasının evində anası və qardaşının ailəsi ilə birgə yaşayır. Oğlu Nihad və qızı Nəzrində Almaniyada yaşayırlar və orada işləyirlər. Nihad ona “bağışlanan” mənzili anasının adına məndən xəbərsiz keçirməsəydi belə, anası gəlib həmin evdə yaşaya bilməzdimi? Buradan yenə də açıq-aydın görünür ki, nəvəm Nihad, anası ilə dələduzluq yolu ilə məqsədləri əmlakımı ələ keçirmək olmuşdur. Boş bəhanələrlə hakimləri aldatmağa çalışıblar. Nihad Almaniyada vəkil işləyir, anasına da özü ev ala bilər.
Pedaqoji İnstitutunu bitirən Natəvan Aslan qızı əlinə diplomn alıb bir gün də olsun müəllimə işləməyib. Uzaq ölkələrə gedib, alverçiliklə məşğuldur, dediyinə görə Salyanda paltar dükanı var (Nihadın yalandan dediyi kimi işsiz deyil). Qardaşı Əli Aslan oğlu da öz bacısı Natəvana, oğluna, qızına ərindən boşandığı vaxtdan çox yaxşı münasibəti olubdur. Nəvəm Nihad Amerika Birləşmiş Ştatlarında və Almaniyada təhsil aldığı 7 il müddətində atası Kərimov Maqsud (oğlum) ona 100.000 (bir yüz min) ABŞ dollarından çox, qızı Nəzrinə isə 6019 (altı min on doqquz) manat aliment pulu göndərsə də Natəvan oğlumdan daha çox pul almaq məqsədilə acgözlüklə alıb xərclədiyi (qızına göndərilən) pulları gizlədib, ayrıldıqları beş il ərzində susub, indi oğlumu axtarışa verdirib ki, qızına aliment göndərməyib. Nihada göndərdiyi vəsait azmış kimi, Maqsudun tanımadığı alman vətəndaşı Patriks Braun adlı şəxsə də 1500 (bir min beş yüz) avro pul göndərtmişlər (Bütün göndərilən pulların qəbzləri vardır). Oğlumla ayrılsalar da, mən də onun uşaqlarına yaxşı nənə olmuşam. Babası Xosrovun qızıl qol saatını Nihada, özümün qalın qızıl “tros” boyunbağımı qızı Nəzrinə, Natəvana isə “yaqut” qaşlı qızıl üzük bağışlamışdım. Hələ nəvəmin arzusunu yerinə yetirərək vəkil xalatını da mən ona tikdirib göndərmişəm. Kimlərdənsə nəsə havayı bir şey qoparmağa vərdiş etmiş Natəvan göründüyü kimi əziyyətlə, xərclərlə əldə etdiyim mənzilimi də mənim saflığımdan istifadə edib, mahir bir fəndgirliklə ələ keçiribdir. Vəkil C.Mehrəliyev hələ birinci instansiya məhkəməsindən ciddi-cəhdlə şahidliyini irəli sürsə də, mən Anar adlı şəxsin nə Nihad tərəfindən, nə də Notarius tərəfindən məlumatlandırılmadığımı Sabunçu Rayon Məhkəməsində bildirmişdim. Mən nəvəm Nihadın ilkin etiraz ərizəsində adını göstərmədiyi “Şahidin” dövlət işinin əməkdaşını şahid kimi deyil, Nihadın özünün təqdim etdiyi dostu kimi tanımışdım. Nəvəmlə məni Notariusa aparıb, oradan öz maşınıyla Nihadla qaldığımız evə gətiribdir. Buradan belə bir sual yaranır: “Nəvəm niyə ona bağışlanan evə aparıb, evini dostuna-tanışına göstərmədi?” Bir halda ki, həmin şəxs gizli şahid idi? (imiş) Buradan da ev bağışlamanın formal olduğu öz sübutunu tapır. C.Mehrəliyev Anar adlı şəxsin “şahidliyini” təmin edilməsinə çalışsa da, Anar özü nə Sabunçu Rayon Məhkəməsində keçirilən iclasların heç birində dost kimi də olsa, nə də Apellyasiya Məhkəməsində (07.11.2023) heç vaxt iştirak etməyibdir. Buradan da Sabunçu Rayon Məhkəməsinin 12.07.2023-cü il və Apellyasiya Məhkəməsinin 07.11.2023- cü il tarixli qərarlarının Ali Məhkəmə tərəfindən əsassız olaraq ləğv edilməsi göz qabağındadır. Nəvəm Bakını yaxşı tanımadığını qeyd etsə də, o, Bakını çox yaxşı tanıyır. Məni də bir dəfə ASAN xidmətə, bir dəfə də tanımadığım Notariusa özü aparıbdır. Mən əyləşirdim zalda, nəvəm hansısa otaqlara girib-çıxırdı (deyirdi mamamın burda rəfiqəsi işləyir), pul köçürmək, sənədə imza etmək lazım olanda gəlib məni aparırdı. Bu məsələni biz ikimiz həll etmişik. Nihadın “yanımızda olmayan hansısa sənədin olmadığına görə, həmin gün müqavilə bağlaya bilmədik” - sözlərini anlaya bilmirəm. Ona görə ki, o məni daha Notariusa aparmayıb. Bəs o sənədi necə əldə edib, mənim əvəzimə kim imza edib müqaviləyə? Nəvəm Nihad həmin sənədlərin məndə qalacağına söz versə də “tərcüməyə vermişəm” adı ilə aradan çıxdı. Bütün ərizələrimdə qeyd etdiyim kimi, yeganə əmlakımı nəvəmin uzaq diyarda işləri düzəlsin deyə ona (sonradan özümə qaytaracağı vədi ilə) şərtsiz, öhdəsizlik bağışladığımdan aydın görünür və sübut olunur ki, bu bağışlama adı görünüş üçün formal bağışlama olubdur. Kim buna inanar ki, kimsə kiməsə əvəzsiz əmlak bağışlasın. Bir halda ki, mən özüm ağır xəstəliklərdən daimi müalicələr olunuram. Açıq ürək əməliyyatı keçirdiyimdən ömürlük hər gün dərmanlar qəbul edirəm. Bel yırtığı, mədə xorası, varikoz damar xəstəliyindən əziyyət çəkib, onları müalicə etdirirəm. Bahalı dərmanlara, müalicələrə ehtiyacım olduğu halda, Almaniyada vətəndaşlıq alıb, orada həmişəlik yaşamağa qərar verən nəvəm Nihada niyə heç bir şərt, öhdəlik boynuna qoymadan əmlak bağışlamalıydım?
Nəinki hakimlər, bunu hər kəs bilərdi ki, əmlak bağışlanan şəxs ömrünün axırına kimi əmlak bağışlayanın qulluğunda dayanmalıdır. 79 yaşlı, xəstə təqaüdçü nənəsinin böyük ehtiyaclarını ödəməmək üçün heç bir öhdəlik (şərt) götürməyibsə, deməli, bu da onu sübut edir ki, nəvəm Nihadla aramızdakı “bağışlama” müqaviləsi adı görünüş üçün formal olubdur. Ona görə də Ali Məhkəmə və sonrakı məhkəmələr tərəfindən öhdəlik məsələsinə yönləndirilən səbəb düzgün səbəb deyildir.
Mənim hakimlərin әn əsas məsələ - bağışlamadan nə əvvəl, nə də sonra nəvəm Nihadı və ya heç kimi aparıb, həmin mənzili göstərmədiyimi, açar təhvil vermədiyimi, onlardan heç birinin orada bir gün də olsa yaşamaqlarını, bağışlamadan 1 il sonra ona bağışladığım mənzili dayısı Əli Əliyevə etibarnamə verib Salyanda anası Natəvanın adına məndən gizlin keçirməsini, anası Natəvan Aslan qızının 2 fevral 2023-cü il tarixində bir nəfər şəxslə qapının kilidini özbaşına qırıb mənzilimə sahiblənməsini, həmin mənzilin özümün ixtiyarımda olması, kommunal xərclərin özüm tərəfindən ödənilməsini, təhlil etmək əvəzinə, o əsaslara toxunulmadan, məsələni lazımsız, gərəksiz tərəfə şərtsiz, öhdəliksiz məsələsinə yönəlmələri qanunçuluğu pozmaq deməkdir!!! Həmin hakimlər mənim 79 yaşlı xəstə, dərdli (27 yaşında oğlunu itirmiş) qadının hüququnu beləmi müdafiə etməli idilər? Hər bir hakim öz vəzifəsinə hörmət edib, düzgünlüyü üzə çıxarmağa borcludurlar, daha yalançıları, dələduzları müdafiə etməməlidirlər.
Mən həmin hakimlərin hüquqlarımı pozaraq, bu yaşımda aldadılaraq evimin əlimdən alanları müdafiə edib qanunu pozduqlarına görə, çıxardıqları qərarlara etirazımı və narazılığımı bildirirəm!!! Özüm sağam. Aldadılan şəxsin əmlakı da özünə qaytarılmalıdır. Ali Məhkəmənin Plenumunda keçirilən Məhkəmə iclasında ədalətli və qanuni qərar çıxarılmalı idi. Vicdanı olan hər bir şəxs razı olmaz ki, mənim kimi 79 yaşlı, xəstə, dərdli nənə öz saflığı ucbatından, yalançı nəvə aldığı tərbiyə nəticəsində, nənəsini aldadıb əmlakını anasına bağışlasın. Halbuki, həmin Natəvan oğlumdan boşanmadan nə əvvəl, nə də sonra, mənim yataq xəstəsi olan vaxtlarımda belə heç vaxt mənə qulluq etməyib, kömək etməyibdir. İndi hansı üzlə evimə sahiblənməsi onun kimliyini üzə çıxarmırmı? Etdiyim bütün yaxşılıqların əvəzində nəvəm Nihadın namərdcəsinə mənimlə, atası Maqsudla “gizli düşmənçilik” apardığı da üzə çıxdı. Nəvəmin mənə mehribançılığı, hətta yaltaqlanması da ona tərəfimdən ev bağışlamasını etdirənə qədərmiş. Ev bağışlamadan 3 il ərzində nəvəmlə münasibət qurmağa çalışsam da, Nihad mənə zəng edib halımı soruşmurdu. Üstəlik, Elona adlı bir qadının adından, lakin öz səsi ilə qışqıra-qışqıra məni və bibisi Təranəni: “cahillər, dələduzlar, fırıldaqçılar” – deyə bizim şərəf və ləyaqətimizi alçaldaraq təhqirlər və hədələr etmişdir (diski məhkəməyə təqdim etmişəm).
Nəvəm Nihada ev bağışlamaq fikrim olmayıb. Əvvəla, onun arxasında ona kömək edən atası var. Mən isə evimi 2001-ci ildə 27 yaşında vaxtsız həyatdan gedən oğlum Kərimov Nəcəfin 2 yaşından atasız qalan oğlu nəvəm Kərimov Adilə bağışlamağa borcluyam. Adilin arxasında mən özüm və bibisi Təranə dayanmışıq.
Natəvan Aslan qızı Adilin uğurlarına heç vaxt sevinmirdi, evi Adilə verəcəyimi bilə-bilə, I-ci instansiya məhkəməsində, mənə və qızım Təranəyə belə bir böhtan atmışdır: “Evi geri alıb, Təranənin mülkiyyətinə verəcəkdir”. Halbuki, Natəvan oğlum Maqsuddan boşanmazdan əvvəl ailəlikcə Təranənin bağında, şəhədəki evlərində istirahətlər edirdilər. Təranənin heç kimin malında, mülkündə gözü yoxdur, ali savadlı xanımdır. Hazırda evimin özümə qaytarılana qədər onların əlavə evində yaşayıram.
M.Məmmədovun keçirdiyi məhkəmə iclasında hakimin ona: “nənənlə barışarsanmı” sulına Nihad “yox” cavabını verdi. Ev bağışlamadan sonra (2022-ci il 19.09) mənim köməyim nəticəsində Almaniya vətəndaşlığını almış, öz ad və soyadını bəyənməyib, “Niko Maksimilani Braun” olmuşdur. Nihadın - Nikonun Azərbaycan xalqına xeyir yox, ziyan gətirəcəyi də aydındır. Azərbaycanlılar hansı ölkədə olur-olsun, öz ad və soyadları ilə, xeyirxah işləri ilə tanınır. Nihadın üç xalaları da hələ 17-18 il əvvəl Azərbaycan qaçqınları kimi Fransada yaşayırlar. Azərbaycanda da evləri var. Məkrli, çirkin niyyətinə çatmaqdan ötəri məhkəmələri aldadaraq yaşamağa yeri olmadığını deyən Natəvanın dördüncü bacısının da Bakıda evi var. Natəvanın anası karta baxan falçıdır, aldığı tərbiyə də göz qabağındadır! Natəvan özü pis niyyətli olduğu üçün vəkilləri C.Mehrəliyev və onun özündən betər yalançı davamçısı Rəşad Heydərovun mənə etdiyi iftiraları ona irad tutduqda, “Hələ gör sənin başına nə oyun açacam” deyə cavab aldım. Hazırda Natəvan Aslan qızı indi də Qalib adlı (özünü nüfuzlu bir şəxsin köməkçisi kimi qələmə verən) şəxslə əlbir olub oğlum Maqsudu həbsə saldırmağa çalışırlar. 05.02.2025-ci il tarixində Nərimanov Rayon Məhkəməsində “aliment” məsələsinə dair keçirilən iclasda Natəvan həmin şəxslə birgə gəlmişdi. Arxada səssiz oturmuşdu. Oğlum Maqsudun vəkili məhkəmə iclasında qızı Nəzrinə göndərdiyi alimentin qəbzlərini göstərsə də, Natəvan biabırçılıqla qışqıra-qışqıra oğluma böhtanlar atır, həmin pulları almadığını bildirirdi. Hakimin: “Almadığın o pulların qəbzlərini indi aparıb ala bilərsənmi?” - sualına Natəvan “yox” deyə cavab verdi. Bununla da Natəvanın yalanları üzə çıxdı. Lakin Nərimanov Rayon İcra və Probasiya şöbəsinin məmuru Məhkəmədə Natəvan Aslan qızını telefon vasitəsi ilə dəvət etsə də, o, Salyanda olduğu üçün gələ bilməyəcəyini bildirib. Məmurla 6019-1000-500 manat (cərimə) qalan borcun hissə-hissə ödəməyə razılığa gəliblər. Lakin sonra Qalib deyilən şəxs telefonda mübahisələr edibdir, Natəvan da sözünü dəyişərək, Maqsuddan əl çəkməyəcəklərini bildirib. Belə görünür ki, Azərbaycanda Natəvan kimi kimilər güclü müdafiəçiləri tərəfindən istədikləri qanunsuz hərəkətlərinə nail ola bilərlər.
Hakim Nilufər Cəfərli işə diqqətli yanaşaraq geniş müzakirələr apararaq hər bir məsələyə aydınlıq gətirmişdir. Qarşı tərəfin vəkillərinin şikayətlərdə “qızım Təranənin kimin tərəfindən məlumatlandırılması haqda, habelə mənzilin geri alandan sonra onun adına keçəcəyi barədə” qeyd etdikləri böhtan və uydurma olduğu üzə çıxdı. Vəkil Cabir Mehrəliyevin “qərəzçilik məsələsini ortaya atması”nın absurd fikir olması da məhkəmə baxışı zamanı aydınlaşdırıldı. Əgər mənim onlarla qərəzçiliyim olsaydı, nəvəm Nihada uzaq diyarda işləri istədiyi kimi düzəlsin deyə evimi onun işi həll olunana kimi adına keçirməyə heç vaxt razı olmazdım.
İşə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılan zaman iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmışdır. Yenə mənim tutarlı sübutlarım qarşısında qarşı tərəfin heç bir əsası olmayan uydurmaları səslənirdi. Hakim İkram Şirinovun “açarı sənə kim vermişdi” sualına Natəvan cavab vermişdi ki, “Nihad”. “Onda qapının kilidini niyə qırmısan” sualına Natəvan cavab verə bilməmişdir. “Almaniyada Nihadın evi varmı” sualına Natəvan “hə” cavabı vermişdir. Məhz 2022-ci ildə Nihad Almaniyada vətəndaşlıq və ev aldıqdan sonra ad və soyadını dəyişdirib “Niko Maksimiliani Braun” olmuşdur. Bəs 2022-ci ilə qədər Nihad niyə vətəndaşlıq almamışdır ki?
Apellyasiya Məhkəməsində də aydın oldu ki, nəvəm Nihad Kərimov anası Natəvan Kərimova ilə birləşərək dələduzluq yolu ilə yeganə əmlakım olan evimi ələ keçirmişlər. Buna görə də birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalmışdır. Bu qərardan narazı qalan cavabdehlər Ali Məhkəməyə üz tutmuşlar. Tərəflərinin iştirak etmədiyi Ali Məhkəməyə C.Mehrəliyevin və davamçısı R.Heydərovun göndərdiyi kassasiya şikayətində mənə qarşı dəlilsiz, sübutsuz Nihadın özünün belə ərizəsində göstərmədiyi - ev göstərmə, açar vermə və s. əsası olmayan, sonradan icad olunan yalan uydurmalarla və iftiralarla dolu şikayət ərizəsini verərək Ali Məhkəməni aldatmışdır.
Ali Məhkəmənin hakimi cənab Zəki Babayev mənim real, əsaslı sübutlarıma məhəl qoymadan yalnız qarşı tərəfin həddini aşan vəkillərinin göz qabağında olan yalan uydurmalarına üstünlük verərək aşağı instansiya məhkəməsinin qərarını ləğv edərək işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. Bununla da hakim kobud surətdə mənim hüquqlarımı pozmuş və səhhətimə ağır, mənəvi zərbə vurmuşdur.
Apellyasiya Məhkəməsinin yeni baxışı zamanı hakim Məmməd Məmmədovun açarla bağlı sualına Nihad “açarı özümlə Almaniyaya aparmışdım” deyə cavab vermişdir, “bəs niyə açarı göndərmədin” sualına isə “təyyarə ilə göndərmək çətin idi” deyə cavab vermişdir. Vəkilim N.Kantayevin işlə bağlı konkret suallarına Nihad “xatırlamıram” deyə cavab verməkdən yayınmışdır. Bütün məhkəmə iclasları kamera ilə çəkilibdir.
16.07.2024 və 30.07.2024-cü il tarixdə keçirilən məhkəmə iclaslarında Nihadın və Natəvanın danışdıqları yalanlardan halları pisləşdiyindən hakim Məmməd Məmmədov iclasa fasilə verərək su verdirib onları çölə çıxartmışdır. Bütün bunlara rəğmən Apellyasiya Məhkəməsi Ali Məhkəmənin qərarını pozmağa cürəti çatmadığından, Sabunçu Rayon Məhkəməsinin qətnaməsini ləğv etmişdir. Vəkil C.Mehrəliyevin məhkəmələrdə “vaxt itkisi, kəsici vaxt” deyə qabartdığı məsələ 30.07.2024-cü il tarixdə keçirilən məhkəmədə də hesablanaraq bir illik kəsici müddətin ötürülmədiyi müəyyən edildi. Eyni zamanda hakim M.Məmmədovun keçirdiyi məhkəmə iclasında aydınlaşdırıldı ki: - Natəvanın məhkəmələrdə yalandan göz yaşları tökərək yaşamağa yerim yoxdur desə də, 1 il 4 ay hardasa gizlənərək sonra üzə çıxması onun çirkin niyyətinin real sübutudur. Əgər mən evimi Nihada daimi bağışlamışdımsa, onda yaşamağa evim yoxdur deyən Natəvan niyə birinci gündən oğluna bağışladığım evdə yaşamamışdır? Niyə nəvəmə bağışladığım evə Natəvan evin qapısının kilidini sındıraraq daxil olmuşdur? Həmçinin bağışladığım mənzil mənim deyildirsə, onda 2023-cü ilə qədər mən niyə Nihad və anasının kommunal xərclərini ödəyirdim?
30.07.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında 3 il mənimlə əlaqə saxlamayan və əhvalımı soruşmayan nəvəm Nihad mənə yaxın gəlmədi. Hakim Məmməd Məmmədovun “nənənlə barışarsanmı” sualına nəvəm Nihad “yox” cavabı verdi. Bununla da nəvəmin əsl niyyəti mənə aydın oldu. Deməli, nəvəmin mənə olan istəyi ev bağışlanmasına qədər imiş. Natəvan evimi ələ keçirməkdən ötrü mənə “tələ” quraraq öz çirkin niyyətlərini oğlu Nihad vasitəsilə həyata keçirmişdir.
Bütün bunlara rəğmən Apellyasiya Məhkəməsinin hakimi M.Məmmədov Ali Məhkəmənin qərarını pozmağa cürəti çatmadığından, Sabunçu Rayon və Apellyasya Məhkəməsinin qərarını ləğv etmişdir. Narazı qaldığımdan Bakı Apellyasiya Məhkməsi ilə (hakim M.Məmmədov) 30.07.2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdim və iş Ali Məhkəmənin hakimi Zaur Əliyevin icraatında olubdur. Zaur Əliyev məhkəməni 3 ay müddətinə uzadaraq, əvvəlki Ali Məhkəmənin hakimi Zəki Babayevin və Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədovun səhv qərarlarını təkrarlayaraq heç bir əsaslı səbəb tapmadığı üçün məsələni nəvəm Nihadın boynuna şərt, öhdəlik qoyulmamasına yönləndirmişdir. 9 nəfər hakimdən ibarət keçirilən o məhkəmə iclaslarında heç olmasa birinin insafı, vicdanı dilə gəlmədi ki - mənim bütün ərizələrimdə, izahatlarımda bildirirəm ki: - Özüm ağır xəstəliklərdən müalicələrimin, bahalı dərmanlarım xərclərini nəvəmin boynuna qoymamışam. Səbəbi onun uzaq diyarda işləri düzəlsin deyə məqsədim ona — nəvəmə kömək etmək olmuşdur.
Nəvəm Nihadın, anası Natəvanın və vəkillər C.Mehrəliyevin I instansiya məhkəməsində qaldırdığı məsələ bunlardır: - Evini geri qaytarandan sonra qızının mülkiyyətinə verəcək, guya mən Natəvanla qərəzçilik edirəm, guya 1 il 4 ay “vaxt itkisi” sayılmayılmış, guya heç vaxt məhkəmələrdə iştirak etməyən, nəvəm Nihadın mənə dostu kimi təqdim etdiyi Anar adlı şəxs şahid imiş? Səbəbini göstərməyən şərt və öhdəliyi boynuna götürməyən Nihad?!! Bəs xəstə nənəyə nəvənin köməyi? Qarşı tərəfin qaldırdığı həmin gərəksiz məsələlər, mənim əsaslarım, faktlarım, sübutlarım qarşısında absurd fikirlər idi və mən həmin lazımsız məsələlərə hər bir ərizələrimdə geniş açıqlamalarda aydınlıq gətirmişəm!!! Buradan yenə açıq-aydın görünür ki, 9-10 nəfər Məhkəmə hakimlərinin hesabına, nəvəm Nihad, anası Natəvan qanuni əsasları olmadan əmlakımı əldə etmişlər.
Vəkilim Nurəddin Kantayevin öz adıyla, düzgünlüklə Ali Məhkəməyə göndərdiyimiz 02.09.2024-cü il tarixli Kassasiya şikayətində (hakim Zəki Babayevə) Apellyasiya Məhkəmısinin sədri Mübariz Əkbərova; hakim Məmməd Məmmədova, yenidən Ali Məhkəmənin hakimi Zaur Əliyevə, habelə Ali Məhkəmənin Pleniumuna 25.11.2025-ci il tarixdə, əlavə kassasiya qaydasında şikayətlərində işə lazım olan maddələr - Azərbaycan Respubliasının Mülki Proseessual Məcəlləsinin maddələrinə əsaslanaraq yerli-yerində istifadə etmişdir. Belə çıxır ki, həm vəkilimin, həm aşağı instansiya məhkəmələrinin (Sabunçu və Apellyasiya) hakimlərinin istifadə etdiyi maddələr səhv maddələrdir?!!! Bütün kassasiya şikayətlərimizdə göstərdiyimiz sübutlarımız, sənədlərlə, tarixləri ilə göstərilibdir. Hətta xəstəliklərim barədə sənədlər, qəbzlər də təqdim etmişəm (Plenuma). Bəs qarşı tərəfin hansı tutarlı faktların, sübutların əsasında müdafiə olunurlar?!! Anası ilə birləşərək, nənəsini aldadıb, əmlakını əlindən alan nəvənimi?!!
25.02.2025-ci il tarixli əlavə kassasiya şikayətimizə 05.03.2025-ci il tarixli cavabda (hakim Vüsalə Baxışova) Ali Məhkəmənin Pleniumunda 5 nəfər hakimdən ibarət tərkibdə baxılacağını oxuyanda çox sevinmişdim. Ümid etmişdim ki, nəhayət Plenum hakimləri nahaqdan pozulmuş hüquqlarımı bərpa edib, haqq-ədaləti qanunla həll edəcəklər. Təəssüf ki, 5 nəfər hakimlər də (hakim Vüsalə Baxışova, Kəmaləddin Bədəlov, İsfəndiyar Şəfiyev, Vüqar Həsənov, Elşad Şamayev) insafa gəlib inanımı doğrultmadılar. Plenum hakimlərinin də cürəti, cəsarəti çatmadı ki, haqq-ədaləti bərpa etsinlər!!! Heç bir səbəb əsas göstərilmədən, (heç olmasa tutarlı bir səbəb) Ali Məhkəmənin Mülki Kollegiyasının 23.12.2024-cü il (hakim Zaur Əliyev) tarixli iş № 2(102)-3659/2024 qərarından verdiyimiz kassasiya şikayəti Ali Məhkəmənin Plenumuna göndərilməsindən imtina cavabını 09.04.2025-ci il tarixli cavabda Ali Məhkəmənin Plenumunda baxılacağı məlumatı verilir, 09.04.2025-ci il tarixdə Plenum işinin təşkili sektorunun müdiri Nuranə Nərimanova imtina cavabını göndərir!!! Nəyə əsasən??? Hansı əsasa kassasiya şikayətim Plenuma çıxarıla bilməz? Kassasiya şikayətlərimizdə daha hansı dəlillərim, sübutlarım qaldı göstərilməmiş qalsın??! Cavab verilsin!!! Göndərilən “imtina” cavabı maddələrdən ibarətdir. Həmin sadalanan maddələrdə ancaq mənim sübutlarım, faktlarım yer alıbdır. Bəs qarşı tərəfin hansı əsaslı sübutları niyə imtina cavabında göstərilmir??? 22.04.2025-ci il tarixdə sənədlərlə və vətəndaşların müraciəti ilə iş şöbəsinin müdiri Şahin Qəhrəmanovun qəbulunda oldum. Nəvəmin məni necə aldatmasından, ev bağışlamadan sonra məndən xəbərsiz anasının adına keçirməsindən, 1 il 4 ay sonra anasının məndən xəbərsiz qapının kilidini öz başına qırıb evimə sahiblənməsindən, nəvəmi, nə də başqa heç kimi aparmadığımı, evimi göstərmədiyimi, açarı vermədiyimi, 1 il 4 ay özümün kommunal xərclərini ödədiyimi, onların bir gündə olsun orada yaşamadıqlarını, həmin evin ünvanını belə bilmədiklərini, nəvəmin uzaq diyarda işləri düzəlsin deyə adi, formal bağışlama etdiyimi, nəvəm Nihada ev bağışlamaq fikrim olmadığını, həmin evimi həyatdan gedən oğlumun 2 yaşından atasız (2001-ci il) qalan nəvəm Adilə bağışlayacağımı, o səbəbdən bahalı müalicə xərclərimi Nihadın boynuna qoymadığımı da bütün aydınlığı və faktlarla danışsam da, 15.05.2025-ci il tarixdə yenə gözləmədiyim imtina cavabını da Şahin Qəhrəmanovdan aldım. Əslində həmin qəbul Ali Məhkəmə sədri İnam Kərimov, onun qəbuluna girməkdən ötrü 2-3 dəfə ərizə və teleqram göndərsəm də, sədr özü məni hələ də qəbul etməyibdir!!! Şahin Qəhrəmanov axırda: “Doğrudanmı bağışladığınız mənzilin ünvanını onlar (yəni nəvəm və anası) bilməyiblər?” - deyə soruşanda mən: “O göydəki Allaha and olsun, o getdiyim Həcc, Məşhəd-Kərbəla ziyarətləri haqqı nə nəvəm, nə anası həmin bağışladığım mənzilin ünvanını bilməyiblər” dedim. Daha dinimizə də hörmət qalmayıbmış!! Şahin Qəhrəmanova Plenuma yazdığım ərizəmdə hörmətli Prezidentimiz İlham Əliyevin bu sözlərini xatırlatdım: “Qayda-qanun müdafiəçilərinin hər sahədə öz peşələrinə vicdanla yanaşmalarını Dövlətimiz və hörmətli Prezidentimiz tələb edir”. Bəs niyə hörmətli Prezidentimizin sözlərinə fikir verən olmadı? Qanunla aldanıb, evi əlindən alınan şəxsin əmlakı özünə qaytarılmalıdır. Onda mənim əmlakım niyə özümə qaytarılmır? Və yaxud vəsiyyət edən şəxs istədiyi vaxt vəsiyyətini geri götürə bilər - qanunları kimlərə uyğundur?
Mənim 22.04.2025-ci il tarixli ərizəmi qəbul zamanı təqdim etsəm də, mənə köhnə 09.04.2025-ci il tarixli 13(102)-79-2025 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 424-cü və 426-cı maddələrində nəzərdə tutulmuş əsaslar olmadığından, Ali Məhkəmənin Plenumuna göndərilməsindən imtina edilmişdir (bu cavab gözdən pərdə asmaq, məni başdan etmək deməkdir). Bəs Sabunçu Rayon Məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 217.3-cü, 217.4-cü maddələri, Azərbaycan Respublikasının MPM-in 119, 216, 220, 277, 233-cü maddələri nə deməkdir? Yoxsa səhv maddələrdir??? Bakı Apellyasiya Məhkəməsinin 3; 72, 82, 84.0.1, 93 və 405.0.1- ci maddələri də səhvdir???
Vəkilim N.Kantayev 02.09.2024-cü il tarixdə Ali Məhkəmənin Mülki Kollegiyasına göndərilən kassasiya şikayətindəki MPM-nin 217-ci maddəsi, həmçinin Plenuma göndərilən əlavə kassasiya şikayətindəki Mülki Prosessual Məcəlləsinin 422, 423, 424.2.6, 429.0.3 maddələri nə deməkdir? Bu maddələrə niyə əməl edilmir? Odur ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna göndərdiyim maddələr əsasında baxılaraq, kobudcasına pozulmuş hüquqlarım bərpa olunmaqla MPM-nin 217.3, 217.4 və 216, 220, 227, 233 və 372, 382, 384.0.1 və 405.0.1 və 217-ci həmçinin 422, 423, 424.2.6, 424.2.6, 429.0.3 maddələri diqqətlə, vicdanlı hakimlər tərəfindən araşdırılaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3659/2024-cü il tarixli qərarını ləğv etməklə, işi kassasiya instansiya məhkəməsinə yenidən baxılmağa göndərilməsi barədə qərar qəbul edilməlidir!
Hörmətli Prezidentimiz razı olmaz ki, 79 yaşlı evsiz qadının əmlakı haqsızlıqla əlindən alınsın. Özü m sağam, başqa əmlakım da yoxdur. (Plenum hakimi Vüsalə Baxışovaya ərizəmin əvvəlində göndərdiyim izahatımda niyə bir qadın kimi əhəmiyyət verməməsi böyük haqsızlıqdır!!! Bir məsələni də Ali Məhkəmə hakimləri nəzərdən qaçırmayaydılar: - Cəmiyyətimizdə qanunazidd, etikadan kənar hərəkətləriylə Natəvan Aslan qızı nəvəm Nihadın tərbiyəsini pozduğu üçün cəmiyyətimizə yararsız övlad yetişdirdiyinə görə görə məsuliyyət daşımalıdır. Mən nəvəmin savadıyla fəxr etdiyim üçün ona kömək etmişdim. Ailəmizdə xeyirxahlıq etmək polis orqanlarında işləyən, o vaxt quldurlarla, dələduzlarla mübarizə aparan atam Gözəlov Gülağa, Nərimanov rayonunda tikinti təşkilatlarında 40 il ləyaqətlə işləyən həyat yoldaşım Kərimov Xosrovdan keçmişdir. İlk növbədə Allahımızla, dinimizdə kömək etmək müqəddəs iş sayılır. Həmin 15 nəfər Ali Məhkəmə hakimləri isə mənim nəvəmə köməyimi qiymətləndirmək əvəzinə açıq-aydın dələduzları müdafiə ediblər. Görəsən, Natəvan Aslan qızı 15 nəfər tərkibdəki hakimlərə nə ediblər ki, onlar çox böyük səhvlərə ixtiyarları olmadığı halda mənim əsaslı faktlarımın üstünü riyakarlıqla, qəddarlıqla pərdələyərək mənim 79 yaşında evsiz qalmağıma şərait yaratmışlar!?”
Xədicə Kərimova ümid edir ki, şikayəti mətbuatda ictimailəşdiriləndən sonra onun pozulmuş hüquqlarının bərpası üçün ona köməklik göstəriləcək. İnanır ki, möhtərəm Prezident AR Ali Məhkəmənin Plenumunda əlavə kassasiya şikayətinə yenidən baxılması üçün müvafiq göstəriş verəcəkdir:
Hüquqlarımı pozaraq, əsaslı, hərtərəfli, tam və düzgün faktlarımın, sübutlarımın üstünü pərdələyərək, qarşı tərəfin (nəvəm və anasının) qanunazidd hərəkətlərini gizlədərək, Ali Məhkəmənin hakimləri Zəki Babayevin və Zaur Əliyevin əleyhimə çıxardıqları səhv və qanunsuz qərarlarından narazı qalıb vəkilimlə Ali Məhkəmənin Kollegiyasına, Prezidentə, Birinci Vitse-Prezidentə (həm də 20 iyun 2025-ci il tarixdə), Sənan Hacıyevə (11.10.2024-cü il qəbulunda olmuşam), Ali Məhkəmənin sədri İnam Kərimova ərizələr göndərmişəm. Bunlardan əlavə, respublikanın bütün dövlət strukturlarına ərizələr göndərmişəm. Ali Məhkəmədən isə işə vicdanla yanaşmaq əvəzinə buy cavabları almışdım: “...Ali Məhkəmədə baxılmışdır. Sizə 2024-cü il 23 dekabr tarixli iş № 2(102)-3659/2024 nömrəli işə 416-cı maddə ilə baxılaraq məlumat veriləcək”.
Nəhayət, 05 mart 2025-ci il il tarixdə vəkilimlə 25.02.2025-ci il tarixdə Ali Məhkəmənin Plenumuna göndərdiyimiz kassasiya şikayətimizə hakim Vüsalə Baxışova – cavabdehlər Kərimova Natəvan Aslan qızına və Kərimov Nihad Maqsud oğluna qarşı “müqavilənin etibarsızlığı və çıxarışın ləğvi” tələbimə dair iddiama – 23 dekabr 2024-cü il tarixli iş № 2(102) – 3659/2024 saylı qərarın ləğvinə verdiyim şikayətimə 5 nəfər hakimdən ibarət tərkibdə baxılacağını bildirəndə mən çox sevinmişdim. Haqqın-ədalətin öz yerini vicdanlı hakimlər tərəfindən tapacağına ümid etmişdim. 09 aprel 2025-ci il tarixdə Plenum işinin təşkili sektorunun müdiri imtina cavabını mənə göndərəndə çox sarsıntı keçirdiyimdən, onsuz da ağır xəstəliklərdən əziyyətlər çəkən səhhətimdə çox pisləşmələr oldu. “Madeyra” və “Ege” hospitallarda müalicələr alsam da, nəticəsi yoxdur.İmtinadan sonra məni Şahin Qəhrəmanov 22 aprel 2025-ci il tarixdə qəbul etsə də, 09 aprel 2025-ci il tarixdə cavab verdi.
Hakim Vüsalə Baxışovanın 5 nəfər tərkibdə hakimlərlə MPM-nin 424 və 426-cı maddələrini rəhbər tutaraq, mənə imtina cavabı göndərməsinə vəkilimin tərtib edib Azərbaycan Respublikası Vitse-Prezidentinə və Ali Məhkəmənin sədri İnam Kərimovun birgə adlarına 26 may 2025-ci il tarixli ərizəmdə qeyd edilir: - Ali Məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmək istəyirəm ki, əlavə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasına istinad etməmişik, şikayətimiz AR MPM-nin 424-cü maddəsində nəzərdə tutulmuş əsasa istinad edilməklə əsaslandırılmışdır. Hesab edirəm ki, Ali Məhkəmənin qeyd edilən əsasla bağlı gəldiyi fərqli mövqeyi anlaşılmır, gəldiyi nəticə yolverilməzdir.
Bütün bu sübutlara, möhtərəm Prezidentimizə göndərdiyim ərizəmə belə əhəmiyyət vermədən, qarşı tərəfin heç olmasa, bir dənə qanuni – mənə qarşı hərəkətlərini üzə çıxarmalarını dəfələrlə tələb etsəm də, riyakarlıqlarına davam edib mənə imtina cavabı göndərirlər
Hörmətli Vitse-Prezidentimiz Mehriban xanım Əliyevaya da 30.032026-cı və 07.04.2026-cı il tarixdə göndərdiyim eyni məzmunlu ərizələrim hazırda Məhkəmə-Hüquq Şurasında baxılacaqdır. İnanıram və ümid edirəm ki, vicdanlı hakimlərin sayəsində kökündən araşdırmalar aparılaraq yenidən pozulmuş hüququm bərpa ediləcəkdir”.
Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Şuşada indiyədək bərpa olunan tarixi və dini abidələrin SAYI AÇIQLANDI
Şuşada indiyədək bərpa olunan tarixi və dini abidələrin SAYI AÇIQLANDI
Xankəndi şəhərinin baş planı hazırlanır
Xankəndi şəhərinin baş planı hazırlanır
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
"Real Madrid"də bir dövrün sonu: Əfsanəvi kapitan komanda ilə vidalaşır
"Real Madrid"də bir dövrün sonu: Əfsanəvi kapitan komanda ilə vidalaşır
Zimbabvenin vitse-prezidenti: "WUF-un inkişafı və siyasi iradənin gücləndirilməsi vacibdir"
Zimbabvenin vitse-prezidenti: "WUF-un inkişafı və siyasi iradənin gücləndirilməsi vacibdir"
"Sabah" "Lill"dən daha bir gənc futbolçunu transfer edir
"Sabah" "Lill"dən daha bir gənc futbolçunu transfer edir
Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək