
Sabirabad rayonunun Qəzli kənd sakini Məmmədov Arif Məhəmməd oğluna 2011-ci il tarixdə icarə müqaviləsi əsasında ona 40 il müddətinə 5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi icarəyə verilir. 14 ildən sonra Quruzma Bələdiyyəsinin sədri Mirmövsüm Heydərov və rayon prokuroru Fəxrədin Pənahov Məmmədov Arif tərəfindən 0.48 ha torpaq sahəsinin zəbt edildiyini aşkarlayır və dərhal ona qarşı AR CM-nin 188-ci maddəsi ilə cinayət işinin başlanması barədə qərar qəbul edilməklə istintaq-əməliyyat tədbirləri həyata keçirilərək, zavallı Məmmədov Arif cinayət məsuliyyətinə cəlb edilir! Sabirabad rayon Polis Şöbəsinin müstəntiqi Kamran tərəfindən təqribən 3 ay davam edən istintaq hərəkətləri yekunlaşdırılaraq ittiham aktı tərtib edilməklə 25.01.2025-ci il tarixdə Sabirabad Rayon Məhkəməsinə göndərilir.
Əlavə olaraq o faktı da “Korrupsiya və Qanun” qəzetinin oxucularının diqqətinə çatdırırıq ki, həmin zəbt edilən torpaq sahəsinin Arif Məmmədov tərərfindən zəbt edildiyi faktı polis müstəntiqi Kamran, rayon prokuroru Fəxrəddin Pənahov və dövlət ittihamının müdafiəsi üzrə prokuror Xəlilov Fərid Aqil oğlu tərəfindən təsdiqlənsə də, iş üzrə təyin olunan ekspert rəyində Arif Məmmədova həmin 5 ha torpaq sahəsi üzrə icarə müqaviləsi bağlanarkən icarədar Bələdiyyə tərəfindən müvafiq ölçü cihazının olmaması səbəbindən 5 ha torpaq sahəsindən artıq 0.48 ha torpaq sahəsinin Arif Məmmədova icarəyə verildiyini müəyyən etmək mümkün olmamışdır! İşin qeyd edilən faktiki halları məlum olduğu halda, Arif Məmmədov tərəfindən 0.48 ha torpaq sahəsinin zəbt edildiyini əsas gətirərək, ona qarşı AR CM-nin 188-ci maddəsi ilə ittiham irəli sürməyə heç bir hüquqi əsasları olmadığı halda Sabirabad RPŞ-nin müstəntiqi Kamranı, prokuror Fəxrəddin Pənahovu və dövlət ittihamçısı Xəlilov Fərid Aqil oğlunu Arif Məmmədova qarşı CM-nin 188-ci maddəsi ilə onu təqsirləndiriməklə vəzifə saxtakarlığı cinayət əməlləri törətməyə kim və nə məcbur etmişdir?! Digər tərəfdən, işin yuxarıda qeyd edilən faktiki hallarından göründüyü kimi, Sabirabad rayon Qəzli kənd sakini Arif Məmmədov tərəfindən 0.48 ha torpaq sahəsinin zəbt edildiyi iş materiallarında olan sənədlərlə təsdiqlənmədiyi halda, 25.01.2025-ci il tarixdən bu günədək Sabirabad Rayon Məhkəməsində Arif Məmmədovun 0.48 ha torpaq sahəsinin zəbt edilməsi ittihamı ilə məhkəməyə daxil olmuş cinayət işinin istintaqını aparan hakim Azər İsmayılov 5 aydır ki, iş üzrə əlavə hər hansı sübut axtarmağa zərurət olmadığı halda, hansı sübutları, faktları axtarır?! Arif Məmmədov onun cinayət məısuliyyətinə cəlb edilməsinin sifarişçısinin Sabirabad RİH başçısının I müavini Həsənov Həsən Murtuz oğlu olduğunu təsdiqləyir. Onun verdiyi məlumata görə, Həsən Həsənovun sifarişi ilə barəsində ona qarşı istər mülki iddia, istərsə də xüsusi itiham qaydasında iş qaldırılsa da, lakin hər dəfə Həsən Həsənovun verdiyi sifarişləri məhkəmə icraatı qaydasında rədd edilmişdir. Bu səbəbdən də hikkəsindən əl çəkməyən Həsən Həsənov öz halal zəhməti ilə yaşayan Arif Məmmədovu cəzalandırmaq məqsədi ilə rayon prokuroru Fəxrəddin Pənahovu ona qarşı məhkəmə çəkişmələrinə keçirməyə təhrik etmişdir! Prokuror Fəxrəddin Pənahov Həsən Həsənovun sifarişini qeyri-şərtsiz icra etmək məqsədi ilə Sabirabad Rayon Quruzma Bələdiyyəsinin sədri Mirmövsüm Heydərovla cinayət əlaqəsinə girib, həmin bələdiyyənin 13 il əvvəl Arif Məmmədovla bağladığı 30 il müddətinə 5 ha torpaq sahəsi üzrə icra müqaviləsini yada salıb, həmin torpaq sahəsini yenidən ölçüb-biçmək qərarına gəliblər ki, Arif Məmmədova qarşı nəsə bir cinayətin törədildiyi bəhanəsi ilə ittiham irəli sürə bilsinlər! Bu səbbədən də hakim Azər İsmayılov 5 aydır ki baş sındırır ki, saxtalaşdırılmış cinayət işinin materiallarında Arif Məmmədov Məhəmməd oğlunun əməllərində Azərbaycan Respublikası CM-nin 188-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin olduğunu təsdiqləyən sübutların olmadığı halda, iş üzrə hansı məhkəmə hökmü çıxarım ki, nə şiş yansın, nə kabab, yəni, nə cinayətin başlanması üçün əsas olan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Həsənov Həsən Murtuz oğlu, nə də həmin rayonun prokuroru Fəxrəddin Pənahov, dövlət ittihamçısı Xəlilov Fərid Aqil oğlu, eləcə də Sabirabad RPŞ-nin iş üzrə 3 ay istintaq-əməliyyat tədbirləri həyata keçirən müstəntiqi Kamran bəy narazı qalmasınlar!!! Beləliklə, görünən odur ki, iş üzrə 19.05.2025-ci il tarixinə təyin olunan məhkəmə iclası zərərçəkən şəxsin məhkəmə iclasına gəlməməsi səbəbindən növbəti dəfə təxirə salınaraq, 03.07.2025-ci il tarixinə təyin edildi. Çox böyük ehtimal ki, 03.07.2025-ci il tarixinə təyin olunan məhkəmə iclası, yenə də təxirə salınacaq. Hakim Azər İsmayılovun məhkəmə iclasında təqsirləndirilən şəxs Arif Məmmədovun vəkili Ramiz müəllimdən Arifə qarşı onun tərəfindən 0.10 ha torpaq sahəsinin zəbt edilməsi ilə əlaqədar başlanan başqa bir iş üzrə 2025-ci ilin iyun ayının 18-nə təyin olunan Şirvan Apellyasiya Məhkəməsinin iclasının keçirilməsi planlaşdırılır ki, həmin iş üzrə apellyasiya məhkəməsinin qəbul edəcəyi qərarın onun icraatında olan hazırki işə də aidiyyatı olduğunu vurğulamaqla 03.07.2025-ci il tarixinə təyin olunan növbəti məhkəmə iclasının da təxirə salınacağı ehtimalını artırır. Bəlkə Şirvan Apellyasiya Məhkəməsi Arif Məmmədov tərərfindən 0.10 ha torpaq sahəsini zəbt edilməsi barədə ədalətli qərar qəbul etdi! O halda hakim Azər İsmayılov eyni mübahisə predmeti 0.48 ha torpaq sahəsinin zəbt edilməsi faktı üzrə əsassız təqsirləndirilən şəxs Arif Məmmədov bərəsində ədalətli, hüquqi hökm çıxara biləcəyinə stimul yaratmış olacaq!
Etibarlı mənbədən əldə edilən məlumata əsasən, iş üzrə 2024-cü ilin avqust ayında Sabirabad rayon prokuroru cənab Fəxrəddin Pənahov tərəfindən Mərdakandakı qonşusu Bağırov Elqar Elmir oğlu tərəfindən prokurorun 14-55 saylı bağ sahəsinin həyət qapısını irəli çəkməklə ümumi istifadədə olan dalanı zəbt etməsi faktı ilə əlaqədar məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Ümumi istifadədə olan dalanın prokuror Fəxrəddin Pənahov tərəfindən zəbt edilməsi faktı ekspert rəyi ilə də təsdiqlənir. Belə olan halda prokuror Fəxrəddin Pənahovdan soruşulmalıdır: - Sizin tərəfinizdən özgələrə məxsus torpaq sahəsini zəbt edilməsi, yoxsa, Sabirabad rayon sakini Məmmədov Arifin 14 il bundan əvvəl Qruzma Bələdiyyəsi ilə bağladığı icra müqaviləsi əsasında icarəyə götürdüyü 5 ha torpaq sahəsinə bitişik olan, həmin Bələdiyyənin sədri tərəfindən ona 0,48 ha artıq torpaq sahəsinin verilməsi faktının Arif Məmmədov tərəfindən torpaq sahəsinin “zəbt edilməsi” ilə əlaqədar onun barəsində CPM-nin 188-ci maddəsi ilə törədilməklə ittiham irəli sürülən cinayət faktı daha ağır ictimai təhlükəli əməldir?! Prokuror Fəxrəddin Pənahov və Məmmədov Arif tərəfindən yuxarıda qeyd edilən torpaq sahələrinin zəbt edilməsi faktları istər-istəməz müdrik atalar sözlərini xatırladır: “Öz gözündə tiri görməyən özgə gözündə tir axtarır”.
Məmmədov Arif Məhəmməd oğlu
Redaksiyadan: Vətəndaş Arif Məmmədovun redaksiyaya təqdim etdiyi materiallardan görünür ki, Sabirabad RİH-nin başçısının müavini Həsən Həsənov ondan Sabirabad rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət etmiş, onun CM-nin 148 (Təhqir) və 147.2-ci maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Lakin tərəflər arasında barışıq əldə olunduğu üçün Sabirabad məhkəməsi 28.12.2023-cü il tarixli qərarı ilə icraata xitam vermişdir. Amma Həsən Həsənov sonradan Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək Sabirabad rayon məhkəməsinin hakimlərinə etirtaz etmiş, etiraz təmin edilərək xüsusi ittiham qaydasında icraat materialları mahiyyəti üzrə baxılması üçün Şirvan şəhər məhkəməsinə göndərmişdir. Şirvan şəhər məhkəməsi isə yetərli dəlil tapılmadığı üçün 06.11.2024-cü il tarixli Hökmü ilə Məmmədov Arif Məhəmməd oğluna bəraət vermişdir.
Baş redaktor: X.Ə.Quliyeva.