Azərbaycan İdeyası

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi faydasız qida əlavələri alverçiləri ilə bağlı sorğulardan niyə yayınır?

Tarix:28-12-2024, 14:15
Baxış Sayı:7

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi faydasız qida əlavələri alverçiləri ilə bağlı sorğulardan niyə yayınır?

“Korrupsiya və Qanun” ictimai-siyasi hüquq qəzetində və “Korrupsiya-q.az” veb-saytında dərc olunmuş, Füzuli rayonu, Zobucuq - 3 qəsəbəsi, ev 77 ünvanda yaşayan vətəndaş Sevdimalıyev Mürsəl Şirvan oğlunun redaksiyamıza müraciəti əsasında hazırlanmış, video-müsahibə ilə müşayiət olunan “Xəstə ər və arvada Çin təbabəti adı ilə faydasız qida əlavələri satıblar” sərlövhəli məqaləyə diqqətlərini yönəltmək məqsədilə qəzet nüsxələrini və saytdan çıxarışları müşayiətedici məktublara qoşma edib aidiyyəti üzrə Səhiyyə nazirinə və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinə göndərmişdik. Müraciətimizdə ümid ifadə etmişdik ki, adresatlar məqalədə ehtiva olunan məsələlərin araşdırılmasını nəzarətə götürəcək, nəticə barədə redaksiyamızın məlumatlandırılmasını təmin edəcəklər.
Hələlik sözügedən məsələ üzrə redaksiyamıza cəmi bir cavasb gəlib. Özü də cavabdan imtina cavabı. Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin baş direktorunun müavini Rafiq Xudayev redaksiyamıza ünvanladığı 05 dekabr 2024-cü il tarixli məktubda yazır ki, “Korrupsiya və Qanun” ictimai-siyasi hüquq qəzeti haqqında MEDİA Reyestri informasiya sistemində hər hansı bir qeyd mövcud deyil.
Məlum olduğu kimi, “Media haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, kütləvi informasiya vasitələri MEDİA Agentliyinin Reyestrindən keçməlidirlər. Başa düşüləndir ki, həmin qanununun qəbulundan sonra rəsmi fəaliyyət göstərmək istəyən media orqanlarının təsisçiləri təsis etdikləri qəzet, jurnal, audio-vizual media subyektlərini MEDİA Reyestrində qeydiyyatdan keçirməlidirlər. Lakin bu o demək deyildir ki, daha əvvəl Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş kütləvi informasiya vasitələrinin qeydiyyatları ləğv olunur, fəaliyyətlərinə xitam verilir. Bundan ötrü məhkəmə qərarı lazımdır. “Korrupsiya və Qanun” qəzeti barədə belə bir qərar yoxdur.
Görünən odur ki, Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin baş direktorunun müavini Rafiq Xudayev redaksiyamıza işin mahiyyəti üzrə cavab verməkdə maraqlı deyil. Azərbaycanda qanunvericiliyə əsasən, hər bir kəsin informasiya almaq hüququ var. Qəzetin, saytın sorğu məktubuna imza atan baş redaktor da vətəndaşdır. Bu nöqteyi-nəzərdən, R.Xudiyev media subyektinə vermək istəmədiyi cavabı uzaqbaşı vətəndaşa xidmət haqqı qarşılığında verə bilərdi və verməliydi də. Təxmin etməyə haqqımız var ki, R.Xudiyev və onun məmur yoldaşları Mürsəl Sevdimalıyevi aldadan şəxslərin məsuliyyətə cəlb olunmalarını istəmirlər. İlk ağıla gələn mülahizə budur ki, yəqin, qarşılarında gözükölgəlidirlər.
Bundan əlavə, əslində “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin baş direktorunun müavini Rafiq Xudayev redaksiyaya işin mahiyyəti üzrə cavab verməkdən imtina yazmaqla birbaşa tabe olduğu Səhiyyə Nazirliyinin səlahiyyətinə müdaxilə edib, bir sözlə, subordinasiya qaydalarını pozub. Yəni, əgər məsləhət olsaydı, ilkin müraciət etdiyimiz şəxs – Səhiyyə naziri cənab Teymur Quliyev özü redaksiyamıza cavab verməkdən imtina edər, daha məktubumuzu aidiyyəti üzrə tabeliyində olan struktura göndərməzdi.

Mövzuya qayıdacağıq.

Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Əhaliyə xəbərdarlıq - Sabah saat 21:00-dan başlayır...
Əhaliyə xəbərdarlıq - Sabah saat 21:00-dan başlayır...
Hadrutun işğaldan azad olunmasından 5 İL ÖTÜR
Hadrutun işğaldan azad olunmasından 5 İL ÖTÜR
Qəfil ürək ölümləri artır: Kardioloq SƏBƏBLƏRİ AÇIQLAYIR
Qəfil ürək ölümləri artır: Kardioloq SƏBƏBLƏRİ AÇIQLAYIR
TƏBİB-in bıçaqlanan əməkdaşının SON DURUMU
TƏBİB-in bıçaqlanan əməkdaşının SON DURUMU
TƏBİB-in xanım işçisi BIÇAQLANDI - YENİLƏNİB
TƏBİB-in xanım işçisi BIÇAQLANDI - YENİLƏNİB
Təşvişə düşməyin! - Xəbərdarlıq
Təşvişə düşməyin! - Xəbərdarlıq
Putin sabah ad gününü necə keçirəcək?
Putin sabah ad gününü necə keçirəcək?
14 yaşlı qıza əxlaqsızlıq edən yeniyetmə həbs edildi
14 yaşlı qıza əxlaqsızlıq edən yeniyetmə həbs edildi