Azərbaycan İdeyası

BAYRAQLARI BAYRAQ YAPAN ÜSTÜNDƏKI QANDIR, TORPAQ, UĞRUNDA ÖLƏN VARSA, VƏTƏNDIR! VƏTƏN. NƏDIR VƏTƏN? NIYƏ SEVMƏLIYIK VƏTƏNI?

Tarix:19-11-2020, 11:29
Baxış Sayı:1 041

Nədir bu məfhum? Vətən doğulub böyüdüyümüz, üzərində yaşadığımız, lazım gələndə uğrunda canımızı verəcəyimiz torpaq bütünüdür. Diqqət edək: "uğrunda canımızı verəcəyimiz”. Yəni bir torpaq parçası üçün can fəda edilirsə, o torpaq Vətəndir. Şairin dediyi kimi: Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir. Bu uğurda canından keçmək isə Vətən sevgisinə sahiblikdən doğur. Bəs Vətən sevgisi nədir? Üzərində həyat sürdüyümüz bu torpaq üçün lazım gələndə həyatını, sahib olduğu hər şeyi Vətən yolunda düşünmədən fəda edə bilmək duyğusunun təcəssümüdür Vətən sevgisi. Vətən sevgisi ən uca, əsl sevgidir. Məqamı gəlincə Vətən üçün döyüşmək də Vətən sevgisinin bir təzahürüdür. Unutmamalıyıq ki, biz Vətən uğrunda qanlarıyla dastanlar yazanların, şəhidlər verən bir millətin övladlarıyıq. Hər bir insanın qəlb evində ana kimi müqəddəs, ülvi və şirin bir hiss yaşayır. Bu, vətənə olan sevgi hissi doğma torpaqa olan məhəbbət duyğusudur. Deyirlərki insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır Vətən eşqi Vətən sevgisi. Bəli, hər bir kəs dünyaya gözünü açdığı ilk anda onu həyata gətirən qadın ananı görürsə, ilk qədəmlərini Vətən torpağında atır və atdıqcada Vətən sevgisinin, yurd eşqinin hərarətini daha dərindən hiss etmiş olur. Günlər aylar bir –birini əvəz etdikcə, həyatı dərindən duyduqca bu sevgi daha da şirinləşir, əbədiləşir və insan daha qırılmaz tellərlə öz elinə obasına bağlanır.
Azərbaycan ola bilmək, haqq yolunda qalib gəlmək,tökülən qanların qisasını almaq üçün Azərbaycan xalqı yumruq kimi olduğunu bir daha dünyaya sübut etdi. Vətən torpağı bizə Allah tərəfindən verilmiş əcdadlarımız,ulu babalarımız tərəfindən qorunaraq bizlərə gəlib çatmışdır.Bizimdə bu vətəni qorumaq boynumuzun borcudur.Torpaqlarımızın bütövlüyü, Dövlətimizin müstəqilliyi uğrunda canlarından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin.
Bəli, Torpaq-uğrunda ölən varsa Vətəndir!Şəhidlər Xiyabanında uyuyan ,bu gün Azərbaycanın bütün bölgələrində dəfn olunan igidlərimiz ölümü ilə ölümsüzlüyə qovuşanlar bu deyimi daha parlaq şəkildə sübuta yetirdilər.Vətən anadır və bu ananın xoş günü naminə canını qurban verənlər ən xöşbəxt insanlardır.
Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar.
Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik! Vətənpərvər olan şəxs Vətənini sevən, ona sadiq, torpağına, millətinə bağlı olan, bütün mənəvi sərvətlərə malik hərtərəfli şəxsdir.
Axı Vətən təkcə yurd deyil. Vətən mənəm, Vətən sənsən, Vətən bizik. Vətənin dünəninə, bu gününə, sabahına hamımız cavabdeh olmalıyıq. Vətənpərvər, Vətənini, yurdunu sevən, dövlət atributlarına hörmətlə yanaşan, onu qoruyan, hər vaxt üçrəngli bayrağını uca tutan cəsur oğullar millətin qürur mənbəyidir.
O insan vətənpərvərdir ki, doğma Vətənini müdafiə etsin, mədəniyyətinin, adət-ənənələrinin qorunmasının cəfakeşi olsun, bayrağını uca tutsun.
Biz Vətənə borcumuzu bu gün gələcəyin zabiti olan kursantlarımıza dərin bilik verməklə də olsa qismən yerinə yetiririk. Onlar isə öz növbələrində Azərbaycan Ordusunda nümunəvi xidmət etməklə, işğal olunmuş torpaqlarımızı azad etməklə öz ali məqsədlərinə çatacaqlar. Bu yolda addımlamaq bizim üçün şərəfli iş, vətəndaşlıq borcudur. Vətən bizdən bu gün hünər və rəşadət gözləyir...

Elşən Aydinoğlu

KORRUPSİYA-Q.AZ [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO