Bakı Apellyasiya Məhkəməsinin 02.09.2024-cü il tarixli, 2-1(103)-3644/2024 saylı inzibati işi icraata qəbul edən hakim Aytən Oruczadənin diqqətinə
“Korrupsiya və Qanun”ictimai-siyasi hüquq qəzetinin hüquqşünası Hüseynov Güloğlan Pəli oğlu tərəfindən
Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin bir qrup hakimləri tərəfindən vətəndaşların konstitusion mülkiyyət hüquqlarına qarşı törədilən xüsusi ağır cinayət faktları barədə
M Ə L U M A T!
Hörmətli Aytən xanım!
Yuxarıda qeyd edilən inzibati iş üzrə 18.09.2024-cü il tarixində keçirilən məhkəmə iclasında iddiaçı Hüseynov Elməddin İmamət oğlunun səlahiyyətli nümayəndəsi kimi iştirak edərkən Sizə müvafiq sənəd təqdim edərkən mənə irad tutaraq, axırıncı cərgədə oturmağımı və əgər, üçüncü dəfə danışacağım halda barəmdə 3 sutka müddərinə həbs qətimkan tədbiri seçəcəyinizi proses iştirakçılarına bildirdiniz. İstər məhkəmə iclasında, istərsə də ictimai davranış qaydalarına hörmətlə yanaşıb, əməl etməyin vacibliyini dərk edən hüquqşünas kimi, Sizin iradınızı qəbul edib, oturacaqların arxa sırasında əyləşdim və susdum.
Əmin ola bilərsiniz ki, mən Sizin tərəfinizdən iş üzrə keçirilən məhkəmə iclasında növbəti dəfə danışacağım, müdaxilə edəcəyim halda iradınızı qəbul etməyim, məni 3 sutka həbs edəcəyinizdən yarana biləcək qorxuyla qətiyyən əlaqədar deyil! Mən iclas zalında işıtirak edərkən Sizin mənə ünvanladığnız yuxarıda qeyd etdiyim iradınız məni aşağıdakılara suallara cavab axtarmağa təhrik edərək, düşündürməyə məcbur etdi: -
1. Aytən xanım, 18.09.2024-cü ildə iş üzrə keçirilən məhkəmə iclasında Sizdən sağda hakim statusunda Sizə köməklik edən Yusifov Cahangir Afər oğlunun vətəndaşların dövlət adından saxta, ədalətsiz qətnamə, qərar, qarardadlar qəbul etməklə onların mülkiyyət hüquqlarına qəsd edərək törətdiyi xüsusi ağır cinayət əməlləri barədə ölkə mətbuatında dəfələrlə materiallar dərc olunsa da, lakin, nə qədər müəmmalı olsa da, onun barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun tədbir görülmür, CPM-nin tələblərinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilmir! Bu səbəbdən də o, vətəndaşlara qarşı xüsusi ağır cinayət əməlləri törətməklə, onlara həm maddi, həm də mənəvi ziyan vurmağı davam etdirir!!! Bu kimi cinayət əməlləri törətməyi norma sayır!!!!
27.07.2021-ci ildə “Təzadlar” qəzetinin 8-ci səhifəsində “Ramiz Rzayevə sual: “Niyə Ali Məhkəmədə iki vur iki beş edir?” başlıqlı məqalədə dəmir yol təşkilatına - Binəqədi Təmir Quraşdırma QTSC-yə məxsus iki milyonluq dəmir turbanın “Cənnət Park” MMC-nin mülkiyyətinə verilməsinin qanunsuz olduğu Ali Məhkəmənin qəbul etdiyi qərarlar, Konstitusiya Məhkəməsi Plenumunun qərarıyla təsdiqləndiyi halda, Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifovun sədrlik etdiyi kollegiya üzvləri Konstitusiya Məhkəməsi Plenumunun, Ali Məhkəmənin qərarlarını ayaqları altına ataraq, dövlətin ali qanunvericilik aktına - Konstitusiyasına aşkar hörmətsizlik edərək, cinayət tərkibli qərar qəbul etməklə iki milyon manat dəyərində olan dəmir boruların həmin təşkilatın mülkiyyətindən alınaraq “Cənnət Park” MMC-nin mülkiyyətinə verilməsini qət etmişdir!
2. “Korrupsiya və Qanun” qəzetinin 26.02.2023-cü il tarixli buraxılışında Xuraman Əhliman qızı Quliyevanın Bakı İnzibati Məhkəməsinin 12.11.2021-ci il tarixli, 2-1(112)-10790/2021 saylı qərardadından verdiyi apellyasiya şikayətinin Yusifov Cahangir Afər oğlunun sədrlik etdiyi Həmidov Həmid Üzeyir oğlunun və Nağıyeva Elmira Eyvaz qızından ibarət məhkəmə tərkibinin icraatına verilir.
Həmin inzibati iş üzrə saxtakar, korrupsioner hakimlər tərəfindən 24.02.2022-ci il tarixli, 2-1(103)-1111/2022 saylı cinayət tərkibli, saxta qərardad qəbul edilir: Bu faktı təsdiqləmək məqsədilə həmin qərardadda qeyd edilən bir aşkar saxtakarlığa diqqət yetirmək də kifayət edər:
- Qeyd edilən qərardadın ikinci səhifəsinin sonunda təsdiqləyirlər: - birinci instansiya məhkəməsi qərardadında iddianın mümükünsüzlüyü qənaətinə gələrkən qeyd etmişdir ki, tərəflərdən heç biri inzibati orqan olmadığından, tərəflər arasında yaranmış hüquqi münasibət isə publik əlamətləri daşımadığından, hazırki iş üzrə verilmiş iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılma imkanından da söhbət gedə bilməz!!! Həmin qərardadın üçüncü səhifəsində işi araşdıran saxtakar, fırıldaqçı hakimlər təsdiqləyirlər:
- İddiaçının tələbindən göründüyü kimi, üç cavabdehə qarşı yönəlmişdir:
1. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC ;
2. Bakı şəhəri, 9 saylı Notariat Kontoru;
3. Bakı şəhəri, Yasamal Rayon İcra Şöbəsi.
Birinci cavabdeh - Daşınar və daşınmaz əmlakların Satışı üzrə Hərrac Mərkəzi. MMC-Nazirlər Kabinetinin 28.02.2007-ci il tarixli 136 nomrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatında inzibati orqan kimi göstərilsə də.....”
İkinci cavabdeh- Bakı şəhəri,9 saylı Notariat Kontoruna gəldikdə Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə təsdiq olunmuş həmin təsnifatında Ədliyyə Nazirliyinin dövlət notariat ofisləri inzibati orqanlar sırasına aid edilsə də.....
Ali Məhkəmənin Plenumun 24.12.2021-ci il tarixli 12 saylı qərarı ilə “inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatına dair” 2015-ci il 10 aprel 04 nömrəli qərarında (?) aşağıdakılar qeyd edilmişdir: -
...8-ci bənd aşağıdakı reaksiyada verilsin: -
“Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı (şikayət edilən notariat hərəkətlər - onların edilməsindən imtina Azərbaycan Respublikasının notariusu və ya digər orqan tərəfindən edildikdə), İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci (?), “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.”;
Üçüncü cavabdeh - Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanların Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə təsdiqlənən “Təsnifatı”nda icra xidməti də təsbit olunsa da, konkret halda mübahisəli hüquq münasibətləri Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin, yəni, ümumi məhkəmənin qəbul etdiyi qətnamənin icrası ilə əlaqədar mübahisələri həll edir. Bu da o anlama gətirir ki, icra məmuru qanunsuz əməllər törətdikdə icra xidməti inzibati orqan ststusunu itirir?!
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının üzvləri, başda Yusifov Cahangir olmaqla Bakı İnzibati Məhkəməsinin qərardadına istinadən təsdiqləyirlər ki, Xuraman Əhliman qızı Quliyevanın apellyasiya şikayətində göstərdiyi cavabdehlərin heç biri inzibati orqan deyil. Lakin daha sonra Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli, 136 nömrəli tətbiq etdikləri “İnzibati Orqanların Təsnifatı”nda isə həmin cavabdehlərin üçünün də inzibati orqan olduğunu təsdiqləyirlər! Bu fakt isə iş üzrə məhkəmə prosesinə sədrlik edən Yusifov Cahangir də daxil edilməklə ona kömək edən digər hakimlərin də Xuraman Əhliman qızı Quliyevanın apellyasiya şikayəti əsasında vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, saxta, cinayət tərkibli qərardad qəbul etdiklərini birmənalı olaraq təsdiqləyir!
3. Digər vətəndaşın - Əliyevə Bənövşə Mahmud qızının Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-5321/2023 nömrəli, 27.02.2023-cü il tarixli qərardadından verdiyi şikayətinə də hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi ilə köməkçi hakimlər - Yusifov Cahangir Afər oğlunun və Məmmədova Şərafət Asif qızının icraatına verilmiş, araşdırmanın yekununda qəsdən səhv nəticəyə gəlmişlər! Həmin saxtakar hakimlərin inzibati iş üzrə qəbul etdikləri 14.02.2024-cü il tarixli qərardadın saxta, ədalətsiz olduğunu təsdiq edən bir faktı da qeyd etmək kifayət edər. Onlar qəbul etdikləri qərardadın 3-cü səhifəsində bilərəkdən Əliyevə Bənövşə Mahmud qızı tərəfindən buraxılan müddəti saxtalaşdıraraq təsdiqləyirlər: -
İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5321/2023 nömrəli 27 fevral 2023-cü il tarixli qərardadı məhkəmə tərəfindən iddiaçının ünvanına göndərilmiş, lakin poçt zərfin də ünvan tam olmadığı qeyd edilməklə geri qaytarılmışdır! Bundan sonra, iddiaçı məhkəmə qəbzinə imza etməklə məhkəmə qərardadını 18 dekabr 2023-cü ildə qəbul etmişdir. Lakin, iddiaçı həmin qərardaddan apellyasiya şikayətini 29 dekabr 2023-cü ildə məhkəmənin dəftərxanasına təqdim etmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş qərardaddan şikayət vermə müddəti iddiaçı tərəfindən buraxılmışdır (2 gün)
Həmin hakimlərin qəbul etdikləri qərardaddan göründüyü kimi, iddiaçı Əliyeva Bənövşə Mahmud qızı məhkəmə qərardadını 18.12.2023-cü il tarixdə qəbul edib, apellyasiya şikayətini məhkəmənin dəftərxanasına isə 19.12.2023-cü il tarixində təqdim etməklə apellyasiya şikayəti vermək üçün qanunvericiklikdə nəzərdə tutulan 10 gün müddətini cəmi bir gün ötürmüşdür! Həmin qərardadı əlavə edirəm!
Hörmətli Aytən xanım!
Tərəfimdən müəyyən edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin bir qrup hakimlərinin Gülnarə Fikrət qızı Tağızadənin, Əhməd Abbas oğlu Əhmədovun və Telman Osman oğlu Quliyevin Sumqayıt şəhər sakini həkim xanım Niyazova Nüşabə Əli qızına qarşı 29.04.2013-cü il tarixində saxta, ədalətsiz qətnamə qəbul etməklə törətdikləri xüsusi ağır cinayət əməllərini də diqqətinizə çatdırıram.
Hesab edirəm ki, Siz ixtisasca hüquqşünas, hakim kimi cinayət faktlarını gizlətməyin cinayət tərkibli əməllər olduğunu dəqiq bilirsiniz!
1.Sumqayıt Apellyasiya Məhkəməsinin adlarını, soyadlarını qeyd etdiyim hakimlərin Sumqayıt şəhər sakini Niyazova Nüşabəyə qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri “İnsan saxta pul hazırladığı kimi, pul da saxtakar, qatil hazırlayır!”, “Hakimlərin, prokurorların törətdikləri, illərlə davam edən saxtaklarlıqlara, ağır cinayət əməllərinə kim “yox, bəsdir” deyəcək?” - cənab Fikrət Məmmədov, Zakir Qaralov!!!” başlıqlı məqalə dərc olunan “Hüquq və azadlıq” qəzetinin 03.10.2013-cü il tarixli buraxılışını Baş prokuror Zakir Qaralov Sumqayıt şəhər prokurorluğunun inzibati binasında prokuror cənab Dağlar Zeynalovun iş otağında 24.01.2014-cü il tarixində vətəndaşları qəbul edərkən ona təqdim etdim. Həmin an Zakir Qaralov üzünü cənab Dağlar Zeynalova tutub soruşdu: - “Dağlar müəllim, hakimlərin işlərinə prokurorluğun müdaxiləsinə qanunvericilikdə icazə verilirmi?” Şəhər prokuroru Dağlar müəllim isə susdu! Dağlar Zeynalovu vəziyyətdən çıxartmaq məqsədi ilə həmin sualın cavabını Baş prokuror Zakir Qaralovun dəqiq bildiyini də nəzərə alıb, ondan soruşdum: - Cənab Baş prokuror, vətəndaşlara qarşı cinayət əməlləri törətmiş hakimlərin səlahiyyətlərinə xitam verildikdən sonra onların barəsində cinayət işinin başlanması və həmin cinayət işinin istintaqının hansı dövlət orqanı tərəfindən aparılması CPM-də nəzərdə tutulur?! O, bu sualı cavablandırmaqdan yayınaraq mənə bildirdi ki, bizə təqdim etdiyiniz müraciətiniz cavablandırılacaq. Üç gün sonra cənab Zakir Qaralovla qəbulda iştirak edən köməlçisi Günay xanım İsmayılovanın imzasıyla 27.01.2014-cü il tarixli, 01/1109-Ş saylı mənim adıma, Niyazova Nüşabə xanımın yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 6, mənzil 5 ünvanına göndərilən cavabında qəbul zamanı təqdim etdiyim ərizəmin baxılması üçün aidiyyatı üzrə (?!) Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərildiyi və müraciətə baxılmasının nəticəsi barədə məlumat veriləcəyi təsdiqlənsə də, lakin, bu günədək həmin saxtakar, korrupsioner hakimlər barəsində nə Ali Məhkəmədə, nə də Məhkəmə-Hüquq Şurasında heç bir tədbir görülməyib!!! Əksinə, həmin xəyanətkar, hiyləgər hakimlərdən biri - Əhmədov Abas Əhməd oğlu Ali Məhkəməyə hakim vəzifəsinə təyin edilmiş və orada da Mingəçevir şəhər sakini Bağırov Ağasalam Salam oğluna, onun həyat yoldaşı Bağırova Şəngülə qarşı 26.02.2016-cı il tarixində saxta, ədalətsiz qərar qəbul etməklə növbəti dəfə, digər iki hakimlərlə - Əhmədova Mehparə Tofiq qızı və İbayev Vafəddin Ələm oğlu ilə cinayət əlaqəsinə girərək, xüsusi ağır cinayət əməlləri törətmişdir!!! Hazırda onların və digər hakimlərin törətdikləri xüsusi ağır cinayət əməlləri Bağırov Ağasalam Salam oğlunun 02.08.2024-cü il taqrixində video qəbul zamanı Prezident cənab İlham Əliyevə ünvanladığı ərizəsi və ona əlavə edilmiş 509 səhifəlik cinayət işinin materialları Prezident Administrasiyasının Hüquq-Mühafizə Orqanları üzrə iş şöbəsi tərəfindən B-2939-019/2024 saylı, 05.09.2024-cü il tarixində Ali Məhkəmənin sədri cənab İnam Kərimova göndərilib. Qeyd etdiyim cinayət faktlarından göründüyü kimi, hakimlərin vətəndaşlara qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri Baş prokuror, Ali Məhkəmənin və Məhkəmə - Hüquq Şurasının sədri tərəfindən illərlə, bəzən də 10 ildən də artıq gizlədilir, nəticədə vətəndaşların Konstitusion hüquqları illərlə həmin hakimlər tərəfindən aşkar, kobud şəkildə pozulur!!! Saxtakar, xəyanətkar, fırıldaqçı hakimlər isə məsuliyyət hisslərini itirərək cinayət məsuliyyətindən yayındıqlarına əmin olduqdan sonra da cinayət əməllərini davam etdirirlər!!! Baş prokurorun köməkçisi Günay xanım İsmayılovanın göndərdiyi yuxarıda qeyd etdiyim cavabını əlavə edirəm.
Hörmətli Aytən xanım!
İş üzrə keçirilən məhkəmə iclaslarında həmin işdə tərəflərdən savayı,digər prosess iştirakçılarının məhkəmə iclas zalında, harada, hansı stullarda oturmalarını tənzimləyən mövcud hüquqi normativ aktın, sərəncamın tarixi, sayı və hansı orqan tərəfindən qəbul edildiyi barədə məni məlumatlandırmağınızı və bu məlumatı ona əlavə edilmiş sənədləri hazırda icraatınızda olan inzibati işə əlavə etməyinizi Sizdən xahiş edirəm.
Hakim Yusifov Cahangir Afər oğlunun iştirak etdiyi məhkəmə kollegiyası hakimlərdən ibarət məhkəmə tərkibi tərəfindən iş üzrə ədalətli, hüquqi qərar qəbul edilməsi faktı baş vermə səbəbi məlum olmayan təbiət möcüzəsi kimi qiymətləndirilməlidir!!!
Əlavə edilir: -
1. “Naxçıvan Press” qəzetinin 14-21.08.2004-cü il tarixli buraxılışında dərc olunan “Cinayətkar Baş prokuror!!!”, “Xəyanət” – 1(bir) nüsxə.
2. “Hüquq və azadlıq” qəzetinin 03.10.2013-cü il tarixli xüsusi buraxılışında dərc olunan “İnsan saxta pul hazırladığı kimi, pul da saxtakar qatil hazırlayır!”, “Hakimlərin, prokurorların törətdikləri, illərlə davam edən saxtaklarlıqlara, ağır cinayət əməllərinə kim yox, bəsdir deyəcək?” cənab Fikrət Məmmədov, Zakir Qaralov!!!” – 1(bir) nüsxə.
3. “Təzadlar” qəzetinin 27.07.2021-ci il tarixli buraxılışında dərc edilən- “Ramiz Rzayevə sual:-Niyə Ali Məhkəmədə iki vur iki beş edir? ” başlıqlı dərc olunan material. – 1(bir) nüsxə.
“Dələduzluğun anatomiyası” başlıqlı, “Təzadlar” qəzetinin 21.11.2017-ci il tarixli buraxılışında dərc olunan material. – 1(bir) nüsxə.
4. Tamah məqsədi ilə saxta, ədalətsiz qərar, qətnamə qəbul edən İmişli Rayon Məhkəməsinin sədri Hacıyev Qurban Həmid oğluna və onun əməllərini təkrarlayan, davam etdirən hakimlərə ithaf etdiyim “Qurban” adlı poetik əsər.
İmza: Hüseynov Elməddin İmamət oğlunun səlahiyyətli nümayəndəsi Hüseynov Güloğlan Pəli oğlu.
Tarix: 25.09.2024.