Azərbaycan İdeyası

Əli Kərimlinin əmisi oğlunun törətdiyi cinayət ört-basdır edilir – Şəriki tam məsuliyyəti öz boynuna götürür

Tarix:Bu gün, 15:48
Baxış Sayı:0

Əli Kərimlinin əmisi oğlunun törətdiyi cinayət ört-basdır edilir – Şəriki tam məsuliyyəti öz boynuna götürür

Sadiq oxucularımız xatırlayarlar, “Korrupsiya və Qanun” qəzetiniun 08 noyabr 2024-cü il tarixli sayında dərc olunmuş “Əli Kərimovun əmisi oğlu qaziyə qarşı dələduzluq edib” sərlövhəli məqalədə Saatlı rayonu, Əbilkənd kəndində yaşayan Həsənov Vilayət İlqar oğlunun ərizə ilə redaksiyaya müraciət edərək dələduzluq əməlinə məruz qaldığı, pulunun mənimsənildiyi barədə məlumatı yer almışdır. Şikayətçinin sözlərinə görə, həmkəndlisi Nuhəli Kərimov onun səhhətində problem olduğunu sezib, əlillik statusunun olub-olmadığını soruşub. Vilayət əlillik qrupunun olmadığını bildirəndə Nuhəli ona “sənə əlillimk qrupu statusu almaqda kömək edə bilərəm” demişdir. Bunun üçün 3.000 manat pul lazım olduğunu deyərək Bakıda tanıdığı Şövkət adlı şəxsin və Veysəl adlı həkimin əli ilə məsələni həll edə biləcəyini vəd etmişdir. Nuhəliyə evində 1.700 manat bir dəfə pul vermişdir. Daha sonra Şövkət adlı şəxsə “20 Yanvar” dairəsində 1.000 manat pul vermişdir. Qalan 300 manat pulu Nuhəliyə hissə-hissə vermişdir. Nuhəli isə ona vəd etdiyi işi görməmişdir. Bu barədə DİN-nin 102 xidmət mərkəzinə zəng etmişdir. Nuhəli Kərimov AXC-nin sədri Əli Kərimimin əmisi oğlu, «Azərbaycan fermeri» qəzetinin baş redaktorudur.
Kərimov Nuhəli Qulamhüseyn oğlunun Həsənov Villayət İlqar oğluna qarşı törətdiyi dələduzluq cinayət əməlləri ilə əlaqədar Yasamal rayon prokuroru Elman Süleymanov tərəfindən 08.02.2024-cü il tarixdə 240096026 saylı Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işinin başlanması barədə qərar qəbul edilmiş və istintaqın davam etdirilməsi məqsədi ilə ərazi aidiyyatı üzrə Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmiş və həmin cinayət işinin davam etdirilməsi 12.02.2024-cü il tarixdə müstəntiq Cəlalov Vasif Yaşar oğluna həvalə edilmişdir. Daha sonra həmin 240096026 saylı cinayət işi üzrə hələlik bizə məlum olmayan səbəbdən, yalnız, Əfəndiyev Veysəl Musa oğluna qarşı müstəntiq Cəlalov Vasif Yaşar oğlu tərəfindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ittiham elan edilmiş, işin materialları aidiyyatı üzrə 07.03.2024-cü il tarixdə Nəsimi RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir!!!
Kərimov Nuhəli Qulamhüseyn oğlunun, Əfəndiyev Veysəl Musa oğlunun və qeydrilərinin Həsənov Vilayət İlqar oğluna və digər vətəndaşlara qarşı qrup halında törətdikləri dələduzluq cinayət əməlləri üzrə sonuncu dəfə isə aidiyyatı üzrə (?) Abşeron RPİ-nin müstəntiqi Cəfərov Rəşad Rahib oğlu tərəfindən 05.04.2025-ci il tarixdə tərtib olunan və rayon prokuroru cənab Qabil Qasımov tərəfindən təsdiqlənən 11.04.2025-ci il tarixli itiham aktında Kərimov Nuhəli Qulamhüseyn oğlunun adı və soyadı göstərilməyib, yəni, onun tərəfindən Həsənov Vilayət İlqar oğluna qarşı törədilən dələduzluq cinayət əməllərinin təşkilatçısı olması faktı gizlədilib!
Nuhəli Kərimov bu faktı əldə rəhbər tutaraq, “Korrupsiya və Qanun” qəzetinə qarşı “şərəf və ləyaqətini alçaltdığına görə” 10.000 manat qiymətləndirməklə təzminat tələbi ilə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı Kərimov Nuhəli Qulamhüseyn oğlunun “Korrupsiya və Qanun” qəzetinə qarşı “şərəf və ləyaqəti alçaldan məlumatların təkzib edilməsi və mənəvi zərərə görə pul tələbinə” dair iddia tələbi üzrə, yəni, 08.11.2024-cü il tarixdə “Korrupsiya və Qanun” qəzetində dərc edilmiş “Əli Kərimlinin əmisi oğlu qaziyə qarşı dələduzluq edib” başlıqlı məqalədə Kərimov Nuhəli Qulamhüseyn oğlu barəsində yazılmış ifadələr onun şərəf və ləyaqətini alçaldan məlumatlar kimi hüquqi qiymət verilərək cavabdeh “Korrupsiya və Qanun” qəzetinin üzərinə həmin qəzetdə təkzib vermək vəzifəsi qoyulmuş, eləcə də, dəymiş mənəvi ziyanın əvəzi olaraq 500 manat məbləğində pul tutularaq, iddiaçı Kərimov Nuhəli Qulamhüseyn oğluna ödənilməsi barədə əsassız qətnamə qəbul edilmişdir!
Həmin qətnamənin əsassız olduğnu aşağıdakı faktlatla əsaslandırıram:
Belə ki, iddiaçı Nuhəli Kərimov tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “Korrupsiya və Qanun qəzeti“ barəsində həqiqətə uyğun olmayan xəbər dərc etmişdir. Qeyd etmişdir ki, bu, heç də belə deyildir. Əvvəla, o, heç kəsi aldatmamış və heç kəsə qarşı heç bir dələduzluq hərəkəti etməmişdir. Hətta adı qeyd edilən Həsənov Vilayət İlqar oğlu ərizələrlə hüquq-mühafizə orqanlarına müraciət etsə də, lakin onun əsassız ərizələrinin nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. Cavabdeh olan qəzet redaksiyası onunla heç bir dəqiqləşdirmə aparmadan barəsində şərəf və ləyaqətini alçaldan məqalə dərc etmişdir. Göründüyü kimi, adı qeyd edilən qəzet redaksiyası heç bir dəqiqləşdirmə aparmadan onu “dələduz” kimi tanıtdıraraq onun barəsində şərəf və ləyaqətini alçaldan, həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Məhkəməyə təqdim etdiyi sənədlərdə Veysəl Əfəndiyevin izahatları və onun Vilayətdən pul aldığını etiraf etmişdir. O, heç kimdən pul almamış, SADƏCƏ, vasitəçilik etmiş, sonra nə olub, nə olmayıb, məlumatı yoxdur!!! Nuhəli Kərimov verilən suallara cavab olaraq bildirib ki, o, təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilməmişdir. Abşeron rayon prokurorluğunda olan iş yekunlaşmış, cinayət işi hazırda Abşeron Rayon Məhkəməsinin icraatındadır. 2023-cü il tarixdən bu günə kimi aralarında çəkişmə gedir. O, əgər bu məlumatların təkzib olunamsına nail olmasa, hamı hesab edəcək ki, onun haqqında yazılanlar doğrudur!
Məhkəmə iclasında şahid qismində dindirilmiş Həsənov Vilayət İlqar oğlu ifadəsində bildirmişdir ki, o, 44 günlük Vətən müharibəsində iştirak etmiş, hazırda da müalicələr alır. Onun qazi statusu almamağına səbəb iddiaçı olub. Ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçıya məxsus sahələrdə müharibəyə getməmişdən əvvəl çalışmışdır. Müharibədən qayıtdıqdan sonra iddiaçının gəlini valideynlərinə deyib ki, qaynatası qazi statusu almaqda ona köməklik edə bilər və onun evinə gələrək, sənədlərin düzəldilməsi üçün 2700 manat pul lazım olduğunu bildirmişdir. Həmin ərəfə dövlət tərəfindən ona saxlamağı üçün 20 baş qoyunlar verilmişdir. Onları satmış, 1700 manatı Nuhəli Kərimova, 1000 manatı isə Veysəl adlı şəxsə vermişdir. Onun işi alınmadıqda isə iddiaçıdan pulunu geri tələb etmişdir ki, yenidən heyvan alıb, dolana bilsin, amma razılaşmamışdır. Bibisi oğlunun köməkliyi ilə iddiaçının evinə getmişdir ki, ona məxsus inəkləri götürüb aparsın. Amma heyvanları oğurlamamışdır. Cavabdehin direktoru Xuraman xanımın heç bir təqsiri yoxdur. Yasamal Rayon Polis Şöbəsinə çağırılaraq Nuhəli Kərimov tərəfindən ona verilməli olan 2700 manat pul qaytarılmışdır. Həmin vaxt Veysəli görməmişdir. Şöbədə o, anası və polis əməkdaşları olub. Polis əməkdaşının müstəntiqinin video çəkiliş vasitəsi ilə pul ona təqdim edilmişdir.Yasamal rayon Polis şöbəsinə çağrılaraq, ona verilməli olan 2700 manat pul qaytarılmışdır. Şöbədə o, anası və polis əməkdaşları olub. Polis əməkdaşının müstəntiqinin video çəkiliş vasitəsi ilə pul ona təqdim edilmişdir!!! Yasamal Rayon Məhkəməsinin yuxarıda qeyd edilən 15.10.2025-ci il tarixli qətnamədə Abşeron rayon Polis idarəsinin müstəntiqi Rəşad Cəfərovun cinayət işi üzrə “sübutların qiymətləndirilməsi haqqında” 17.03.2025-ci il tarixli qərarına istinadən hakim Babazadə Gülnar xanım təsdiqləyir:
“Zərərçəkmiş şəxs Həsənov Vilayət İlqar oğluna qarşı törədilmiş dələduzluq əməli istintaq tərəfindən araşdırıllarkən Həsənov Vilayət İlqar oğlunu təqsirləndirilən şəxs Əfəndiyev Veysəl Musa oğlu ilə tanış edən Kərimov Nuhəli Qulamhüseyn oğlunun əməlində cinayət tərkibinin olması müəyyən edilməmiş, həmin şəxsin qabaqcadan Əfəndiyev Veysəl Musa oğlu ilə əlbir olub, birgə hərəkət etmələri və ya araşdırılan cinayətin törədilməsində tamah motivi ilə iştirak etməsi təsdiqin tapmamışdır. Ona görə də Kərimov Nuhəli Qulamhüseyn oğlu barəsində cinayət təqibinin başlanması rədd edilmişdir!!! İstintaq zamanı zərərçəkmiş şəxs Həsənov Vilayət İlqar oğluna dəymiş 2700 manat ziyan təqsirləndirilən şəxs Əfəndiyev Veysəl Musa oğlu tərəfindən tam ödənilməsi iş üzrə nəzərə alınmışdır?!” Əfəndiyev Veysəl Musa oğlu tərəfindən törədilmiş cinayət epizodlarından birinə əsasən o, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə Həsənov Vilayət İlqar oğluna 2020-ci ildə baş vermiş Vətən müharibəsində yaralanması ilə əlaqədar dövlət tərəfindən sosial yardımın verilməsi və əlilliklə bağlı təqaüd almasına köməklik göstərəciyini vəd verib, aldadaraq, bu niyyətlə 05.05.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küç.83 ünvanında yerləşən “Lider TV”-nin binasının yanında görüşərək, (kiminlə?) sonuncudan 2700 manat pulunu alıb, ələ keçirərək, vədinə əməl etməyib, zərərçəkmiş Həsənov Vilayət İlqar oğluna həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir!”
Məhkəmə qeyd edir ki, cavabdeh tərəf “Korrupsiya və Qanun” qəzetində dərc olunmuş “Əli Kərimlinin əmisi oğlu qaziyə qarşı dələduzluq edib” başlıqlı məqalədə iddiaçının barəsində yayılmış məlumatın doğru olduğunu sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə iddiaçı barəsində yayılmış məlumatların doğru olduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir (?!) Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən “sübutların qiymətləndirilməsi barədə” qərardan və ittiham aktından müəyyən olunur ki, iddiaçı Kərimov Nuhəli Qulamhüseyn oğlunun “dələduzluq” cinayəti ilə bağlı təqsirli hesab edilməsinə əsas olan hüquq-mühafizə orqanlarının hər-hansı qərarı mövcud deyildir!
Məhkəmə şahid ifadəsi ilə bağlı qeyd edir ki, istintaq zamanı zərərçəkən şəxs kimi Həsənov İlqar Vilayət oğlu ilə təqsirləndirilən şəxs Əfəndiyev Veysəl Musa oğlu ararsında üzləşdirmə istintaq hərərkəti zamanı Əfəndiyev Veysəl Musa oğlu Həsənov Vilayət İlqar oğlundan 2700 manat pul almnasını etiraf edərək, təsdiq etmişdir, yəni, hüquq-mühafizə orqanı tərəfindən şahidin-zərəçəkən Həsənov Vilayət İlqar oğlunun ifadəsinə hüuqi qiymət vermişdir?! Göründüyü kimi, istər iddiaçı Kərimov Nuhəli Qulamhüseyn oğlu, istərsə də iş üzrə cavabdeh tərəf olan “Korrupsiya və Qanun” qəzetində iddiaçı barəsində “dələduz” ifadəsini səhifəsində dərc edilən “Əli Kərimlinin əmisi oğlu qaziyə qarşı dələduzluq edib” başlıqlı məqalədə dərc edilən məlumatın həqiqət olmadığını məhkəmə Abşeron rayon Polis İdarəsinin müstəntiqi Rəşad Cəfərov tərəfindən qəbul edilən 17.03.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarına və 05.04.2025-ci il tarixdə tərtib etdiyi, Abşeron rayon prokuroru Qalib Qasımovun 11.04.2025-ci il tarixdə təsdiq etdiyi ittiham aktı ilə əsaslandırmışlar!
250270028 saylı cinayət işi üzrə müstəntiq tərəfindən tərtib olunan ittiham aktından görünür ki, nə müstəntiq Rəşad Cəfəırov, nə də ittiham aktını təsdiqləyən Abşeron rayon prokuroru Qabil Qasımov iş üzrə zərərçəkən şəxs Həsənov Vilayət İlqar oğluna əlillik qrupunun müəyyən edilməsində ona köməklik etmək məqsədi ilə qonşu kənddə yaşayan, uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olan Kərimov Nuhəli Qulamhüseyn oğlunu, özünün də etiraf etdiyi kimi, Həsənov Vilayət İlqar oğluna və qeyrilərinə qarşı silsiləli dələduzluq cinayət əməlləri törətmiş Bakı şəhər sakini Əfəndiyev Veysəl Musa oğlu ilə əlbir edən hansı maraqların olduğuna da, nədənsə, aydınlıq gətirmək istəməmişlər?!
1. Əgər doğrudan da Kərimov Nuhəli Qulamhüseyn oğlu tamah məqsədi ilə 44 günlük Vətən müharibəsi iştirakçısı Həsənov Vilayət İlqar oğlunu ona əlillik qrupunun verilməsində köməklik edəcəyini vəd edərək, öz xislətində dələduz Əfəndiyev Veysəl ilə tanış edərək, onunla əlbir olub, Həsənov Vilayətin 2700 manat maliyyə vəsaitini mənimsəməmişdirsə, belə olan halda Yasamal rayon prokuroru Elman Süleymanov tərəfindən Yasamal RPİ-nin istintaq bölməsində toplanmış material əsasında Kərimov Nuhəli Qulamhüseyn oğlu barəsində 08.02.2024-cü il tarixdə CM-nin 178.1-ci maddəsi ilə cinayət işinin başlanması barədə qərar qəbul edib, cinayət işinin istintaqını Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqinə tapşırıq verilməzdi?!
2. Əvvəllər müəllim, daha sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan Kərimov Nuhəli Qulamhüseyn oğlu doğrudanmı vətəndaşlara sosial yardımın, əlillik qrupunun müəyyən edilməsinin hansı dövlət orqanının səlahiyyətinə aid olduğundan məlumatsızdır?!
3. Kərimov Nuhəli Qulamhüseyn oğlunun bilavasitə iştirakı ilə onunla silahdaşlıq, əməkdaşlıq edən Əfəndiyev Veysəl Musa oğlunun 44 günlük Vətən müharibəsi veteranı Həsəsnov Vilayət İlqar oğlunun dələduzluq yolu ilə mənimsədikləri 2700 manat maliyyə vəsaitini Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqin xidməti otağında həmin məbləğdə vəsaitini cibindən zərərçəkən Həsənov Vilayət İlqar oğluna vermək səlahiyyəti var idimi?!
Yuxarıdakı sualların cavablandırılması işin ibtidai istintaqını aparan istər Yasamal RPİ-nin, istərsə də Abşeron RPİ-nin istintaq şöbəsinin adları qeyd edilən müstəntiqləri və prossesual rəhbərliyi həyata keçirən həmin rayon prokurorları və Bakı şəhər prokuroru Elşən Abbasov tərəfindən Kərimov Nuhəli Qulamhüseyn oğlundan tələb edilərək, iş üçün mühüm əhəmiyyət kəsb edən işin hallarına aydınlıq gətirilməməsi 230070476; 230070123; 240096026 və 250270028 saylı cinayət işlərinin hərtərəfli, tam və obyektiv araşdırırlmaması nəticəsində Saatlı rayonunda Yeni Azərbaycan Partiyasının üzvü, uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, onunla qonşu kənddə yaşayan 44 günlük Vətən müharibəsi iştirakçısı Həsənov Vilayət İlqar oğluna qarşı ona sosial yardımın verilməsi, əlillik qrupunun təyin edilməsində ona köməklik göstərəcəyinin müqabilində Əfəndiyev Veysəl Musa oğlu ilə cinayət əlaqəsinə girərək, dələduzluq, cianyət əməlləri törətmiş Kərimov Nuhəli Qulamhüseyn oğlu cinayət məsuliyyətindən kənarlaşdırılmışdır!!!
Yasamal rayon prokuroru cənab Elman Süleymanovdan Kərimov Nuhəli Qulamhüseyn oğlu barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə 08.02.2024-cü il tarixdə cinayət işinin başlanılması barədə qərarın surətinin “Korrupsiya və Qanun”redaksiyasına Həsənov Vilayət İlqar oğlunun nümayəndəsi Hüseynov Güloğlanın adına göndərilməsi xahiş olunur.



“Korrupsiya və Qanun” qəzetinin hüquqşünası Hüseynov Güloğlan

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin Baş İstintaq İdarəsinə
Ədliyyə Nazirliyinin Baş İstintaq İdarəsinə
Hakim xəyanətinin illərlə axıtdığı göz yaşları
Hakim xəyanətinin illərlə axıtdığı göz yaşları
Əli Kərimlinin əmisi oğlunun törətdiyi cinayət ört-basdır edilir – Şəriki tam məsuliyyəti öz boynuna götürür
Əli Kərimlinin əmisi oğlunun törətdiyi cinayət ört-basdır edilir – Şəriki tam məsuliyyəti öz boynuna götürür
Dördüncü ildir pasport qeydiyyatına alınmayan vətəndaş yeni 2026-cı ildən nə gözləyir?
Dördüncü ildir pasport qeydiyyatına alınmayan vətəndaş yeni 2026-cı ildən nə gözləyir?
Sevir Vətənini səmimi-qəlbdən
Sevir Vətənini səmimi-qəlbdən
Hicran Hüseynova – Haqqın zərif gücünün təcəllası
Hicran Hüseynova – Haqqın zərif gücünün təcəllası
Böyük Bəhmənlidə yanğın: Müraciətlərə laqeyd yanaşan məmurların səhlənkarlığı ucbatından...
Böyük Bəhmənlidə yanğın: Müraciətlərə laqeyd yanaşan məmurların səhlənkarlığı ucbatından...
Nazirliyin vəzifəli şəxsi qeyri-leqal işə cəlb etdiyi fəhlənin pulunu vermir
Nazirliyin vəzifəli şəxsi qeyri-leqal işə cəlb etdiyi fəhlənin pulunu vermir