Jurnalistin yaydığı hansı xəbərə ictimai maraq var? Bu zaman hüquqçu nəyi bilməldir?
Hörmətli oxucu! Bu mövzunu qələmə almağımın səbəbi günün və zamanın tələbi olaraq media işçilərinin jurnalistlərin görüb və eşitdikləri materialları cəmiyyətə ötürülməsi və o materiallardan xalqın, cəmiyyəti fayda görməsinə nəzər salacağam. Çoxillik jurnalist fəaliyyətimə əsaslanaraq, çaışacam ki, hansı xəbərlərə insanlara ictimai maraq var? Və indiki Azərbaycan reallıqlarında nəyi bilmək istəyirlər?
Yuxarıda göstərdiyim bu sualların cavabını jurnalistlər qədər də hquqçular də önəmli olmalıdır. Məhz yazımın əsas sualı budur: Jurnalist aldığı xəbəri, bilgini açıqlaması, topluma, cəmiyyətə fayda verəcəkmi? Yoxsa, jurnalistin yaydığı yalnış davranışı həmin topluma, cəmiyyətə ziyan vuracaq.
Məhz bütün bunlara görə media işçilər, jurnalistlər ona ötürülən və qarşısına çıxan hər bir detalı – ayrıntını mahiyyətinə görə dəyərləndirməlidir. Yalnış qərar verən jurnalist, ən azı, çaıəşdığı media qurumuna, amma hüquqçu isə bütünlükdə cəmiyyətə ziyan vurur. Hüquqçu bilməlidir ki, peşəakçar jurnalist qərarını fərfi şəkildə vermir. Və həmişə özündən yuxarıya üz tutr. Burada söhbət redaktordan ya da o qurumun ən yüksək vəzifəli şəxsindən gedir. Amma bütün hallarda ictimai marağı müəyyənləşdirmək üçün jurnalistlərin yararlandığı üsullar hüquqçulardan ötrü də faydalı ola bilər.
Indi yuxarıdakı sualımıza cavab verək: Görək cəmiyyətdə hansı xəbərə ictimai maraq var? Jurnalistin önə gətirdiyi bəzi məsələrin ictimai maraq daşıyıb – daşımaması mübahisə yaratmır. Amma bəzi məsələlərdə iş sanki düyünə düşür, özəlliklə özəl yaşamaaid məsələrdə. Ictimai maraqla ictimaiyyət üzvülərini maraqlandıran məsələlər ayrı-ayrı anlayışdır. Və bunları qarışıq salmaq nə peşəkar jurnalistə, nə də hüquqçuya yaraşar. Ictimaiyyətin nə də isə maraqlı olması faktının bu məsələni ictimai önəm daşıması ilə heç bir əlaqəsi, bağlantısı yoxdur.
Öncə nəzərə almaqlazımdır ki, ictimai maraq, güvənli və sağlam cəmiyyətdə olur. Məhzdemokratik ölkələrin jurnalistikası elə cəmiyyətlərdə mərkəzi rol oynayır. Və insanlara demokratik proseslərə qatılmaq üçün gərəkli bilgilər verir. əgər jurnalustlər işlərini vicdanla yaxşı görürlərsə, demək, hökümət də digər qurumlardan hesabat tələb edirlər. Məhz buna görə də ölkə prezidenti cənab İlham Əliyev ölkəmizdə jurnalistikaya və jurnalislərə böyük önəm verərək deyir ki, mən ən isti məlumatları jurnalistlərdən alıram. (əlimin altında onlarla qurumlar olduğu halda) onlar mənim ən yaxın dostlarımdır.
Elə bunun üçün də jurnalistlərin üstünə çox ciddi məsuliyyət düşür. Beləliklə, bütün ciddi jurnalistikanın diqqət hədəfində ictimaiyyətə xidmət etmək etikası durur. Ictimai xidmət göstərmək üçün jurnalistlər etik davranmalıdırlar. Onlar peşəkar və etik davranmaqla auditoriyalarının inamını qazanmalı və bu inamını qorumalıdır. Ancaq işdə elə olur ki, zaman və məkan dəyişir. Önəmli bir movzunu ictimaiyyətin diqqətinə yetirərkən bəlli standartladan, yaxşı təcrübədən sapmalı olursan. Bax o halda jurnalist “ictimai maraq testi”ni düzgün tətbiq etməlidir.
Onda aydınlaşdıraq, görək “ictimai maraq testi” nədir? Məsələn adi hallarda jurnalistlər özlərinin kimliyini, peşəsini açıb bildirməli, vicdanla davranmalı
çalışdığı media qurumunun da adını söyləməlidir. Başqalarından doğru-dürüst və bir başa cavab istəyirsənsə özün də onlar kimi davranmalısan .
Məsələn: - Tutalım, hökümət tullantıları gecə çağı atmağı yasaqlayan qanun çıxarıb. (“gecə vaxtı zibil atmaq yasaqdır” şəkilində). Bunun səbəblərini bilmək, məmulardan belə bir qanunun qəbulunu şərtləndirən arqumentləri öyrənmək jurnalistin borcudur. Onun görə biləcəyi, eləcə də mütləq görməli olduğu başqa bir iş də var: - Sözügedən qanun barədə sadə vətəndaşların fikrini soruşmaq. Soruşulacaq ki, onıarı həmin qanunla bağlı çətinliklərlə üzləşiblərmi? Dəqiqləşdirəcək ki, çoxunun rəyini aydınlaşdırıb üzə çıxara bilibmi? İnsanlar adlarını qəzet səhifələrinə düşə biəlcəyini öyrənənədən sonra da düşüncələrini dilə gətirməyə razılıq verirlərmi? Sıradan insanların fikri materialın ən önəmli hissəsi ols bilər. Belə materialın hansı ictimai maraq doğuracağını təsəvvür etmək elə də çətin deyil. Üstəlik, buna bənzər movzuları işıqlandırarkən jurnalistin öz kimliyini, peşəsini açıb bildirməsi vicdanlı davranış, çalışdığı media qurumunun adını söyləməsi toplum (cəmiyyət) üzvlərinin həmin jurnslistə, həm də media qurumuna inamını artırır.
Hüquqçuların diqqətinə onu da çatdırmaq lazımdır ki, jurnalistlər bəzən başqa cildə də girirlər. Bəzən iş elə gətirir ki, jurnalist ağır cinayətlərin üstünü açmaq üçün gizli işləməyə məcbur olur. Bu da hüququq baxımdan götürəndə bötövlükdə istifadəsi arzuolunmaz haldır, çünki, yalana əl atırsan. Ancaq bənzər davranış ağır cinayət əməlin son qoymaqla nəticələnirsə və ədalət bərpa olunaursa, belə hərəkəti daha geniş ictimai maraq əsaslandırmaq müçkündür. Hələ o vaxt V.İ.Lenin deyirdi ki, bəzən qanunun ötüb keçmək də olar. Belə örnək özəlliklə hüquqçular üçün maraqlıdır, çünki, jurnalist qanunazidd üsullardan yararlanıb.
Hüquqçular bilməlidirlər ki, başqa cildə girib jurnalist araşdırması aparmaq peşəkar jurnalistika fəndlərindən biridir. Tarixə nəzər salsaq araşdırma jurnalistikasının qaranquşlarından sayılan Günter Valraf (ünlü Alman jurnalisti) AFRE-dəki tikintilərdən birində qeyri-leqal emiqrant (mühacir) kimi çalışandan sonra, 1985-ci ildə “Lap Dibdə” kitabını yazıb. Daha öncə “Sarı media” örnəyi olan “Bult! Qəzetində işləməsi ona həmin qəzetdə tez-tez istifadə edilən faktların təhrifi üsullarını açıb-ağartmaq imkanı yartamışdır. O, saxta kimliklərdən şəxsiyyət vəsiqələrindən yararlanmaqla qanunu pozmuşdur. Amma həqiqəti bilmək üçün onun başqa yolu qalmamışdır. Və yalnız bu yolla baş verən cinayət olatylarının pərdəarxasını öyrənmək olardı.
Maraqlıldır ki, bu əməlinə görə ona qarşı xeyli sayda məhkəmə iddası qaldırılsa da, çəkişmələrin heç birində Günter Valraf suçlu bilinməmişdir.
Yenə də buradan belə sual doğur “Jurnalist” etikasını qanunlar tənzimləyə bilərmi? Uzun illik həyat təcrübəm mənə imkan verir, bu suala cavab verim ki, yox. Gəlin bunu əyani suallarla nəzərdən keçirək.
Təsəvvür edin ki, dərzinin paltarı hansı parçadan nə biçimdə necə və nə vaxta tikilməsini qanunla müəyyənləşdirisən. Zövq-yaş-cins –mədəniyyət və.s.fərqləri həmin qanunda necə tənzimləmək mümkün olar? Bu qanun insanların geyim standartlarını necə əhatə edə, yaramış mübahisələrə hansı çözüm yolları nəzərdə tuta bilər? Axı bəsit, ancaq müdrük deyimə görə “qanun insanları xoşbəxt etməyi deyil, onları bədbəxtlikdən qorumağı hədəfləyir”. Bilərəkdən aldatmaq, kələk gəlmək, şəxsi mənfəət güdmək, bütün cəmiyyətin üzərinə götürdüyü öhdəliklərə, toplumun dəyərlərinə xəyanət etmək qanunla cəzalana bilər. Amma dərzinin (üstəlik fəaliyyəti üçün rəsmi sənədi və yetgisi olan dərzinin) peşəkarlıq dərəcəsi yox. Bunu yalnız digər dərzilər müəyyənləşdirə və öz peşə şərəflərini qorumaq üçün cəmiyyətə mesaj verə bilər. Əks halda nə modelyerlər və yeni dəblər yetişər nə təzə tərkibli, təzə naxış, nə boyalı parçalar yoxunar, nə də adlı-sanlı geyim firmaları və.s. yaranır. Məhz jurnalist fəaliyyəti və peşəsi də belədir.
Qanun və söz media azadlığının sərhədlərini-çərçivəsini müəyyənləşdirir, və cəmiyyətin inkişaf fəlsəfəsinə uyğun olaraq “olmaz”ları bildirir. Bütün digər incəliklər “peşəiçi” qanunla – müxtəlif durumlarda davranış qaydaları ilə tənzimlənir. Yəni, sözügedən halda cəmiyyətin birkəsimi-jurnalistlər öz ictimai borclarını gerçəkləşdirəcəkləri barədə ortaq məxrəcə gəlir və nədə razılaşdırdıqlarını bütövlükdə cəmiyyətə açıqlayır. Demək məcburi deyil, könüllü qaydalardan oluşsa da jurnalist etikası da qanundur, ancaq bütün cəmiyyət deyil, ictimai önəmli məlumatı toplayan, onu “hazır məhsul”a çevirən və yayanlar üçün qanundur.
Bu qaydalara əməl etməyənləri istər öz peşə prinsplərinə sadiq, jurnalistlər, istərsə ictimai önəmli azad məlumat axınına tələbatı olan “yəni cəmiyyət” cəzalandırır (biri öz sıralarından uzaqlaşıdırır, digəri onun məhsulunu almır).
Qələmə aldı: Xuraman Əhlimanqızı