1. Azərbaycan Respublikası adından Qətnamə
Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası
Şirvan şəhəri 2(106)-230/2017 16.08.2017-ci il
Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və Nüsrət Fətulla oğlu Mirzəyevdən ibarət tərkibdə Elvin Nizami oğlu Hüseynovun katibliyi ilə,
cavabdeh N.Cavadovun nümayəndəsi Məmmədov Ruslan Hakimoğlunun iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 01 avqust 2016-cı il tarixli qətnaməsindən cavabdeh E.Hüseynov tərərfindən verilmiş apellyasiya şikayəti əsasında
iddiaçı «AccessBank» Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) cavabdeh Cavadov Nahid Eldar oğluna və digərlərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq....
M Ü Ə Y Y Ə N E T D İ :..
QƏT ETDİ:
Cavabdeh E.Hüseynovun apellyasiya şikayəti təmin edilsin.
İmişli Rayon Məhkəməsinin 01 avqust fevral 2016-cı il tarixli qətnaməsi qismən-ipoteka predmeti olan mənzil satıldıqdan sonra “DəmirBank” ASC-yə təhvil verilməsi və cərimə borcuna görə olan hissədə ləğv edilsin.
İpoteka predmeti olıan mənzil satıldıqdan sonra “DəmirBank” ASC-yə təhvil verilməsinə olan hissədə iddia təmin edilməsin.
Cərimə borcuna dair hissədə iddia qismən təmin edilsin; Cavabdehlərdən tutulan cərimənin məbləği 3000(üç min) ABŞ dollar (ödəniş günü müvafiq məzənnəyə uyğun Azərbaycan manatı ilə) müəyyən edilsin.
Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermək olar.
2. Azərbaycan Respublikası adından Qətnamə
Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası
Şirvan şəhəri 2(106)-1009/2024 06.08.2024-cü il
Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tale Suliddin oğlu Kərimovdan ibarət tərkibdə, katib Zaur Nəsir oğlu Dəmirovun, iddiaçının nümayəndəsi Ələkbərov Nicat Ələkbər oğlunun və cavabdeh Hüseynov Elməddin İmamət oğlunun iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı «AccessBank» Qapalı Səhmdar Cəmiyyətinin (QSC-nin) cavabdeh Hüseynov Elməddin İmamət oğluna qarşı “nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi”, yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və əmlakın geri alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq....
M Ü Ə Y Y Ə N E T D İ :.....
Q Ə T E T D İ :
«AccessBank» QSC-nin apellyasiya şikayəti təmin edilsin.
İmişli Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, 2(036)-207/2024 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin.
Hüseynov Elməddin İmamət oğlu ilə «AccessBank» QSC arasında bağlanmış 26.01.2022-ci il tarixli AN-I 1011970 saylı “nisyə alqı-satqı müqaviləsi ləğv edilsin”. İmişli rayonunun Rəsullu kəndində yerləşən 0.1076 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 163.2 kv.m olan fərdi yaşayış evindən istifadə hüququ itirilməklə Hüseynov Elməddin İmamət oğlu çıxarılsın və mənzil boşaldılaraq «AccessBank» QSC-yə təhvil verilsin. Ödənilmiş dövlət rüsumuna görə Hüseynov Elməddin İmamət oğlundan 150 manat tutulub «AccessBank» QSC-nin xeyrinə ödənilsin.
Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermək olar.
Qeyd: Yuxarıda qeyd edilən qətnamələrin “müəyyən etdi” hissəsində göstərilən faktların həqiqətə uyğun olmadığını nəzərə alıb, onları təkarlamağa ehtiyac duymuruq.
Tamah məqsədi ilə «AccessBank» QSC-nin maraqlarına xidmət edən məhkəmə tərkibinin sədri Əsədov İlham Qoşunəli oğlu, köməkçi hakimlər - Tale Suliddin oğlu Kərimov, Samir İlham oğlu Mayılov 2(106)-1009/2024 saylı yalan faktlar əsasında qətnamə qəbul etməklə həm ədalət mühakiməsinə,həm də vəzifə borclarına xəyanət etmişlər: - Həmin saxtakar, korrupsioner hakimlərin istinad etməklə, əsasında qəbnul etdikləri aşağıdakı yalan faktlar: -
1. İpoteka predmeti olan yaşayış evi hərracda satıldığından (?) yaşayış evi bankın balansına keçirilmişdir!
2 ...kollegiya hesab edir ki, iddiaçı bankın tələbi əsaslıdır! Belə ki, müqavilə üzrə (hansı müqavilə, nə vaxt, hansı saylı göstərilmir!) borclu olan cavadeh (cavabdehin kimliyi göstərilmir!) öz öhdəliklərini yerinə yetirməmiş, ona görə də, idiaçı haqlı olaraq müqavilənin ləğvini və yaşayış evinin qaytarılmasını tələb etmişdir.
3. Cavabdehin (hansı cavabdehin qeyd edilmir!) yeganə əsası ondan ibarətdir ki, əvvəl götürülən (əgər, saxtakar hakimlər cavabdeh kimi Hüseynov Elməddini nəzərdə tuturlarsa, onun tərəfindən heç vaxt “Access Bank”-dan kredit götürülməsi barədə kredit müqaviləsi bağlanmayıb!) kreditə görə borc alanın borcu artıqlaması ilə (?) ödənilmişdir. Bu faktın yalan, yoxsa, həqiqət olduğuna da adları yuxarıda qeyd edilən saxtakar hakimlər münasibət bildirməkdən yayınmışlar! Halbuki, sözügedən kredit borcu (kimin kredit borcu Cavadov Nahid Eldar oğlunun, yixsa,.. kimin qeyd edilmir!!!)
4. İpoteka predmeti olan yaşayış evinin - (kimə məxsus evin, yenə, hakimlər bu dəfə susurlar) bankın mülkiyyətinə verilməsi ilə (nə vaxt - bu faktı da saxtakar hakimlər müəyyən edə bilməyiblər!) ödənilmiş hesab edilmişdir!!! Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1009/2024 saylı qətnamə qəbul edən peşəkar saxtakar, korrupsioner hakimləri “Access Bank” QSC-nin “Sabirabad” filialının müdiri cənab Əsədov Qulyar İlqar oğlu 003017 saylı, 21.02.2024-cü il tarixdə sözügedən həmin kredit müqaviləsinin hazırki iş üzrə cavabdeh Hüseynov Elməddin İmamət oğlu tərəfindən deyil, həmin kredit müqaviləsi üzrə borclu Cavadov Nahid Eldar oğlu tərəfindən borcun tam ödənildiyi və onun üzərinə götürdüyüy öhdəliklərə tam əməl olunduğu təsdiqlənir! Bu fakta da saxtakar, xəyanətkar hakimlər münasibət bilidrməyərək, yuxarıda cavabdehin yeganə əsası ondan ibarət olmuşdur ki, əvvəl götürülən kreditə görə borcalanın kimliyini qeyd etməməklə iddiaçı bankın tələbinin əsaslı olduğunu - borclu olan cavabdehin kimliyini anonim saxlamaqla təsdiqləmişlər, özlərini ifşa etməmək məqsədiylə!!! Göründüyü kimi, Şirvan Apellyasiya Məhkəməsinin adları yuxarıda qeyd edilən hakimləri 2(106)-1009/2024 saylı qətnamə qəbul etməklə Azərbaycan Respublikası CM-nin 307 (cinayət faktlarını gizlətmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313(vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan qəsdən cinayət tərkibli əməllər törətdiklərini nəzərə alıb, onlar barəsində intizam icraatının başlanması səlahiyyətlərinə xitam verilməsi və sonra CM-nin 11;45; 48; 207; 210; 213 və 215-ci maddələri tətbiq edilməklə barələrində cinayət işinin başlanması barədə qərar qəbul edilməlidir.
Şirvan Apellyasiya Məhkəməsinin saxtakar hakimləri - Əsədov İlham Qoşunəli oğlu, Kərimov Tale Suliddin oğlu, Mayılov Samir İlham oğluna 06.08.2024-cü il tarixdə iş üzrə keçirilən məhkəmə iclasında İmişli Rayon Məhkəməsinin 01.08.2016-cı il tarixli, 2(036)-4087/2016 saylı qətnamsindən iş üzrə cavabdeh Hüseyov Elməddin İmamət oğlu tərəfindən verilən apellyasiya şikayəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin onlıara təqdim edilən 16.08.2017-ci iç tarixli, Əsədov İlham Qoşunəli oğlunun sədrlik etdiyi məhkəmə iclasında qəbul edilmiş qətnamə onlara təqdim edilsə də lakin, həmin qətnaməyə münasibət bildirməmişlər! Niyə?!.....O səbəbdən ki, həmin qətnaməni 6 il, 11 ay, 20 gündən sonra“Access Bank”-ın eyni mübahisə predmeti üzrə verdiyi apellyasiya şikayətini 06.08.2024-cü ildə “araşdırarkən” müəyyən etməklə münasibət bildirmiş olsaydılar, özlərini saxtakarlıqda ifşa etmiş olardılar və Azərbaycan Respublikası Konstitusiyasının 12; 13; 60 və 125.VII maddələrinin tələblərinə aşkar hörmətsizlik etdiklərini sübut etmiş olardılar!!!
Mövzuya qayıdacağıq...
Qurban
(Haqqı-ədaləti pula alıb-satan hakimlərə, bankirlərə, məmurlara ithaf)
Aldanma hakimin şirin dilinə,
Haqdan-ədalətdən nəsihətinə!
Vəzifə naminə, sərvət naminə,
Var-dövlət naminə, şöhrət naminə
Doğma qardaşın da o verər qurban.
Haqqa dayaq durub edərkən kömək,
Oğlun da peyğəmbər demişdir qurban!
Haram pul görəndə gülümsəyərək,
Saxta qərar yazan, hökm çıxaran
Hakim mənliyin də verəcək qurban.
Çalış sən uzaq ol oddan-alovdan,
Yalan danışandan, xəyanətkardan.
İnsan tək yaşa ki, olma peşiman.
Vermə heç vaxt haqqı-nahaqqa qurban,
Nankor verər haqqı rüşvətə qurban.
Xoş arzu-diləyin gül açmasına,
Körpənin yeriyib dil açmasına
Babalar, nənələr deyirlər qurban.
Hakimin hiyləgər əməllərindən
Xilas olanlar da kəsirlər qurban!
Güloğlan Hüseynov
Qeyd: İmişli Rayon Məhkəməsinin sədri cənab Qurban Həmid oğlu Hacıyev qəbul etdiyi saxta, ədalətsiz qətnamə, qərarlara görə cəzasız qalacağına əmin olduğundan, o, hətta illər öncə vəfat etmiş insanlardan da (mərhum Hüseynova Kifayət Nurəddin qızı, mərhum Fərəcov Sərdar Xələf oğlu) bankların hesabına ödəniş etmələri barədə məhkəmə aktları qəbul edir!!! Bundan başqa, hazırda Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında hakim Aytən Oruczadənin sədrlik etdiyi məhkəmə tərkibinin icraatında olan 2-1(103)-3644/2024 saylı inzibati işdə iddaçı tərəf olan Hüseynov Elməddin İmamət oğluna qarşı ACCESS Bank QSC-nin iddia ərizəsi əsasında 01 avqust 2016-cı ildə ədalətsiz, saxta qətnamə qəbul etməklə Qurban Həmid oğlu Hacıyev Eləməddinə qarşı da ağır cinayət əməlləri törətmişdir!!! Lakin...
“Korrupsiya və Qanun” qəzetinin hüquq şöbəsinin müdiri Güloğlan Hüseynov
[xfgiven_embed] [/xfgiven_embed]
[xfgiven_youtube][/xfgiven_youtube]