Azərbaycan İdeyası

“Manato” Azad Şuşanı işğal edir

Tarix:Bu gün, 17:17
Baxış Sayı:3

Xankəndi rayonu, Kosalar kəndində qeydiyyatda olan, Şuşa şəhəri, V.Cəfərov küçəsi, ev 30, mənzil 33 ünvanda yaşayan Ağaməmmədova Kəmalə Əhməd qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək maliyyə fırıldaqçılığına məruz qaldığını bildirmişdir.
Şikayətçi yazır ki, 2025-ci ilin əvvəlində “Manato.az” saytına müraciət edərək 250 AZN pul vəsaiti kredit götürüb. Həmin pula görə ayda 200-300 AZN ödəyərək 1050 AZN-ə gəlib çıxmışdır. Sonra ona sms bildirişi gəlib ki, hər ay 1000 AZN-ə görə 400 AZN faiz ödəməlidir. Həmin vəsaiti ödəməyə gücü çatmadığı üçün vəsaiti 2000 manata qaldırıblar. Onun bu pulu ödəməyə gücü çatmır. Çünki heç yerdə işləmir, 5 tələbə, 3 şagird oxudur. Odur ki, problemin mediada ictimailəşdirilməsini və dövlət orqanlarına çatdırılmasını redaksiyadan xahiş edir.
K.Ağaməmmədovaya gələn mesajdan bəlli olur ki, Manato.az üzrə borcunun tələb hüququ “ALLALLFinance” MMC-yə ötürülüb. Lombard xidmətləri və maliyyə lizinqi ilə məşğul olan MMC isə borcun dərhal, təcili surətdə ödənilməyəcəyi təqdirdə onu məcburi icra tədbirlərinin tətbiq olunacağı ilə təhdid edir – “bank hesablarınız bloklanacaq, əmlakınız müsadirə olunacaq, gəlirlərinizdən tutulma aparılacaq, AR Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən məsuliyyət tətbiq olunacaq!!!”
Göründüyü kimi, “Manato” və tərəf müqabili olan MMC məhkəmənin səlahiyyətlərini mənimsəyərək, vətəndaşa hədə-qorxu gəlmişlər. Olmaya, Azad Şuşadan bir mənzil işğal etmək istəyirlər?
Son illər “Azpulmat” və “Manato” kimi bank olmayan kredit təşkilatlarına (BOKT) üz tutan insanların sayı artıb. Bu kimi təşkilatların kredit faizləri və şərtləri zaman-zaman vətəndaşlar tərəfindən etirazla qarşılanırdı. Ödənişlərin qaytarılmasında ciddi problemlər yaranırdı.
Artıq məsələyə ciddi nəzarət olunduğu və bank olmayan kredit təşkilatlarının fəaliyyəti “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası” əsasında təşkil olunacağı deyilir.
Daha “Azpulmat” və “Manato” kimi bank olmayan kredit təşkilatları ən çox 500 manat kredit verə bilirlər və gündəlik faiz dərəcəsi maksimum 0,3 faiz ola bilər. Yəni 500 manat kredit üçün aylıq 45 manat faiz hesabalana bilər, çox yox. Borcun qaytarılma müddəti də 45 gündür.
Ən problemli məsələlərdən biri isə gecikdirilmiş borclarla bağlı idi. Bu məsələdə öz həlini tapıb. Gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır. Gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır. Kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100%-dən çox olmamalıdır.
Görünür, “Manato” vətəndaş Ağaməmmədovaya münasibətdə bu qaydalara özü riayət etmədiyindən, onu kommersiya məhkəməsinə verməyə tələsmir. Çünki məhkəmə mühasibatlıq ekspertizası keçirildikdən sonra müəyyən oluna bilər ki, hesablamada yanlışlıq var, həmin hesablama məhkəməyə təqdim olunacaqdır. Eyni zamanda məhkəmələrin dəbbə hesablamalarını silmək kimi bir ixtiyarları var. Məhkəmələr bu hüquqdan və vəzifələrindən yetərincə istifadə etməklə əsas məbləğ üzrə hesablanmış faizlərdən əlavə cərimə faizlərini silmək səlahiyyətinə də malikdir.
Baş redaktor: X.Ə.Quliyeva

OXŞAR XƏBƏRLƏR
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
“Manato” Azad Şuşanı işğal edir
“Manato” Azad Şuşanı işğal edir
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Möhtəşəm qayıdış
Möhtəşəm qayıdış
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın  mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!