Azərbaycan İdeyası

Kömür hazırlayanlara qarşı ciddi tədbirlər görülür

Tarix:14-08-2019, 16:01
Baxış Sayı:167


Meşələrdə ağacların kəsilməsinin qarşısının alınması, eləcə də bölgələrdə kömürbasma ilə məşğul olanların müəyyənləşdirilməsi üçün mütəmadi reydlər keçirilir.
Keçirilən reydlər və tətbiq edilən cərimələr son zamanlar bu sahədə işlərin müsbətə doğru irəliləməsinə səbəb olub.
ETSN-nin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Ziya Cəbrayılov jurnalistlərə bildirib ki, keçirilən növbəti reyd zamanı Oğuz ərazisindəki meşələrdə ağacların kəsilməsi halları müəyyən edilib və kömür quyuları aşkarlanıb.
Muxas və Calut kəndləri ərazisində 15-dən artıq kömür quyusu doldurularaq yenidən istifadəsi məhdudlaşdırılıb və ərazi nəzarətə götürülüb.
Nazirlik rəsmisi sakinlərə müraciət edərək bildirib ki, bu məsələyə biganə qalmasınlar, meşələrdəki ağacların kəsilməsinin qarşısını almaq məqsədilə belə hallarla üzləşdikdə birbaşa aidiyyəti orqanlara məlumat versinlər.
“Əsasən bu bölgələrdə çubuq kömürünün hazırlanması ilə məşğul olunduğundan bu, meşələrdə cavan pöhrələrin və ağacların kəsilməsi ilə nəticələnir. Həm də, kömür hazırlanması zamanı ondan ayrılan tüstü insanların vərəm xəstəliyinə yoluxmasına səbəb olur".
Ziya Cəbrayılov bir neçə gün bundan qabaq Oğuzda baş vermiş yanğının da ehtiyatsızlıq ucbatından və ya kömür basılmasından qaynaqlandığının ehtimal olunduğunu bildirib.
“Bütün bunları nəzərə alaraq həm yerli sakinlər, həm də aidiyyəti qurumlar bu problemlərin aradan qaldırılması üçün bütün səylərini bir araya gətirməlidirlər. Tərəfimizdən meşə təsərrüfatı, eləcə də yerli bələdiyyələrə məxsus torpaqlarda kömürbasma halları ilə əlaqədar lazımi tədbirlər görülür, münbit torpaqlarda kömür basdırılması nəticəsində torpaqların qeyri-münbit hala gətirilməsi barədə bələdiyyələrə, aidiyyəti qurumlara məlumat verilir.
Ümid edirik ki, birgə mübarizə tədbirləri daha səmərəli olacaq".

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Vurduğu təsdiqlənməyən maddi ziyanı nə məqsədlə anasına ödətdirirdilər?
Vurduğu təsdiqlənməyən  maddi  ziyanı nə məqsədlə anasına ödətdirirdilər?